18-11-2025, 22:48 333

Yeməklə su, qəhvə və çay qəbul etmək olar? - Hər kəsin doğru bildiyi demə yalanmış

Yemək zamanı su, çay və ya qəhvə içməyin guya həzmi pozduğu və mədəni genişləndirdiyi barədə fikirlər həqiqətə uyğun deyil.

BAKU.WS xəbər verir ki, bu barədə Gazeta.Ru-ya endokrinoloq və dietoloq, tibb elmləri namizədi Oksana Mixaleva məlumat verib.

Onun sözlərinə görə, geniş yayılmış yanlış fikirlərdən biri də budur ki, yeməyi hər hansı içki ilə içmək olmaz, çünki bu halda guya mədə turşusu durulaşır və qidanın həzmi çətinləşir.

"Əslində, mədə konkret qidanın həzm olunması üçün lazım olan qədər turşu ifraz edir. Bu prosesi turşuluğun səviyyəsini nəzarətdə saxlayan xemosensorlar tənzimləyir. Əgər insan yeməyi içki ilə içirsə, mədə şirəsinin konsentrasiyasındakı müvəqqəti azalma sadəcə əlavə turşu ifrazı ilə kompensasiya olunur və həzm prosesi pozulmur. Əksinə, nəmli qida daha yaxşı qarışır və mədə şirəsinin təsirinə daha əlçatan olur", – deyə ekspert izah edib.

Mixaleva həmçinin yemək zamanı içilən mayenin mədəni genişləndirə bilməsi barədə mifi də təkzib edib. Onun sözlərinə görə, bu, mümkün deyil, çünki su mədəni çox tez tərk edir və onun ölçüsünə təsir göstərə bilmir.

"Mədəni yalnız mütəmadi və çoxlu yeməklə - yəni artıq yeməklə - genişləndirmək mümkündür. Maye bununla əlaqəli deyil. Əksinə, bəzi hallarda həkimlər hətta yeməyi su ilə içməyi məsləhət görürlər - məsələn, mədə-bağırsaq xəstəliklərində həzmi yüngülləşdirmək üçün, həmçinin artıq çəkili insanlara. Su lifləri hopdurur, onların həcmini bir neçə dəfə artırır və bu da toxluq hissinin daha tez yaranmasına kömək edir", – deyə həkim əlavə edib.

Çay və qəhvəyə gəlincə, mütəxəssis qeyd edib ki, onların yemək zamanı orta miqdarda qəbulu da təhlükəsizdir. Bəzən belə bir fikir səsləndirilir ki, bu içkilərdəki taninlər vitamin və mineralların mənimsənilməsinə mane olur.

"Bu, doğru deyil. Taninlər vitaminlərin sorulmasına ümumiyyətlə təsir etmir. Mineralların mənimsənilməsinə isə müəyyən qədər təsir edə bilər, amma bu, əsasən mineral əlavələrin qəbuluna aiddir. Qidada olan minerallar amin turşuları və digər molekullarla bağlı olur, buna görə də bir-iki fincan içkidəki az miqdarda tanin onların mənimsənilməsinə mane olmur", – deyə Mixaleva vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, mineral tərkibli bioloji fəal əlavələrin (BAD) qəbulunda əlavə ehtiyat tədbirləri lazımdır. Çay və qəhvə maqnezium, dəmir, mis, sink və kalsiumla olan əlavələrin mənimsənilməsini azalda bilər, buna görə də içkilərlə bu əlavələrin qəbulu arasında 2–4 saat fasilə saxlamaq tövsiyə olunur. Bu, bəzi dərman preparatlarına da aiddir.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR