
"Naxçıvanpoçt" MMC üçün elektrikli yük avtomobili, moped və skuterlər alınacaq.
BAKU.WS-in məlumatına görə, mumi dəyəri 552.466,57 AZN olan 7 ədəd elektrikli yük avtomobili, 40 ədəd elektrikli moped və 30 ədəd elektrikli skuter alınması nəzərdə tutulub.
Yeni nəqliyyat vasitələri tam elektriklə işləyəcək, aşağı karbon emissiyası, səssiz işləmə və enerji qənaəti kimi xüsusiyyətləri ilə fərqlənəcək. Bütün modellər üçün ən azı 3 il zəmanət, eləcə də evdə enerji doldurma sistemi təmin olunacaq.
Məqsəd Naxçıvan şəhəri və regionlarında poçt çatdırılmalarının səmərəliliyini artırmaq, xidmətləri ekoloji baxımdan təmiz və müasir standartlara uyğunlaşdırmaqdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.