
Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
“Report” xəbər verir ki, H.Akarı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və başqa rəsmi şəxslər qarşılayıb.
Nümayəndə heyətinin tərkibinə Türkiyənin Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxsləri daxildir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.