29-01-2026, 22:48 264

Alzheimer xəstəliyi ilə bağırsaq problemləri arasında gözlənilməz əlaqə tapılıb

Alimlər bağırsağın vəziyyəti ilə Alzheimer xəstəliyinin inkişafı arasında əlaqənin yeni sübutlarını aşkar ediblər.

Viskonsin Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq araşdırma göstərib ki, neyrodegenerasiyanın əlamətləri olan insanlarda bağırsaqdakı iltihab səviyyəsi xeyli yüksəkdir. Bu, birbaşa şəkildə beyində patoloji zülalların toplanması ilə əlaqəlidir.

BAKU.WS xəbər verir ki, iş Scientific Reports jurnalında dərc olunub.

Daha əvvəl heyvanlar üzərində aparılan təcrübələr bağırsaq mikrobiomunun Alzheimer xəstəliyinin əlamətlərini gənc siçanlara ötürməkdə rol oynaya biləcəyini göstərmişdi. Yeni araşdırma bu prosesin mümkün mexanizmini – bağırsaqda xroniki iltihabı – daha dəqiq müəyyənləşdirib.

Alimlər Alzheimer xəstəliyinin qarşısının alınmasına yönəlmiş iki proqramın 125 iştirakçısından alınan nəcis nümunələrini təhlil ediblər.

Onlarda bağırsaq iltihabının göstəricisi sayılan kalprotektin adlı zülalın səviyyəsi ölçülüb.

Bundan əlavə, iştirakçılar yaddaş və idrak testlərindən keçib, ailəvi xəstəlik tarixçəsi ilə bağlı sorğulara cavab veriblər, genetik analizlər aparılıb, bəziləri isə beyində amiloid lövhəciklərinin aşkar edilməsi üçün neyrovizualizasiya müayinəsindən keçiblər.

Məlum olub ki, kalprotektinin səviyyəsi yaş artdıqca yüksəlir, lakin xüsusilə yüksək göstəricilər amiloid lövhəcikləri olan şəxslərdə müşahidə olunub. Bu, Alzheimer xəstəliyinin xarakterik əlamətidir. Bağırsaqdakı iltihab səviyyəsinin artması digər bioloji markerlərin çoxalması və yaddaş göstəricilərinin zəifləməsi ilə müşahidə edilib. Bu əlaqə, demansın klinik diaqnozu olmayan iştirakçılarda belə qeydə alınıb.

"Biz göstərdik ki, Alzheimer xəstəliyi olan insanlarda bağırsaq iltihabı daha güclüdür. Həmçinin, iltihab səviyyəsi yüksək olan şəxslərin beynində daha çox amiloid lövhəcikləri toplanır," – deyə Viskonsin Universitetindən psixoloq Barbara Bendlın bildirib.

Bir hipotezə görə, mikrobiomdakı dəyişikliklər bağırsaq baryerinin keçiriciliyini artırır. Nəticədə, iltihab yaradan molekullar və toksinlər qana daxil olur, bu da beynin qoruyucu mexanizmini pozur, neyroiltihabı gücləndirir və neyronların zədələnməsinə səbəb olur.

"Xroniki, zəif ifadə olunmuş iltihab illərlə yavaş-yavaş yığılıb, nəticədə neyrodegenerativ prosesləri işə sala bilər," – deyə tədqiqatın həmmüəllifi, bakterioloq Federiko Rey qeyd edib.

Hazırda alimlər heyvan modelləri üzərində təcrübələr apararaq, bağırsaqda iltihabı gücləndirən qidalanma dəyişikliklərinin siçanlarda Altsheymer xəstəliyinə bənzər vəziyyətləri yarada bilib-bilməyəcəyini yoxlayırlar.

Onilliklərdir davam edən araşdırmalara baxmayaraq, Altsheymer xəstəliyinin effektiv müalicə üsulu hələ ki, yoxdur. Bununla belə, bağırsağın və xroniki iltihabın rolunun anlaşılması alimləri xəstəliyin daha bütöv mənzərəsini yaratmağa yaxınlaşdırır və profilaktika və terapiya üçün yeni yolların açılmasına ümid verir.

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Dünən, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR