25-01-2026, 19:48 315

Milli Məclisin sədri Bəhreynin Şura Məclisinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində yanvarın 25-də bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Al Salehlə görüşüb.

AVESTA.AZ xəbər verir ki, Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayan Əli bin Saleh Al Saleh bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirərək, bu çərçivədə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

S.Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan parlamentinin sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfərinin münasibətlərimizin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparmağa imkan verəcəyini vurğulayıb.

Söhbət zamanı xalqlarımızın dost ölkələrimizi birləşdirən ümumi dini və mədəni dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq, siyasi təmasların, iki dövlət arasında müxtəlif sahələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrin inkişafına təkan verəcəyinə inamlarını ifadə ediblər.

Görüşdə ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq etdikləri vurğulanaraq, bu təşkilatlarda qarşılıqlı dəstək göstərilməsindən razılıq ifadə olunub.

Söhbət zamanı qanunvericilik orqanları arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Bəhreyn qanunvericilik orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Hər iki ölkənin parlament sədrləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə töhfə verib.

S.Qafarova Şura Məclisinin sədri ilə bundan əvvəlki görüşlərini, həmçinin, Əli bin Saleh Al Salehin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Manama şəhərində keçirilən konfransında iştirakını məmnunluqla xatırlayıb. Vurğulanıb ki, Bəhreyn Parlamenti bu mühüm parlament platformasının bütün konfrans və parlament tədbirlərində, o cümlədən, təşkilatın rəhbər orqanlarında təmsil olunur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir Bu gün, 20:48 "Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir Bu gün, 20:48 TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq Bu gün, 20:48 Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyub Bu gün, 20:48 AAYDA: Siyəzən-Məşrif-Qalaaltı yolunda qəzalı körpünün əvəzinə yeni körpü tikilir Bu gün, 20:48 II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər Bu gün, 19:48 Neft qiymətləri yenidən kəskin yüksəlib Bu gün, 19:48 "Baku TV": Prezidentin səfərinin əsas istiqamətlərindən biri Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsidir Bu gün, 19:48 "Baku TV": Azərbaycan-Türkmənistan əlaqələri yeni məhələyə qədəm qoyub Bu gün, 19:48 "Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb Bu gün, 19:48 III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib Bu gün, 18:48 Pensiyalarda yeni indeksasiya: Kimin təqaüdü daha çox artacaq? Bu gün, 18:48 Laura İsak: Şuşa məndə böyük təəssürat yaradıb Bu gün, 18:48 TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır Bu gün, 18:48 Bakıda maşın qadın və azyaşlını piyada keçidində vurdu - TƏBİB-dən AÇIQLAMA/ANBAAN VİDEO Bu gün, 17:48 Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb Bu gün, 17:48 Azərbaycandan Gürcüstana qiymətli metal keçirmək istədi - "Qırmızı körpü"də saxlanıldılar Bu gün, 17:48 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib Bu gün, 17:48 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış Bu gün, 17:48 MKA: Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur Bu gün, 17:48 Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdama səfəri başlayıb Bu gün, 17:48 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü Bu gün, 17:48 Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb Bu gün, 17:48 İtkin düşmüşlərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib Bu gün, 17:48 Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb Bu gün, 16:48 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi Bu gün, 16:48 Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi Bu gün, 16:48 Ət yeməmək kimlər üçün risklidir? - Həkim açıqladı Bu gün, 16:48 Estoniya XİN rəhbəri: NATO Rusiyanın Baltik dənizinə çıxışını saatlar ərzində bağlaya bilər Bu gün, 16:48 Yol polisi dəhşətli qəzada xəsarət alan azyaşlını xəstəxanaya çatdırıb - ANBAAN VİDEO Bu gün, 16:48 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? Bu gün, 15:48 Azərbaycanda "Stop-Kredit" xidməti istifadəyə verilib Bu gün, 15:48 Ədəbiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb Bu gün, 15:48 Dövlət Statistika Komitəsinə yeni TƏYİNAT - SƏRƏNCAM Bu gün, 15:48 TƏBİB-in informasiya sistemlərində problem yaranıb - RƏSMİ CAVAB Bu gün, 15:48 Məşhur Hindistan aktyoru 75 yaşında vəfat edib Bu gün, 14:48 Lahıcın məşhur balının hazırlanma prosesi – arıçıdan maraqlı açıqlamalar Bu gün, 14:48 Avropa Komissiyası: Qaz və "yaşıl enerji" Aİ və Azərbaycan əməkdaşlığının mərkəzində qalacaq Bu gün, 14:48 Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub Bu gün, 14:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Ağkəndin deportasiya və etnik təmizləmə tarixi Bu gün, 14:48 AİİB Xəzərin suyunun duzsuzlaşdırılmasına kredit ayrılmasını təsdiqləyib Bu gün, 14:48 Tovuzda sosial şəbəkələrdə təhqirə görə 7 min manat mənəvi ziyan ödəniləcək Bu gün, 13:48 Binədə qətl törədən şəxsə məhkəmə 16 il 6 ay cəza verdi Bu gün, 13:48 İstanbul Hava Limanı Hitrounu geridə qoydu Bu gün, 13:48 Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb Bu gün, 13:48 Sezen Aksu xəstəxanaya yerləşdirilib – biopsiya olunub Bu gün, 13:48 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib Bu gün, 13:48 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR