
Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölən şəxsin - 1976-cı il təvəllüdlü Hidayət Məmmədzadənin xəstəxanada müalicə aldığı və ehtiyatsızlıqdan binanın 3-cü mərtəbəsindən yıxıldığı deyilir.
Faktla bağlı araşdırmalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.