1-12-2025, 09:48 470

Virtual xuliqanlıq

Sosial platformalarda hər dəqiqə kimsə böhtan və təhdidlərin qurbanına çevrilir. Mənəviyyata, əxlaqa zidd videolar yayılır, çağırışlar edilir. Sosial şəbəkələr bəzi adamların təhqir və söyüşlərini ünvana çatdırmaq üçün münbit tribunaya çevrilib. Bunun qarşısını almağa kömək edəcək optimal mexanizm illərdir ki axtarılır. Təəssüf ki, hər dəfə gündəmə gələn bu aktual məsələ az sonra heç nə olmamış kimi unudulur.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Virtual xuliqanlıq

Bu günlərdə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinin "Xırda xuliqanlıq" maddəsinə yeni hissələrin əlavə olunması ilə bağlı səslənən təkliflər isə problemi yenidən gündəmə gətirib. Təklifə görə, sosial şəbəkədə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsinə görə cərimə və cəzalar müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər reallaşarsa, söyüş, təhqir, kobud jestlər, bədən hissələrinin əxlaqa zidd formada nümayişi və digər bu kimi hallara görə 500-1 000 manat aralığında cərimə və ya 30 günədək inzibati həbs həyata keçiriləcək. "Xırda xuliqanlıq" kateqoriyasına aid ediləcək xoşagəlməz, lakin etik sərhədləri pozan hallara görə 50-100 manat cərimə və ya 15 günədək inzibati həbs tətbiq olunacaq.

Bəs yeni qaydalar qüvvəyə mindikdən sonra sosial şəbəkələrdəki mövcud mənzərə dəyişəcəkmi?

Virtual xuliqanlıq

Məsuliyyətli davranışa sövq edəcək

"Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərlinin sözlərinə görə, Azərbaycan qanunvericiliyinin mövcud variantlarında sosial şəbəkələrdə etik norma və mənəvi-mədəni dəyərlərə zidd olan paylaşımlar üzrə məsuliyyəti müəyyən edən maddələr pərakəndə haldadır. Məsələn, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun 13-cü maddəsi qanunlarla məhdudlaşdırılan məlumatların onlayn informasiya resurslarında yerləşdirilməsini qadağan edir:

Virtual xuliqanlıq

"Bu müddəanın tam olaraq açılması üçün digər qanunlara müraciət etmək lazım gəlir. Yəni, bu maddənin işləməsi üçün əvvəlcə digər qanunları nəzərdən keçirmək, hansı məlumatların yayımının qanunla məhdudlaşdırıldığını bilmək lazımdır. Sosial şəbəkə istifadəçiləri isə bu cür araşdırmanı və məntiqi uzlaşdırmanı heç vaxt etmirlər. Nəticə olaraq, öz paylaşımlarında çoxsaylı qanun pozuntularına yol verirlər". M.Ələsgərli bildirir ki, Milli Məclisdə indi irəli sürülən təkliflər internet informasiya resurslarında "ictimai mənəviyyata, milli-mənəvi dəyərlərə zidd", "cəmiyyətə açıqca hörmətsizlik" ehtiva edən paylaşımların hansı hüquqi məsuliyyət yaratdığı barədə təsəvvürləri konkretləşdirir: "İndi hər kəsə aydın olacaq ki, bu cür pozuntulara yol vermək inzibati xətaya çevrilir, hüquqi məsuliyyət yaradır". İB sədrinin sözlərinə görə, təkliflər cinayət məsuliyyəti yaratmayan, yəni zor, fiziki təzyiq və ya mülkiyyətə ziyanla müşayiət edilməyən, inzibati tənbeh tələb edən halları nəzərdə tutur: "Bu təşəbbüs interneti "boz zona" hesab edən, etik və mənəvi normaları pozanları məsuliyyətli davranışa sövq etməyə yönəlib".

Virtual xuliqanlıq

Problemin həllindəki boşluqlar

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev hesab edir ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik zəruridir, amma problemi təkbaşına həll etməyəcək. Belə ki, təhqir və söyüşlərlə mübarizə üçün həm hüquqi tərkib, həm sübut mexanizmləri, həm platforma məsuliyyəti sistemi yenilənməlidir: "Cəzanı sərtləşdirməklə məsələ bitmir. Yalnız kompleks model tətbiq olunarsa, real dəyişikliklər baş verə bilər". Ə.Nuriyevin fikrincə, ümumiyyətlə, sosial şəbəkələrdə yazılan təhqirlər, xuliqanlıq, şantaj, şəxsi həyata müdaxilə və s. kateqoriyaların dəqiqləşdirilməsi hüquqi baxımdan çətin olur: "Şəxsi müəyyənləşdirmək prosesi çətindir. Digər tərəfdən, xarici platformalardan məlumat almaq bəzən vaxt aparır və nəticə vermir. Çox vaxt müraciət edəndə cavab vermirlər. Çünki əks halda həmin platformalara maraq və onların müştəriləri azala bilər". Ekspert hesab edir ki, bizdə sübutların rəqəmsal formatda toplanması və prosessual formada uyğunlaşdırılması tam formalaşmadığı, həmçinin sosial platformaların məsuliyyət modelinin olmadığı üçün bu cür halların yayılması artır: "Bir çox ölkə platforma məsuliyyət modelinə keçib. Yəni şikayətin götürülməsi, təhqir və zorakılıq hallarının silinməsi, istifadəçinin bloklanması platforma üzərinə öhdəlik kimi qoyulub. Azərbaycanda belə mexanizmin hüquqi bazası hələ formalaşmayıb. Nəticədə sosial şəbəkə operatorlarına müdaxilə imkanları qeyri müəyyəndir".

Virtual xuliqanlıq

Ekspertin fikrincə, cəza mexanizmi olsa da, qabaqlayıcı mexanizm yoxdur: "İnzibati məsuliyyət nəticəyə yönəlib. Həm monitorinq, həm rəqəmsal savadlılıq, həm sosial media etikası üzrə maarifləndirici komponentlər yetərincə institutsionallaşmayıb. Hüquqi məsuliyyət və ictimai zərər haqqında ictimaiyyətin məlumat səviyyəsi aşağıdır: "Məcəlləyə dəyişiklik edilərsə, bu, vəziyyəti qismən dəyişər. Ancaq rəqəmsal mədəniyyət formalaşmasa, sosial şəbəkə platformalarla əməkdaşlıq instisuonal səviyyədə qurulmasa, blokların toplanma mexanizmi təkmilləşməsə, inzibati cəza təkbaşına problemin həllini təmin etməyəcək".

Virtual xuliqanlıq

Cəza labüd olmaya bilər

Hüquqşünas Ruslan Vəliyev bildirir ki, qanunvericiliyə təklif edilən dəyişikliyin necə nəticə verəcəyini qabaqcadan demək çətindir: "Bizim təhsil aldığımız dövrdə professorlar Roma hüququ haqqında danışanda deyirdilər ki, ən çox oğurluq halları məhz insanların oğurluğa görə edam olunanlara tamaşa etməyə gəldiyi vaxt baş verirmiş. Bu onu göstərir ki, cəza hər zaman labüd olmaya bilər. Hüquqşünaslar, hakimlər də həmişə "cəza sərt olanda nəticəsi olurmu?" deyə düşünürlər. Bizim qanunvericilikdə söyüş və təhqirlərin, başqalarına şər və böhtan atılması xarakterli məlumatların yayılması qadağandır. Bu qadağa "KİV haqqında" qanunda da yer alıb. Sadəcə, qanunvericilikdə olan maddələr konkret olmadığı üçün işlək deyil. İndi isə qanunvericilik konkretlşdirməyə çalşır ki, hansı növ məlumatların dərc edilməsi qanunsuz sayılmalıdır və buna görə hansı sanksiyalar tətbiq edilə bilər. Məsələnin konkretləşməsi gələcəkdə şəxsin bu cür əməllərə görə məsuliyyətə cəlb olunması üçün bir əsas kimi kömək edəcək".

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Dünən, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR