
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçirilmiş "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
AVESTA.AZ xəbər verir ki, Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran bu ada layiq görülüb.
O, sözügedən matçda 2 qol vurmaqla komandasının qələbəsinə əsas pay sahiblərindən biri olub.
Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə məğlub edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.