
Rusiyada milyarder İbrahim Süleymanov iki qətlin təşkilində və bir vəkilə qarşı sui-qəsd cəhdində ittiham olunur.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinin tanış olduğu məhkəmə materiallarında məlumat yer alıb.
İbrahim Süleymanovun adı 2004-cü ildə Federal Maliyyə Sağlamlaşdırma və Müflislik Xidmətinin keçmiş rəhbəri Georgi Talın və 1999-cu ildə Vnukovo Hava Yolları aviaşirkətinin yerüstü xidməti işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Gennadi Borisovun qətlləri, həmçinin 2021-ci ildə vəkil İlya Perequdova qarşı sui-qəsd cəhdi ilə bağlı işlərdə müttəhim qismində keçir.
Məhkəmə materiallarında qeyd olunur ki, İbrahim Süleymanovun cinayətlərdə əlinin olması operativ-axtarış tədbirlərinin məlumatları ilə təsdiqlənir. Lakin müdafiə tərəfi milyarderin günahını sübut edən dəlillərin olmadığını iddia edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.