23-11-2025, 09:48 193

Azərbaycanın avtomobil bazarında yeni dövr: Yerli zavodlar hibrid istehsalına başlaya biləcəklər?

Bu il Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb. 2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə 3280 ədəd minik avtomobili və 273 ədəd yük avtomobili istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 26%, yük avtomobili istehsalı isə 31,6% azalıb. Hesabat dövründə ölkədə 427 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7% azdır.

Statistik göstəricilərdən də göründüyü kimi, Azərbaycanda yerli avtomobil istehsalı azalıb. Bundan öncə yerli istehsalı Çin avtomobilləri "vurmuşdu". Məlumdur ki, gələn ildən Çin avtomobillərinə, ümumiyyətlə bütün hibrid və elektromobillərə tətbiq olunan vergi güzəştləri ləğv olunur. Maraqlıdır, bu dəyişiklik yerli avtomobil istehsalını stimullaşdıra bilərmi? Ümumiyyətlə, Azərbaycanın avtomobil zavodları hibrid avtomobil istehsalına başlaya biləcəkmi?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Yerli istehsal Avropa standartlarına uyğun hazırlanır"

Nəqliyyat eksperti Eldəniz Cəfərov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, biz yerli avtomobil istehsalına daha çox diqqət yetirməliyik: "Ölkəmizdə istehsal olunan avtomobillər digər ölkələrdə istehsal olunan avtomobillərdən geri qalmır və Avropa standartlarına uyğun hazırlanır. Üstəlik, yerli avtomobillərin böyük əksəriyyəti ölkə daxilində satılır. Məsələn, əgər 2000 avtomobil istehsal olunurdusa, onların hamısı daxili bazara çıxırdı. Son iki il ərzində isə Çindən gətirilən ucuz avtomobillər həm daxili istehsala təsir etdi, həm də bazarda müəyyən dəyişikliklər yaratdı. Burada söhbət qeyri-rəsmi gətirilən və ölkədə rəsmi nümayəndəliyi olmayan avtomobillərdən gedir. Düşünürəm ki, yeni tətbiq olunan qaydalardan sonra bu vəziyyət dəyişəcək və yerli istehsala maraq artacaq".

"30 min avtomobil istehsal ediləcək"

Mütəxəssis vurğulayır ki, artıq ölkəmizdə daha bir avtomobil zavodu tikilir və yaxın gələcəkdə onun fəaliyyətə başlaması gözlənilir: "Bu yeni zavod ildə təxminən 30 min avtomobil istehsal edəcək ki, bu da sektorda mühüm nailiyyət hesab olunur. Əlbəttə, yeni qurulan zavodlarda hibrid avtomobillərin də istehsalı nəzərdə tutulub. Ötən illər ərzində Özbəkistanın iri avtomobil konserni ilə Azərbaycan hökuməti arasında müəyyən danışıqlar aparılıb. Nəticədə qərara gəlinib ki, Azərbaycanda iri bir zavod tikilsin və bu zavodda müasir, Avropa standartlarına cavab verən minik avtomobilləri istehsal olunsun".

Yerli istehsal artsa...

Bazarda ucuz avtomobillərin çoxluğunun yerli avtomobillərin rəqabət qabiliyyətinə təsirinə gəldikdə, nəqliyyat eksperti bildirir ki, hazırda ölkəmizdə istehsal olunan avtomobil sayı o qədər çox deyil ki, bazara ciddi təsir göstərə bilsin. Lakin gələcəkdə yerli istehsal artsa, ola bilər ki, bazara müəyyən təsir göstərsin.

Yerli istehsalda müasir və innovativ avtomobillər

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev deyir ki, yerli avtomobil istehsalının azalmasının müxtəlif səbəbləri var idi: "Eyni qiymətə təqdim olunan, paralel idxal vasitəsilə gətirilən, zəmanətsiz və ehtiyat hissələrinin bəzisi tapılan, bəzisi tapılmayan avtomobillərin çoxluğu yerli istehsala mənfi təsir göstərdi. Sözsüz ki, həmin avtomobillərin funksionallıq baxımından yerli avtomobillərdən daha üstün olması müşahidə olunurdu. Amma bu, əksinə, yaxşı bir tendensiya oldu. Çünki yerli istehsal artıq bu tip rəqabəti gördü. Ümid edirəm ki, ölkəmizdə yaxın gələcəkdə daha rəqabətə davamlı avtomobillərin istehsalı həyata keçiriləcək".

E.Əliyev hesab edir ki, 2026-cı ilin üçüncü rübünə qədər Azərbaycanda yerli yığım hibrid və elektrik avtomobilləri, həmçinin müasir və innovativ avtomobilləri görə biləcəyik: "Yerli istehsal daxili bazardakı hazırkı tələbatı da qarşılayacaq. Utilizasiya prosesi sayəsində insanlar yerli istehsala daha çox yönləndirilir. Əgər yerli istehsalda daha innovativ və müasir, ekoloji təmiz avtomobillər olarsa, bu, insanları daha çox cəlb edəcək. Əminəm ki, yaxın gələcəkdə yerli istehsal olan elektrik və hibrid avtomobilləri mütləq şəkildə görəcəyik".

