12-12-2025, 11:48 188

Heydər Əliyevin ən mühüm tarixi addımlarından biri enerji strategiyasının formalaşdırılması olub - RƏY

Ümummilli Lider Heydər Əliyevin ən mühüm tarixi addımlarından biri enerji strategiyasının formalaşdırılması olub.

AVESTA.AZ xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, Ümummilli Liderin Azərbaycan iqtisadiyyatının inkişafında rolundan danışarkən təkcə tarixi bir şəxsiyyətin fəaliyyəti deyil, müasir dövlətçilik modelinin iqtisadi dayaqları xatırlanır:

"Heydər Əliyevin iqtisadi strategiyası Azərbaycanın müstəqilliyinin real məzmunla doldurulmasına, siyasi suverenliyin iqtisadi suverenliklə möhkəmləndirilməsinə xidmət edən sistemli bir yanaşma olub. 1990-cı illərin əvvəllərində ölkəmiz ağır sosial-iqtisadi böhran, idarəetmə boşluğu, istehsalın kəskin azalması və təhlükəsizlik riskləri ilə üz-üzə idi. 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə iqtisadi sabitliyin bərpası dövlət quruculuğunun əsas prioritetinə çevrildi. İlk növbədə, makroiqtisadi stabillik təmin olundu, qanunvericilik və institusional islahatlara başlanıldı, dövlət idarəetməsi və iqtisadi qərarvermə mexanizmləri yenidən quruldu".

T.Mirkişilinin sözlərinə görə, "Əsrin müqaviləsi" ilə Azərbaycan beynəlxalq enerji bazarına etibarlı tərəfdaş kimi daxil olub və ölkəyə böyük həcmdə sərmayə axını başlayıb:

Heydər Əliyevin ən mühüm tarixi addımlarından biri enerji strategiyasının formalaşdırılması olub - RƏY

"Bu, yalnız neft sektorunun inkişafı deyil, bütövlükdə iqtisadiyyatın canlanması, yeni infrastruktur layihələri, məşğulluğun artması və sosial sahənin maliyyə əsaslarının güclənməsi demək idi. Heydər Əliyev enerji resurslarını tək məqsəd kimi deyil, modern iqtisadiyyatın qurulması üçün vasitə kimi görürdü. Onun iqtisadi kursunun başqa bir vacib xətti regionların inkişafı, ölkədaxili inteqrasiyanın möhkəmlənməsi və sosial ədalətin təmin edilməsi idi. Dövlətin iqtisadi rolunun səmərəli qurulması, bazar prinsiplərinə keçidin mərhələli şəkildə həyata keçirilməsi, sahibkarlığın təşviqi və strateji sektorların qorunması balansı Heydər Əliyev məktəbinin əsas xüsusiyyətlərindəndir".

Müsahib hesab edir ki, bu gün Azərbaycan iqtisadiyyatının dayanıqlılığı, enerji və nəqliyyat layihələri üzrə beynəlxalq çəkisi, regional liderlik iddiası və modernləşmə gündəliyi məhz həmin strateji təməllər üzərində yüksəlir:

"Heydər Əliyevin qurduğu iqtisadi idarəetmə fəlsəfəsi uzunmüddətli baxışa, milli maraqların üstünlüyünə və dövlətin inkişaf missiyasına söykənirdi. Nəticə etibarilə, Heydər Əliyevin Azərbaycan iqtisadiyyatına verdiyi ən böyük töhfə təkcə konkret layihələr və müqavilələr deyil, milli inkişaf konsepsiyası, sabitlik və gələcək nəsillər üçün işlək dövlət-iqtisadiyyat modelidir. Bu model bu gün də ölkəmizin tərəqqisinin ideya və strateji istinad nöqtəsi olaraq qalır".

Paylaş

Xəbər lenti

Ukrayna atəşkəsi 16 mindən çox pozub Bu gün, 22:48 Xankəndidə WUF13-ün ikinci hissəsi başlayıb Bu gün, 22:48 Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur Bu gün, 21:48 BƏƏ İranın göndərdiyi iki PUA-nın məhv edildiyini açıqladı Bu gün, 21:48 Hantavirus aşkarlanan kruiz gəmisinin sərnişinləri təxliyə olunur Bu gün, 21:48 Buxarestdə Heydər Əliyevin xatirəsi anılıb Bu gün, 20:48 Azərbaycanı qlobal gücə çevirən strategiya Bu gün, 20:48 İranın zənginləşdirilmiş uranı ölkədən çıxarılmayınca müharibə bitməyəcək Bu gün, 20:48 Almanlar İrandakı müharibəyə görə şəxsi avtomobildən imtina edirlər Bu gün, 19:48 İran ABŞ-nin təklifinə Pakistan vasitəsilə cavab göndərdi Bu gün, 19:48 WUF13 könüllüləri Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləşmob keçiriblər Bu gün, 19:48 Azərbaycan cüdoçuları Avropa Kubokunda 9 medal qazanıblar Bu gün, 19:48 Xameneidən İran ordusuna yeni tapşırıq Bu gün, 18:48 Prezidentdən revanşist dairələrə XƏBƏRDARLIQ Bu gün, 18:48 Zəngilandan dünyaya verilən mesaj: Regionda sülhün və inkişafın əsas təminatçısı Azərbaycandır Bu gün, 18:48 Prezidentin Zəngilan sakinləri ilə səmimi anları Bu gün, 18:48 "Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşıb Bu gün, 17:48 Müşfiqabadda ağacəkmə aksiyası keçirilib Bu gün, 17:48 WUF13-də iştirak etmək üçün qeydiyyatdan keçən ölkə və şəxslərin sayı açıqlanıb Bu gün, 17:48 Qəzalı vəziyyətdəki işıq dirəyi təhlükə saçır Bu gün, 16:48 Xızıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib Bu gün, 16:48 Serbiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb Bu gün, 16:48 Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib Bu gün, 16:48 Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım edib Bu gün, 16:48 Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib Bu gün, 16:48 Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub Bu gün, 15:48 Xankəndidə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib Bu gün, 15:48 Sabir Rüstəmxanlı: "Heydər Əliyev Azərbaycan tarixində silinməz iz qoyub" Bu gün, 15:48 Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb Bu gün, 15:48 Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" Bu gün, 15:48 Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb Bu gün, 14:48 Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik Bu gün, 14:48 Alyona Əliyeva Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib Bu gün, 14:48 Bakıda mənzildə yanğın baş verib Bu gün, 14:48 "Haber Global" Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı süjet hazırlayıb Bu gün, 14:48 Dövlət Xidmətində Ümummilli Lider Heydər Əliyevə həsr edilən silsilə tədbirlər təşkil olunub Bu gün, 13:48 İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib Bu gün, 13:48 İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb Bu gün, 13:48 İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub Bu gün, 13:48 İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur Bu gün, 13:48 Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır Bu gün, 13:48 Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident Bu gün, 13:48 Prezident: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq Bu gün, 13:48 Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq Bu gün, 13:48 100 illik bina ilə bağlı diqqətçəkən vəziyyət Bu gün, 12:48 Emin Əmrullayevdən distant təhsillə bağlı YENİ AÇIQLAMA Bu gün, 12:48 Sabah havanın temperaturu 30 dərəcəyədək yüksələcək Bu gün, 12:48 Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR