16-11-2025, 11:48 276

COP29-un Sədri Belemdə Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq təcrübəsini bölüşüb

COP29 Sədrliyi tərəfindən irəli sürülən "Qlobal Enerji Saxlama və Şəbəkələr üzrə Öhdəlik" təşəbbüsü çərçivəsində Braziliyanın Belem şəhərində keçirilən COP30 iqlim sammitində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Sədri Muxtar Babayev Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq sahəsində təcrübəsini bölüşüb.

BAKU.WS xəbər verir ki, tədbirdə çıxış edən Muxtar Babayev bu təşəbbüsə artıq 70-ə yaxın ölkənin qoşulduğunu bildirib. "Azərbaycanın milli səviyyədə gördüyü tədbirlər və regional təşəbbüsləri bu qlobal təşəbbüsün məqsədlərinə birbaşa töhfə verir. Ölkəmiz hazırda yaşıl enerji ötürülməsi üzrə mühüm regional mərkəzə çevrilir. Ölkənin iştirakı ilə dörd regional yaşıl enerji dəhlizi layihəsi həyata keçirilir. Onlardan biri olan "Mərkəzi Asiya – Azərbaycan" yaşıl enerji dəhlizi layihəsi Qazaxıstan və Özbəkistanın elektrik şəbəkələrini Xəzər dənizinin dibi ilə çəkiləcək yüksək gərginlikli kabel vasitəsilə Azərbaycanın şəbəkəsinə birləşdirəcək. Bu layihə vasitəsilə regionun yaşıl enerjisinin Avropa bazarlarına ixracı nəzərdə tutulur.

Həmçinin 2027-ci ilin sonuna qədər Azərbaycan milli enerji sisteminə təxminən 2 qiqavat (GW) bərpaolunan enerji gücünü inteqrasiya etməyi planlaşdırır. Bunun üçün enerji şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji mənbələrinin effektiv inteqrasiyası istiqamətində kompleks təhlillər aparılıb və hədəflənmiş addımlar atılır.

Azərbaycanın enerji şəbəkəsinin modernləşdirilməsi məqsədilə Energetika Nazirliyi beynəlxalq tərəfdaşlarla birgə Azərbaycanın ötürücü enerji şəbəkəsinin təhlilinin aparılması üçün Anlaşma Memorandumu imzalayıb. Bu təşəbbüs Azərbaycanda bərpaolunan enerji istehsalının artımını dəstəkləyəcək və ölkənin regional enerji ixracatçısı rolunu gücləndirəcək", - deyə Muxtar Babayev diqqətə çatdırıb.

Həmçinin, COP29 Sədri bildirilib ki, "DIgSILENT" platforması vasitəsilə statik və dinamik enerji şəbəkəsi modelləri yaradılacaq və real əməliyyat ssenarilərinə uyğun test olunacaq. Paralel olaraq, 2040-cı ilə qədər elektrik enerjisi tələbatına dair uzunmüddətli proqnozlar "Plexos" simulyasiya platforması üzərindən həyata keçiriləcək.

"Yenilənən enerji mənbələrinin böyük həcmdə inteqrasiyasını dəstəkləmək üçün ölkədə iki batareya enerjisaxlanma sisteminin quraşdırılması planlaşdırılır. Ümumi gücü 250 meqavat (MW), saxlanma həcmi isə 500 meqavat-saat (MWh) olan bu sistemlər 2 qiqavatlıq bərpaolunan enerji gücünün şəbəkəyə sabit inteqrasiyasını təmin edəcək. Bu istiqamətdə tender artıq başa çatıb və quraşdırma işləri davam edir", - deyə Muxtar Babayev əlavə edib.

M.Babayev vurğulayıb ki, "Qlobal Enerji Saxlama və Şəbəkələr üzrə Öhdəlik" təşəbbüsü enerji sistemində çeviklik, dayanıqlıq və karbon emissiyasının azaldılması üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan bu təşəbbüsün məqsədləri ilə tam şəkildə uzlaşan uzunmüddətli enerji strategiyası həyata keçirir və yaşıl enerji keçidinin həm davamlı, həm də inklüziv olmasına çalışır.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR