
Çinin "Çançjen-7A" raket daşıyıcısı çərşənbə günü kosmik hədəfləri aşkarlamaq üçün yeni texnologiyaların sınaqdan keçirilməsi məqsədilə "Şijyan A" və B peyklərini orbitə çıxarıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, raket Pekin vaxtı ilə səhər saat 6:40-da (Bakı vaxtı ilə saat 2:40) Haynan adasındakı Vençan kosmodromundan buraxılıb. Peyklər buraxılış vasitəsindən ayrıldıqdan sonra təyin olunmuş orbitlərə uğurla daxil olublar.
Peyklərdən əsasən kosmik tədqiqatlar, təcrübələr və müxtəlif yeni texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.