
Sosial şəbəkədə saxta iş elanları yerləşdirərək dələduzluqlar edən 38 yaşlı Mahmud Şərifov saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, müəyyən edilib ki, M.Şərifov onunla əlaqə saxlayan hər bir şəxsin işə qəbulla bağlı müraciətinin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun kartına köçürülməsini tələb edib.
O, pulları əldə edəndən sonra zərərçəkənlərlə əlaqələrini kəsib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.