
Misli Premyer Liqası təmsilçisi "Sabah" yoxlama oyununda I Liqada çıxış edən "Mingəçevir"lə qarşılaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matç ev sahiblərinin 9:1 hesablı qələbəsi ilə bitib.
"Bayquşlar"ın heyətində Xəyal Əliyev və Velko Simiç het-trik ediblər. Digər qolları isə Umarali Raxmonaliyev (pen.), Kahim Parris və Tellur Mütəllimov bölgə kollektivinin qapısına vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.