
Rusiyanın paytaxtı Moskvanın Vnukovo hava limanında Bakıya uçuşlarını gözləyən azərbaycanlılar çıxılmaz vəziyyətdə qalıblar.
Bu barədə aeroportda qalan soydaşlarımız AVESTA.AZ-in "qaynar xətti"nə bildiriblər. Onların sözlərinə görə, təyyarə reysləri ləğv olunub. Aldıqları biletləri isə geri qaytarmırlar.
"Bizə deyirlər ki, aldığınız biletlər batır. Bizim pulumuzu da qaytarmırlar. Deyirlər yenidən bilet almalısınız. Xahiş edirik bizə köməklik edilsin. Çıxılmaz vəziyyətdə qalmışıq", - deyə soydaşlarımız bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.