Bu gün, 11:48 51

Bakıda fəaliyyət göstərən "Berlin Ailə və Uşaq Klinikası" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə açılmış iş üzrə məhkəmə qərarı ilə 20 min manat məbləğində cərimə olunub.

AVESTA.AZ xəbər verir ki, Teleqraf klinikanın cərimələnməsinin təfərrüatını əldə edib. Klinikaya qarşı irəli sürülən ittiham əmək müqaviləsi bağlanmadan fiziki şəxslərin işə cəlb edilməsi ilə bağlı olub. Məhkəmə qərarından klinikanın baş direktoru və vəkili apellyasiya şikayəti veriblər. Onların iddiasına görə, istintaq və məhkəmə zamanı bir sıra önəmli halların məqsədyönlü şəkildə araşdırmadan yayındırılması və sübutların təhrif olunması baş verib.

Mübahisəli əməliyyat: "Liposaksiya" kim tərəfindən icra olunub?

Klinikanın cərimələnməsinin səbəbi "liposaksiya" əməliyyatı olub. İttihama əsasən, əməliyyat klinikanın işçisi olmayan Esmira Quluzadə tərəfindən icra edilib. Klinikada əməliyyat olunan Günay Pürəziz adlı qadın Esmira Quluzadədən şikayət edib. Buna səbəb isə əməliyyatdan razı qalmaması və səhhətində problemlərin yaranması olub. Günay Pürəzizin şikayətindən sonra prokurorluq tərəfindən klinikada yoxlama aparılıb. Esmira Quluzadənin tibbi təhsilinin olmadığı, klinika ilə rəsmi müqaviləsi olmadığı halda əməliyyata daxil olduğu müəyyən edilib. Lakin klinikanın baş direktoru bildirir ki, əməliyyatı klinikanın rəsmi həkimi Araz Salmanov həyata keçirib və bu barədə prokurorluğa yazılı izahat da verilib. Onların iddiasına görə, həmin izahat iş materiallarına əlavə olunmayıb və gizlədilib. Vəkillərin məhkəməyə təqdim etdiyi sənədlər arasında xəstənin tarixçəsi, epikriz və digər tibbi sənədlər də olub. Onlar bildirirlər ki, bu sənədlər müstəntiqə təqdim olunsa da, inzibati xəta haqqında qərarda əksini tapmayıb.

"Klinikada Esmira Quluzadə adlı həkim yoxdur"

Klinika rəhbərliyi israrla bildirir ki, Esmira Quluzadə adlı şəxs onların əməkdaşı olmayıb və hazırda da deyil. Onun işəgötürən tərəfindən hər hansı xidmətə cəlb olunması faktı mövcud deyil. Quluzadə sadəcə xəstəni vasitəçi kimi klinikaya yönləndirib. Bundan əlavə, klinika rəhbərliyi iddia edib ki, prokurorluğa ilkin şikayət göndərmiş Günay Pürəziz daha sonra həmin müraciətindən imtina etsə də, bu hal prokurorluq qərarında nəzərə alınmayıb. Günay Pürəziz prokurorluğa etdiyi şikayətini geri götürsə də, məhkəmədə onu əməliyyat edənin Esmira Quluzadə olduğunu təsdiqləyib. Bildirib ki, klinikada olan zaman, əməliyyata daxil olanda da onun yanında Esmira Quluzadə olub. Həmçinin əməliyyatdan çıxdıqdan sonra Esmira Quluzadə onu bir neçə dəfə müayinə də edib.

Sübut kimi qiymətləndirilən yazışmalar

İstintaq orqanının əsas sübut kimi qiymətləndirdiyi isə Esmira Quluzadə ilə Günay Pürəziz arasında olan yazışmalardır. Belə ki, həmin yazışmalarda Esmira Quluzadə Günay Pürəzizi əməliyyat etdiyini təsdiqləyir. Yazışmalarda Günay Pürəziz səhhətində yaranmış problemlərdən gileylənir. Esmira Quluzadə isə əməliyyatı problemsiz icra etdiyini qeyd edir. Həmçinin, Esmira Quluzadə Günay Pürəzizə bildirir ki, əməliyyatdan sonra səhhətində yaranmış problemlər düzgün qidalanmaması və masajlara gəlməməsi ilə bağlıdır. Klinika rəhbərliyinin məsuliyyətdən xilas olmaq üçün əməliyyatın Esmira Quluzadə tərəfindən deyil, Araz Salmanov tərəfindən icra edildiyini göstərmək cəhdi nəticə verməyib. Məhkəmə qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, Esmira Quluzadənin özünü kosmetoloq, estetik cərrah kimi təqdim etməsi ilə bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar yer alır.