Paylaş

Xəbər lenti

"WUF13Azerbaijan": Bakı foruma hazırdır Bu gün, 00:48 Azərbaycan maşınları dünya bazarında? - Hansı addımlar atılmalıdır? Bu gün, 00:48 Hikmət Hacıyev sosial şəbəkə hesabında WUF13 ilə bağlı film paylaşıb Bu gün, 00:48 Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb Dünən, 23:48 Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının altıncı günündə 5 medal qazanıblar Dünən, 23:48 Londonda iki etiraz aksiyasında 31 nəfər saxlanılıb Dünən, 23:48 Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar Dünən, 23:48 Azərbaycan TDT-də siyasi iradəsi, təşəbbüsləri, strateji layihələri ilə aparıcı rol oynayır Dünən, 22:48 TDT-nin Zirvə görüşündə İlham Əliyevin fikri Türk dünyasının gələcək strateji istiqamətinə dair məqsədyönlü siyasi mövqedir Dünən, 22:48 Hindistanlı memar WUF13-ün əhəmiyyətini izah edib Dünən, 22:48 WUF13 qeydiyyat mərkəzində iş tam sürətlə davam edir Dünən, 21:48 TDT-nin QHT-ləri arasında əməkdaşlıq daha da gücləndiriləcək Dünən, 21:48 Azərbaycan Türk dünyasının əsas birləşdirici aktorlarındandır Dünən, 21:48 Moskvaya uçan 20 dron vurulub Dünən, 20:48 WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq Dünən, 20:48 "Daily Trust": Trampın zərərsizləşdirildiyini elan etdiyi İŞİD lideri 2024-cü ildə öldürülüb Dünən, 20:48 Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb Dünən, 19:48 Şahdağa qar yağır, Qəbələ, İsmayıllı, Xocalı və Naxçıvana dolu düşüb - FAKTİKİ HAVA Dünən, 19:48 Banqkokda dəmir yolu keçidində qəzada xəsarət alanların sayı 32 nəfərə çatıb Dünən, 19:48 Üz-çənə travmaları və infeksiyaları necə yaranır: Çeynəmə, danışma zamanı ağrı varsa... Dünən, 18:48 AZAL-ın Naxçıvana uçuşları bu səbəbdən ləğv olundu Dünən, 18:48 Sular üzərində qurulan möcüzə Dünən, 18:48 Məşhur aktyorların 8 illik evliliyi bitdi Dünən, 18:48 Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər Dünən, 18:48 Naxçıvanda imtahandan 300 bal toplayan abituriyentin nəticəsi niyə siyahıdan kənarda qaldı? Dünən, 18:48 Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq Dünən, 18:48 "Çelsi" Xabi Alonso ilə danışıqlara başlayıb Dünən, 18:48 WUF13-də "ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu" mövzusunda infosessiya keçiriləcək Dünən, 17:49 Türküstan Bəyannaməsi: Regional əməkdaşlığın yeni mərhələsi Dünən, 17:49 Antonio Konte növbəti mövsümdə də "Napoli"ni çalışdırmağa yaxındır Dünən, 17:48 Nəqliyyatdan istifadə edəndə buna görə 200 manat cərimə oluna bilərsiniz - Baku TV Dünən, 17:48 Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək Dünən, 17:48 Üz-çənə travmaları və infeksiyaları necə yaranır? Dünən, 17:48 Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib Dünən, 17:48 Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək Dünən, 16:48 Meteohəssas insanların NƏZƏRİNƏ Dünən, 16:48 Pakistanın Pəncab əyalətinin Baş naziri WUF13-də iştirak üçün Azərbaycana gəlib Dünən, 16:48 Böyük Britaniya kralı III Çarlz Qarabağ atlarının şousunu izləyib Dünən, 16:48 Qafqazın ən böyük tunelindən GÖRÜNTÜLƏR Dünən, 16:48 Sabiq millət vəkili VƏFAT ETDİ Dünən, 16:48 Keçmiş prokurordan sensasion xatirələr: İllərlə açılmayan qətlin sirri necə üzə çıxdı? Dünən, 16:48 Ağdərənin Aşağı Oratağ kəndinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub Dünən, 16:48 Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb Dünən, 16:48 Kenan Doğulu otel videoları ilə şantaj edilir - 14 milyon tələb ediblər Dünən, 16:48 Xocalı sakini: 10 yaşında tərk etdiyim kəndimizə 10 övladımla qayıtdım Dünən, 15:49 Türküstan görüşü: Ortaq maraqlar barədə praqmatik mövqe Dünən, 15:49 WUF13 çərçivəsində 9 HUB, 2 son məntəqə, 67-dən çox aralıq məntəqə təşkil edilib Dünən, 15:49 Bakı dünyaya qucaq açır: Paytaxt WUF13-ə necə hazırlaşıb? - FOTOREPORTAJ Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR