19-11-2025, 15:48 238

Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukeri qəbul edib.

AVESTA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Avqustun 8-də tarixi Vaşinqton görüşü zamanı əldə edilmiş razılıqlar məmnunluqla xatırlanaraq, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.

Regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin genişləndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" üzrə işlərin sürətləndirilməsində maraqlı olduğumuz diqqətə çatdırılıb.

Qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupunun fəaliyyət istiqamətləri nəzərdən keçirilib, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Cənubi Qafqaz regionunda sülh və sabitlik gündəliyi, ikitərəfli və çoxtərəfli platformalar çərçivəsində qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov qarşı tərəfə normallaşma prosesi çərçivəsində atılan addımlar, post-münaqişə dövründə bərpa-quruculuq işləri barədə məlumat verib.

Görüşdə həmçinin Yaxın Şərqdə vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

Netanyahu Bofor qalasının ələ keçirilməsini "güclü dönüş" adlandırıb Bu gün, 18:48 "Zirə" 5 futbolçu ilə yollarını ayırıb Bu gün, 18:48 Fransada baş verən iğtişaşlarda 780 nəfər saxlanılıb Bu gün, 18:48 Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib Bu gün, 18:48 Banklara etibar güclənir, yoxsa başqa səbəb var? Bu gün, 18:48 Fatimə Fətəliyeva: "Anam neçə vaxtdır reanimasiyadadır" Bu gün, 17:48 Bərdədə yol qəzasında yaralanan 10 nəfərdən 9-u evə buraxılıb Bu gün, 17:48 Bazarda mövsümi meyvələr hansı qiymətə təklif olunur? Bu gün, 17:48 Ata uşaqlarının təhlükədə olduğunu iddia edir: "Göndərdiyim pulları narkotik vasitələrə xərcləyir" Bu gün, 16:48 "Aysberqin görünən tərəfi" - "İdeal həyat" paylaşımları yeniyetmələri tələyə salır Bu gün, 15:48 Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ-Azərbaycan İqtisadi Dialoqu keçiriləcək Bu gün, 15:48 Leyla Əliyevadan fermer qadına incə davranış Bu gün, 15:48 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib Bu gün, 15:48 Xırdalanda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 14:48 Azərbaycanın tanınmış aktyoru VƏFAT ETDİ Bu gün, 14:48 Uşaqlar və valideynlərə SEVİNDİRİCİ XƏBƏR: Sabah pulsuz olacaq... Bu gün, 14:48 Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər Bu gün, 14:48 Azərbaycanda AĞIR QƏZA: 10 nəfər yaralandı Bu gün, 14:48 İyun ayının ilk gününə olan hava proqnozu açıqlanıb Bu gün, 13:48 Bakıda bu marşrutun bütün avtobusları yenilənir - İyunun 1-dən... Bu gün, 13:48 "Vurun" əmri verən və ölüm cinayəti hələ də açılmayan ukraynalı nazirlə görüş Bu gün, 13:48 Yol Polisindən səfərdən dönən sürücülərə MÜRACİƏT Bu gün, 13:48 Nərgiz Cəlilova: "Televiziya tarixində ən xoşbəxt nəsil bizik" Bu gün, 12:48 ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib Bu gün, 12:48 İstirahətə getmək niyə xəyal olaraq qalır? - Əl yandıran qiymətlərin səbəbləri Bu gün, 12:48 Cüdo millimiz Avropa Kubokunun ilk günündə qızıl medal qazanıb Bu gün, 12:48 Baş Şirvan kollektorunda timsah peyda olub? Bu gün, 11:48 "Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb Bu gün, 11:48 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb Bu gün, 11:48 Bir kliklə başlayan kabus: Uşaqlar internetdə necə hədəfə çevrilirlər? Bu gün, 11:48 Talıb Tale: "Taleyim belə gətirdi, peşman deyiləm" Bu gün, 10:48 "BMW" idarəetmədən çıxıb aşdı - Yaralılar var Bu gün, 10:48 Türkiyədə sərnişin avtobusunda faciə: 8 nəfər həyatını itirib Bu gün, 10:48 "Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb Bu gün, 10:48 Külək bir sıra bölgələrdə fəsadlar törədib: "Eyvanda çay içirdim, birdən güclü səs gəldi" Bu gün, 10:48 AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib Bu gün, 09:48 Cavid Kurbanov: "Dindarlar axirətə inansaydılar, yaxınlarının ölümünə sevinərdilər" Bu gün, 09:48 Azərbaycan və digər yğmaların pley-off rəqibləri dəqiqləşib Bu gün, 09:48 PSJ-nin qələbəsindən sonra iğtişaşlarda 416 nəfər saxlanılıb Bu gün, 09:48 "Turan Tovuz" avrokuboklara buraxılmaya bilər Bu gün, 09:48 PSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub Bu gün, 00:48 Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb Bu gün, 00:48 Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama: "Uzun illər öncə tikilib" Dünən, 23:48 Pentaqon rəhbəri ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalardan çıxarılmasını istisna etməyib Dünən, 23:48 Həyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır Dünən, 23:48 Sabah Masazırın bir hissəsində işıq olmayacaq Dünən, 23:48 ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur? Dünən, 22:48 ABŞ Yaxın Şərqdəki bazalardan qoşunları çıxarır? - Heqset AÇIQLADI Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR