2-12-2025, 22:48 268

Ağır məktəbli çantaları şagirdləri şikəst edə bilər - Bunun qarşısını necə almaq olar?

Müasir dövrdə məktəblilərin üzləşdiyi ən ciddi problemlərdən biri ağır çantaların gündəlik daşınmasıdır. Yaşından və fiziki hazırlığından asılı olmayaraq, çiyinlərə və onurğa sütununa düşən həddindən artıq yük uşağın fiziki inkişafına və gələcəkdə həyati rahatlığına birbaşa təsir edir.

Müalicəvi fiziki tərbiyə mütəxəssisi Elsevər Məstanov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu məsələ yalnız valideynlərin deyil, həm də həkimlərin, reabilitoloqların, müəllimlərin və məktəb rəhbərliyinin diqqətində olmalıdır.

Mütəxəssis deyir ki, ağır çantaların fəsadları təkcə o an deyil, uzunmüddətli və bəzən geri dönüşü çətin olan nəticələr yarada bilər.

Ağır məktəbli çantaları şagirdləri şikəst edə bilər - Bunun qarşısını necə almaq olar?

Ağır çanta daşımağın onurğaya zərərləri

"Araşdırmalar göstərir ki, çəkisi normadan artıq olan çanta uşağın onurğa sütununun fizioloji formalarını dəyişdirməyə başlayır. Bu dəyişikliklər aşağıdakı problemlərlə nəticələnə bilər:

Skolioz (Onurğanın yana əyilməsi)

Uzun müddət ağır çanta daşımaq uşağın çiyinlərinin birini daha yuxarı qaldırmasına səbəb olur. Bu vəziyyət zamanla onurğada asimmetriyaya və skolioza gətirib çıxarır.

Kifoz (Qamburluq)

Ağır çantanın çəkisi bədənin önə çox əyilməsinə səbəb olur. Nəticədə döş nahiyəsində qamburlaşma yarana bilər.

Lordoz pozuntusu (Bel çuxurunun artması)

Daimi ağır yüklə bədən bu yükü kompensasiya etməyə çalışdıqda beldə anormal çuxur əmələ gəlir.

Boyun və kürək ağrıları

Ağrıların çoxu əzələlərin qeyri-bərabər yüklənməsindən qaynaqlanır. Uşaq hələ inkişaf mərhələsində olduğu üçün bu ağrılar sonradan xroniki xarakter ala bilər.

Yeriş və duruş pozuntuları

Ağır çanta daşıyan uşaq bədəndə balans saxlamaq üçün öyrənilməyən duruş və yeriş forması yaradır", - deyə ekspert bildirib.

Ağır çantanın fəsadlarının qarşısını necə almaq olar?

Elsevər Məstanov deyir ki, bu gün həm valideynlər, həm də məktəb rəhbərlikləri müəyyən sadə tədbirlər sayəsində onurğa xəstəliklərinin qarşısını effektiv şəkildə ala bilərlər.

"Mütəxəssislər məktəbli çantasının uşağın bədən çəkisinin 10–12%-ini ötməməsini tövsiyə edirlər. Çanta mütləq iki çiyinə taxılmalıdır.

Bir çiyində daşımaq bədənin bir tərəfinə artıq yük salır və deformasiya riski artır. Ortopedik və yüngül çantalara üstünlük verilməlidir.

Sərt arxalı, bel dəstəkli, yastıqlı çiyin qayışlı çantalar daha təhlükəsizdir. Dərsliklərin yüngülləşdirilməsi və elektron variantlardan istifadə edilməlidir.

Valideynlər və müəllimlər birlikdə artıq kitabların çantada daşınmasının qarşısını almağa kömək etməlidir. Uşağın ayaqları yerə tam dayanmalı, belinə dayaq olmalı, masa göz səviyyəsində olmalıdır".

Fiziki tərbiyə müəllimi deyir ki, bundan əlavə uşaqlar boş vaxtlarında gündəlik onurğa və duruş məşqləri etməlidirlər:

Müalicəvi fiziki tərbiyənin sadə hərəkətləri fəqərə sütununu gücləndirir, əzələlərdə balans yaradır və duruşu bərpa edir:

"Bundan başqa, uşaqlar ara-sıra həkim müayinəsindən keçməlidirlər. Dəyişikliyi erkən aşkar etmək gələcək problemlərin qarşısını tamamilə ala bilər. Valideyn, müəllim və mütəxəssis birgə çalışdıqda uşaqların gələcəkdə fiziki və psixoloji sağlamlığı təmin edilmiş olur".

Dünya təcrübəsində bu problem necə həll olunur?

Qeyd edək ki, bir çox ölkələr artıq çanta çəkisinə normativlər və alternativ həll mexanizmləri tətbiq edib.

İsveç və Finlandiya

Bu ölkələrdə məktəblərdə şəxsi dolab sistemi (locker) geniş yayılıb. Şagirdlər dərslikləri hər gün daşımaq əvəzinə məktəbdə saxlayırlar. Ev tapşırıqları isə rəqəmsal platformalar üzərindən yerinə yetirilir.

Sinqapur

Burada Təhsil Nazirliyi "ağıllı çanta proqramı" tətbiq edir. Dərsliklərin çoxu planşetlərdə və elektron formatda təqdim olunur. Eyni zamanda məktəblərdə çanta çəkisini mütəmadi yoxlamaq təcrübəsi var. Şagirdin çantası bədən çəkisinin 10%-ni keçməməlidir.

Kanada

Kanadada ortopedlər və məktəblər birlikdə ergonomik təlimlər keçirir. Uşaqlara və valideynlərə çantanın düzgün seçilməsi və geyinilməsi öyrədilir. İki çiyin kəməri eyni anda istifadə olunmalıdır. Çanta bel səviyyəsindən aşağı sallanmamalıdır. Ən ağır əşyalar çantanın arxa hissəsinə, bədənə yaxın yerləşdirilməlidir.

Yaponiya

Yaponiyada məktəblilərin istifadə etdiyi ənənəvi "randoseru" adlı çantalar xüsusi olaraq bel sütununa bərabər yük paylamaq üçün hazırlanır. Bu çantalar həm yüngül materialdan düzəldilir, həm də bel formasına uyğunlaşdırılır.

Uşaqların səhər məktəbə gəlməsi və dərsdən sonra evə qayıtması zamanı kütləvi nəqliyyat vasitələri çantalar üçün xüsusi dayaqlarla təchiz edilir.

Almaniya

Almaniyada bir çox məktəblərdə "iki nüsxə dərslik" sistemi var: biri evdə qalır, digəri məktəbdə. Bundan əlavə, valideyn komitələri və müəllimlər mütəmadi olaraq "çanta çəkisi həftəsi" keçirir, uşaqların daşıdığı çəki ölçülür və nəticələr qiymətləndirilir.

Azərbaycanda nələr edilə bilər?

Elektron dərsliklərin tətbiqi genişləndirilməlidir. Məktəblərdə şkaf (locker) sistemi tətbiq edilməlidir.

Şagirdlər kitablarını məktəbdə saxlaya bilsə, daşıdıqları yük əhəmiyyətli dərəcədə azalacaq.

Çanta çəkisi nəzarətdə saxlanmalıdır.

Hər tədris ili başlanğıcında məktəbdə ortoped və ya tibb bacısı tərəfindən uşaqların çanta çəkisi ölçülə bilər.

Ziya SƏCCAD

Paylaş

Xəbər lenti

"İpək yolu" rallisi Bakıya çatdı - "Bir ildir ki, buna hazırlaşırdıq" Bu gün, 22:48 "Sabah" Azərbaycan Kubokunun qalibi olub Bu gün, 22:48 Azərbaycanda dollar erası bitir? Bu gün, 22:48 Valdas Dambrauskas: "Sabah" bu mövsüm mükəmməl mövsüm keçirdi" Bu gün, 22:48 AFFA prezidenti: İnanıram ki, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəksiniz Bu gün, 22:48 "Can veririk, bizə kömək edin!" - Kənddə qalan sakinlər fəryad edirlər Bu gün, 21:48 Xatirə İslam hava limanında 10 saat gözlədi Bu gün, 21:48 Avtobus dayanacağa 40 dəqiqəyə çatdı, sürücü ilə mübahisə düşdü Bu gün, 21:48 "Sabah"- "Zirə" oyununda hesab bərabərləşib Bu gün, 21:48 Röya və Əkbərin "Ay qız" mahnısı geri qaytarıldı - Plagiat iddiaları yalan çıxdı Bu gün, 21:48 Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir Bu gün, 20:48 "Sabah" - "Zirə" oyununda hesab açılıb Bu gün, 20:48 Bakı Dəmiryol Vağzalında vətəndaşları SEVİNDİRƏCƏK YENİLİK Bu gün, 20:48 İdris Cəfərov: "Həkimlər Nazimin ödünü çıxaranda qaraciyərini də zədələyiblər" Bu gün, 20:48 Ermənistanda revanşizm meyilləri və regionda artan siyasi gərginlik MÜZAKİRƏ EDİLDİ Bu gün, 19:48 Arvadı Makronu təyyarədə iranlı aktrisa ilə yazışmalarına görə sillələyib? Bu gün, 19:48 Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstələrini evə buraxır? - İDDİA Bu gün, 19:48 SOCAR-ın prezidenti "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib Bu gün, 19:48 Azərbaycan və Belarusun hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib Bu gün, 19:48 "Neftçi"nin qızlardan ibarət komandası növbəti dəfə Azərbaycan çempionu olub Bu gün, 19:48 Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib Bu gün, 18:48 Məşhur generalın xanımı vəkilliyə başladı Bu gün, 18:48 Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub Bu gün, 18:48 Türkiyədən evlənmək üçün Azərbaycana gəldi, küçədə qaldı: 67 minlik dələduzluq iddiası Bu gün, 18:48 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Hindistana təhvil verib Bu gün, 18:48 Bəzi yerlərdə intensiv yağış yağır, dolu düşüb - FAKTİKİ HAVA Bu gün, 18:48 Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb Bu gün, 17:48 Təqsirləndirilən şəxsi azadlığa buraxdıracağına söz verdi, özü həbsə düşdü Bu gün, 17:48 Bakıda "İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda konfrans keçirilib Bu gün, 17:48 İbrahim İbrahimova yeni vəzifə verildi Bu gün, 17:48 SOCAR Özbəkistanda nümayəndəlik açacaq Bu gün, 17:48 Paytaxtda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq? Bu gün, 17:48 Rusiyada tikintidə işləməyə adam tapmırlar - 200000-dən çox işçi ÇATMIR Bu gün, 17:48 Sabah Salyan və Hacıqabulun bəzi kəndlərində qaz kəsiləcək Bu gün, 16:48 Sərhədçiləri görüb narkotiki dənizə atdılar - Xaçmazda saxlanılan İran vətəndaşlarından XƏBƏR VAR Bu gün, 16:48 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir Bu gün, 16:48 "Haber Global" Azərbaycanın TDT-dəki rolu ilə bağlı süjet hazırlayıb Bu gün, 16:48 Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb Bu gün, 16:48 Dövlət Komitəsi: Naxçıvanın Baş planı razılaşdırma mərhələsindədir Bu gün, 16:48 3 gün güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Alimlər müəyyən etdi: kişilər daha tez vurulur, qadınlar isə daha dərin sevir Bu gün, 16:48 Bu şəxslər universitetə birbaşa qəbul ola bilər - DİM-dən xatırlatma Bu gün, 15:48 Londonda ölən 34 yaşlı azərbaycanlı hamilə qadın KİM İDİ? Bu gün, 15:48 "Screen International" jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr olunub Bu gün, 15:48 Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təşkil ediləcək Bu gün, 15:48 Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar Bu gün, 15:48 Bloomberg: Qlobal neft ehtiyatları rekord sürətlə azalır Bu gün, 15:48 "Nar" WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR