
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin həlak olan hərbçilərindən daha birinin cəsədi aşkar olunub.
BAKU.WS-in "A Haber"ə istinadla verdiyi məlumata görə, xəbəri telekanalın hadisə yerində olan müxbiri yayıb.
Bundan öncə 18 hərbçinin nəşinin tapıldığı bildirilmişdi. Beləliklə, indiyədək ümumilikdə 19 hərbçinin nəşi aşkar edilib.
Sonuncu heyət üzvünün axtarış-xilasetmə işləri isə hələ də davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.