
Mingəçevirdə ağacdan yıxılan şəxs xəstəxanada ölüb.
"Report" xəbər verir ki, iyunun 2-də Mingəçevir şəhər sakini 1965-ci il təvəllüdlü Kamran Salahov qonşusunun həyətindəki tut ağacından yıxılaraq kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib və bu gün orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.