Paylaş

Xəbər lenti

Bir neçə ay əvvəl Hakan Sabancıdan ayrılan Hande açıqlaması ilə GÜNDƏM OLDU Bu gün, 12:48 "Napoli" - "Qarabağ" oyunu təxirə salınır? Bu gün, 12:48 Azərbaycan yeddi ölkə ilə diplomatik və xidməti pasportlar üçün viza tələbini ləğv edir Bu gün, 12:48 Yeni icra başçısı iki nəfəri işdən çıxardı, özünə köməkçi təyin etdi Bu gün, 12:48 20 dərəcə isti olacaq - PROQNOZ Bu gün, 12:48 Zelenski Trampla görüşmək üçün ABŞ-yə getməkdən imtina edib Bu gün, 12:48 ABŞ-də hamını şoka salan hadisə: Restorana oğurlağa girib... Bu gün, 12:48 Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq Bu gün, 11:48 "Berlin" klinikasının həkimi prokurorluq orqanına yalan məlumat veribmiş - TƏFƏRRÜAT Bu gün, 11:48 Qayınatası vitse-spiker, nazir, deputat, prokuror olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI Bu gün, 11:48 14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə - Yüngül cəza verildi Bu gün, 11:48 "Qarabağ"ın "Napoli"dən xal ALMAQ ŞANSLARI Bu gün, 11:48 Kaliakparov: Qazaxıstan ilin sonuna qədər AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanı təqdim edəcək Bu gün, 11:48 İmişlidə yaşayış evində yanğın - 2 otaq və dam örtüyü külə dönüb Bu gün, 11:48 Yeganə Mürsəlova: "Canlı oxusam beynimə qan sıza bilər" Bu gün, 11:48 Oksana Rəsulova "Zita və Gita"nın vəfat edən aktyorundan yazdı Bu gün, 11:48 İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib Bu gün, 11:48 Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb Bu gün, 11:48 Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən azad edilib Bu gün, 11:48 Dünya Bankı: Cənubi Asiya əhalisinin 90%-i 2030-cu ilə qədər həddindən artıq istilər təhlükəsi ilə üzləşəcək Bu gün, 11:48 BNMİ-dən ƏMƏLİYYAT - 10 kq narkotik vasitə və 2600 ədəd psixotrop tərkibli həb aşkarlanıb Bu gün, 11:48 Bakıda boru partladı, içməli su yolboyu axır Bu gün, 11:48 Burun əməliyyatına sağlam girib iflic olaraq çıxdı: Cərrah isə aparatın işləmədiyini deyir Bu gün, 09:49 Marko Yankoviç: "Napoli" ilə matçda maksimum gücümüzü ortaya qoyacağıq" Bu gün, 09:49 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Bu gün, 09:49 Bakıda 17 istiqamətdə tıxac var Bu gün, 09:49 Qərbi Azərbaycan Xronikası: "Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib" Bu gün, 09:49 Qurban Qurbanov: "Napoli" çox ciddi rəqibdir Bu gün, 09:49 Üç gün əvvəl itkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı Bu gün, 09:49 Bakıdakı maşın bazarı Ağdama KÖÇÜRÜLƏCƏK Bu gün, 09:49 Abşeronda kəskin qaz qoxusunun səbəbi nədir? - "Azəriqaz"dan açıqlama Bu gün, 09:49 "Qarabağ" bu gecə "Napoli"nin qonağı olacaq Bu gün, 09:49 Bakıda yaşayış evində yanğın olub, iki nəfər xəsarət alıb Bu gün, 09:48 Ağsuda ana və azyaşlı oğlu qazdan zəhərlənib Bu gün, 09:48 Nərimanovdakı partlayışda xəsarət alan 4 nəfər evə buraxıldı Bu gün, 09:48 "Üstünə çox faiz gəlirlər" - Gecikən kreditlər üçün cərimələr nə qədərdir? Bu gün, 00:48 Bu ölkədə koronavirus peyvəndlərinin 17 milyon dozası məhv edilib Dünən, 23:48 Milli Qəhrəmanın anası: "Elə bil, Pəncəli Teymurov Leyla xanım və Arzu xanımın doğma qardaşıdır" Dünən, 23:48 Şamaxı sakini: "Palçıq evin içinə girib, belə yol olar?!" Dünən, 23:48 Ramiz Mehdiyev vəkilindən imtina etdi Dünən, 23:48 Rəşad Nəbiyev: Azərbaycanın rəqəmsal məhsulları Misirə ixrac üçün geniş imkanlara malikdir Dünən, 23:48 24 yaşlı idmançını öldürən dostuna 17 il həbs verildi Dünən, 23:48 Trampın Ukrayna münaqişəsi üzrə sülh planı qısaldılıb Dünən, 22:48 Yeni ildə ən ucuz qiymətə bu bölgələrdə istirahət etmək olar Dünən, 22:48 Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək Dünən, 22:48 İran Prezidenti Trampa məktub göndərdi, ABŞ lideri dərhal reaksiya verdi Dünən, 22:48 "Haber Global": "İlham Əliyev bu gün Türk dünyasının yüksəliş dövrü yaşadığını bəyan edib" Dünən, 22:48 Bu ölkədə koronavirus peyvəndlərin 17 milyon dozası məhv edilib Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR