
TƏBİB tabeli dövlət tibb müəssisələrində ödənişə görə ilk 5 diaqnoz qrupu qan dövranı, həzm, tənəffüs, sidik-cinsiyyət və endokrin sisteminin xəstəlikləri, eləcə də maddələr mübadiləsi və qidalanma pozuntuları ilə bağlıdır.
Bu barədə AVESTA.AZ-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta Agentliyindən bildirilib.
Özəl tibb müəssisələrində ödənişə görə ilk 5 diaqnoz qrupu isə qan dövranı sisteminin xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, həzm və sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri və həzm sisteminin xəstəlikləridir.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.