12-12-2025, 17:48 266

Azərbaycan futbolunda bəzi oyunlar qumara qoyulub - FAKTLAR

Bu ilin yanvarında AFFA İntizam Komitəsinin qərarı ilə danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılan "Şamaxı"nın sabiq oyunçusu Adil Nağıyevin hansı matçlara mərc etdiyi müəyyənləşib.

AVESTA.AZ "Teleqraf"a istinadən xəbər verir ki, Adil Nağıyev bu işdə komanda yoldaşı Giorgi Kantariya ilə əlbir olub.

Əldə etdiyimiz məlumata görə, Nağıyevin Kantariya ilə əlbir olduğu ilk qarşılaşma ötən il Premyer Liqanın 15-ci turunda Şamaxıda keçirilən "Şamaxı" - "Kəpəz" matçıdır.

Belə ki, hər iki futbolçu "Topaz" və digər mərc saytlarında "Şamaxı"nın məğlubiyyətinə pul qoyuluşu edib. Nəticədə "Şamaxı" sözügedən matçda 0:1 hesabı ilə məğlub olub.

Bundan başqa, tərəflər ötən il dekabrın 4-də Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Zirə Olimpiya Kompleksində keçirilən "Zirə" - "Şamaxı" matçında manipulyasiya ediblər.

Adil Nağıyev "Şamaxı"nın məğlubiyyətinə yatırım edərək əldə edilən qazancdan Kantariyaya 5 min dollar vəd edib. Qəsdən səhv ötürmə etməklə, bilərəkdən səhv mövqe seçməklə, rəqibin təhlükəli hücumlar etməsinə şərait yaratmaqla və digər bu kimi əməllərə yol verən tərəflər komandasının 1:3 hesablı məğlubiyyətinə şərait yaradıblar.

Adil Nağıyev Kantariyadan əlavə komandanın yarımmüdafiəçisi Vasiliye Bakiçlə Vasiliye Redenoviçi də "iş başında" görmək istəyib. Lakin legioner futbolçular bu təkliflə razılaşmayıblar. Maraqlıdır ki, Adillə Giorgini ifşa edən də Redenoviç olub. O, rəhbərliyə Adillə yazışmasını təqdim edib.

Məlum olub ki, Adil Rusiyadan gələn şəxsə matçın 30-cu dəqiqəsindən sonra "Şamaxı"nın məğlubiyyətinə mərc etməsinə dair işarə verib. Adil Nağıyev "Şamaxı" - "Kəpəz" matçında iştirak etməsə də, Kantariya meydanda olub. Nağıyev meydanda olmasa da, komandasının məğlubiyyətinə pul yatırıb.

Adil Nağıyev ilkin istintaqa ifadəsində bildirib ki, Azərbaycan ərazisindən burada keçirilən çempionat oyunlarına yüksək məbləğlərdə pul yatırmağın mümkün olmadığını öyrənib. Buna görə də 2024-cü ilin noyabrında əvvəllər futbolçu olmuş və hazırda Türkiyədə yaşayan Elgün Nəbiyevlə "WhatsApp"la əlaqə yaradıb.

Elgünə üç oyuna 40 000-50 000 manat intervalında mərc etmək istədiyini bildirən Adil Nağıyev, bunun Türkiyə ərazisindən mümkün olub-olmadığını soruşub. Elgün də ona Türkiyədən də Azərbaycan oyunlarına yüksək məbləğdə pul vəsaiti mərc etmək olmadığını, lakin Rusiyada yaşayan Orxan adlı tanışının bu işdə ona köməklik edə biləcəyini bildirib.

Orxanla danışıq zamanı "Zirə" - "Şamaxı" arasında baş tutacaq oyunda müdafiəçisi olduğu "Şamaxı"nın bilə-bilə passiv hərəkətlər və "səhvlər" edərək uduzdurmaq istədiyini, 50 000 manat məbləğdə pul vəsaitini mərcə qoymaqla yüksək qazanc əldə etmək istədiyini bildirib.

Danışıq zamanı Orxana üç oyunu mərc etmək istədiyini söyləyib. Həmin oyunlarda mərcin məzmunu "Zirə" - "Şamaxı" oyununda "Şamaxı"nın əsas vaxtda məğlubiyyəti, "Sumqayıt" - MOİK matçında "kimyaçılar"ın əsas vaxtda qələbəsi və "Neftçi" - "Difai Ağsu" oyununda isə əsas vaxtda 4 qol vurulacağı ilə bağlı olub.

Həmin vaxt Orxanla danışıq zamanı sonuncu ona "Zirə"- "Şamaxı" oyununda əmsalların 2-2.70 arası olacağını ehtimal etdiyini deyib. Tərəflər razılaşsalar da, Orxan sonradan zəng edərək üç oyuna mərc edə bilməyəcəyini bildirib. Sonda Adil "Zirə" ilə kubok matçında kapitanı olduğu "Şamaxı"nın məğlubiyyətinə mərc edib.

Məlum olub ki, Adil Orxana "Şamaxı"nın 2 top fərqi ilə uduzmasına mərc etməyi tapşırıb. Lakin Orxan matça 30-cu dəqiqədən sonra canlı mərc edib. Bu dəqiqəyə qədər isə "Zirə" artıq 2:0 öndə olub. Tərəflərin bir-birini anlamaması nəticəsində Adilin mərcdən pul qazanmaq sevdası baş tutmayıb və əlində olan məbləği uduzub. Orxan sonradan bildirib ki, canlı mərc 10-cu dəqiqədə bağlanıb, yalnız 30-cu dəqiqədən sonra açılıb.

Orxan isə pulu qaytarmaqdan imtina edib.

Adil daha sonra komandanın baş məşqçisi Ayxan Abbasova "WhatsApp"da səs ataraq üzr istəyib. O, səsyazısında əməlindən peşman olduğunu, şeytana uyduğunu bildirib.

"Topaz" istintaqa Adil Nağıyevin təşəbbüsü ilə yaradılan kuponları da təqdim edib. 101340 nömrəli "Topaz" məntəqəsində oyunlar başlamamışdan qabaq, əmsal 1.52-dən hesablanaraq hər birində 200 manat məbləğində dörd kupon (bilet) üzrə ümumilikdə 800 manat məbləğində pul vəsaiti mərc edilib. Mərcin yekununda hər kupon (bilet) üzrə 653.61 manat yekun uduş məbləği əldə edilib.

Həmin kuponların hamısında "Şamaxı" - "Kəpəz" matçında Gəncə təmsilçisinin uduzmayacağı, Azərbaycan Premyer liqası çərçivəsində keçirilən "Zirə" "- "Sumqayıt" oyununda bakılıların qələbəsi, "Neftçi" - "Qarabağ" oyununda ağdamlıların, "Araz Naxçıvan" - "Turan Tovuz" matçında isə "3.5 alt" qeyd edilib. Yekunda "Kəpəz", "Qarabağ" "Zirə" qalib gəlib, "Araz Naxçıvan"ın matçı isə 1:0 hesabı ilə yekunlaşdığından hər dörd kupon uduşlu olub.

Qeyd edək ki, Adil Nağıyevə Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsi ilə ittiham elan edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Adil Nağıyev beş il müddətə azadlıqdan məhrum edilib. Lakin onun cəzası şərti hesab edilməklə bir il sınaq müddəti təyin edilib.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR