31-12-2025, 22:48 260

ADB Azərbaycanda fintex sektorunun inkişafının əsas şərtlərini müəyyən edib

Tənzimləmənin təkmilləşdirilməsi, innovasiyalara dövlət dəstəyinin genişləndirilməsi və maliyyə institutları və banklarla əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın fintex ekosisteminin yeni inkişaf mərhələsinə keçməsi üçün əsas şərtlərdir.

Bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatına istinadən xəbər verir.

"İnnovasiyaların maliyyələşdirilməsi üçün mənbələrin məhdud olduğu şəraitdə dövlət stimulları həlledici əhəmiyyət kəsb edir, innovativ həllərin hazırlanma mərhələsindən praktiki tətbiqə keçməsinə və istehlakçıların real ehtiyaclarının qarşılanmasına kömək edir", - Bank vurğulayır.

ADB qeyd edir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarında innovasiyaların tətbiqini sürətləndirmək, rəqabəti artırmaq və dayanıqlı maliyyə həllərini dəstəkləmək məqsədilə tənzimləyici "sandbox" yaradıb.

"Bu sınaq mexanizmindən istifadə ödəniş kartları və elektron pulların (e-money) emissiyası da daxil olmaqla ödəniş xidmətlərinin sayının artmasına, həmçinin maliyyə əlçatanlığının genişləndirilməsi üçün agent şəbəkələrinin formalaşmasına töhfə verə bilər. Pul köçürmələri, elektron pullar və ödəniş kartları kimi yeni ödəniş xidmətlərinin təqdim edilməsi və tətbiq proqramlaşdırma interfeysi (API) texnologiyalarının istifadəsinin genişləndirilməsi bazarda yeni rəqabət imkanları yaradacaq", - hesabatda deyilir.

ADB hesab edir ki, innovasiyaların dəstəklənməsinin daha bir mühüm istiqaməti bank və fintex sektorları arasında qarşılıqlı əlaqələrin inkişafıdır. Bir sıra maliyyə qurumları artıq fintex şirkətləri ilə tərəfdaşlıq qurur, rəqabəti qorumağa və dəyişən bazar şəraitinə uyğunlaşmağa çalışır.

Xüsusilə bəzi fintex şirkətləri ödəniş aqreqatorları qismində çıxış edərək kommersiya banklarına kütləvi xidmətlər üzrə rəqəmsal ödənişlərin qəbulu üçün infrastruktur həlləri təqdim edir. Onlar bankların adından nağd ödənişləri qəbul edən geniş ödəniş terminalları şəbəkəsi ilə təmin edir, kommersiya bankları isə fintex şirkətlərinə rəqəmsal hesablaşmalar üçün platformalar təqdim edir. Bu cür əməkdaşlıq rəqəmsal maliyyə xidmətləri bazarının genişlənməsinə kömək edir.

ADB həmçinin vurğulayır ki, maliyyə əlçatanlığı Azərbaycanda iqtisadi artımın mühüm amilinə çevrilib və maliyyə texnologiyalarının fəal inkişafı ilə müşayiət olunur.

"Maliyyə xidmətlərinə çıxışın genişləndirilməsinə yönəlmiş xidmətlər əsasən banklar, bank olmayan kredit təşkilatları və sığorta şirkətləri tərəfindən təqdim olunur", - hesabatda deyilir.

Bank hesab edir ki, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun fintex startapları üçün tənzimləyici "sandbox" rejimini genişləndirməyə imkan verib, məhsul və xidmətləri sınaqdan keçirmək üçün daha əlverişli şərait yaradıb. Açıq API texnologiyalarının tətbiqi prioritet istiqamətlərdən biri olmalıdır. Hökumətin Açıq bankçılıq üzrə Yol Xəritəsi əsasında fintex şirkətlərinin rəqəmsal ödəniş sistemlərində birbaşa və ya dolayı iştirakı təmin edilə bilər. Bu, tranzaksiya xərclərini azaltmağa və ödəniş əməliyyatlarının səmərəliliyini artırmağa imkan verəcək.

Eyni zamanda, ADB iştirakçılar və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın dərinləşdirilməsi və təcrübə mübadiləsi üçün Azərbaycan Fintex Assosiasiyasının platformasının genişləndirilməsini tövsiyə edir. Burada məqsəd isə ən yaxşı beynəlxalq təcrübələrin tətbiqi və innovativ proseslərin sürətləndirilməsidir. İnfrastruktur sahəsində Bank telekommunikasiya sektorunda dövlət müəssisələrinin özəlləşdirilməsinin məqsədəuyğunluğunu istisna etmir. Bu isə sənayenin şəffaflığını artıra, investisiya və innovasiya axınını stimullaşdıra bilər.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR