20-02-2026, 12:48 100

DYP-dən qayda pozan avtobus sürücülərinə XƏBƏRDARLIQ

Avtobus sürücüləri digər nəqliyyat vasitələrinin sürücüləri ilə müqayisədə daha böyük məsuliyyət daşıyırlar. Çünki onlar sükan arxasında yalnız öz həyatlarına deyil, onlarla sərnişinin təhlükəsizliyinə cavabdehdirlər.

AVESTA.AZ-in məlumatına görə, bu səbəbdən ictimai nəqliyyat sürücülərinin yol hərəkəti qaydalarına riayət etməsi xüsusi əhəmiyyət kəsb edir.

Lakin əfsuslar olsun ki, avtobus sürücülərinin qaydaları kobud şəkildə pozmasının da şahidi oluruq.

Baş DYP İdarəsinin baş inspektoru Elvin Hacıyev AVESTA.AZ-ə bildirib ki, paytaxtda avtobuslar üçün xüsusi zolaqlar ayrılıb və həmin zolaqlarda hərəkət təhlükəsizliyin və yol axıcılığının təmin edilməsi məqsədi daşıyır:

"Avtobus sürücüləri bu zolaqlardan kənara çıxaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane olduqda və ya zolaq qaydalarını pozduqda məsuliyyət daşıyırlar. Bu cür hallara İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq hüquqi qiymət verilir və qanunamüvafiq tədbirlər görülür.

Avtobus zolaqları ilə bağlı nəzarət obyektiv şəkildə həyata keçirilir və qaydaların pozulmasına qarşı mütəmadi tədbirlər görülür".

Baş inspektor əlavə edib ki, son dövrlərdə yolayrıcılarında və müəyyən ərazilərdə sarı nişanlanma xətlərinin çəkilməsi də intizamın gücləndirilməsinə səbəb olub:

"Xüsusilə sarı tor nişanlanması tətbiq olunan yerlərdə sürücülər qaydalara daha ciddi əməl edirlər. Bunun əsas səbəbi həmin ərazilərdə xüsusi texniki nəzarət vasitələrinin quraşdırılması və qayda pozuntularının avtomatik qeydə alınmasıdır.

Xüsusi texniki vasitələrin əsas məqsədi sürücüləri cərimələmək deyil, onları qayda pozuntusundan çəkindirməkdir. Məqsəd yolun axıcılığını təmin etmək, tıxacların qarşısını almaq və digər hərəkət iştirakçıları üçün təhlükəsiz mühit yaratmaqdır.

Nəzarətin olmadığı ərazilərdə isə bəzi sürücülər yolayrıcını keçmə qaydalarını pozmağa cəhd edirlər. Lakin qaydaları pozan şəxslər bilməlidirlər ki, xüsusi texniki vasitələr bu halları qeydə alır və elektron protokol tərtib olunur. Qanunvericiliyə uyğun olaraq həmin sürücülər barəsində müvafiq inzibati tədbirlər görülür".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

"Elə bildim bomba düşdü" - Yanğın zamanı sakinlər qorxulu anlar yaşadılar Bu gün, 00:48 Azərbaycanda nazirlər deputatlara qarşı futbol oynadı Dünən, 23:48 Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır Dünən, 23:48 Bakı–Sumqayıt yolunda təhlükəli anlar: "Naz-Lifan" qəza şəraiti yaratdı Dünən, 23:48 Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 23:48 Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar Dünən, 23:48 Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalanıb Dünən, 22:48 Çətin durumda yaşayan ailə: "Uşaqların və evin xərclərini qarşılaya bilmirəm" Dünən, 22:48 Hüseyn Əsgərli yeni vəzifəyə təyin olundu Dünən, 22:48 Sürücülərə XƏBƏRDARLIQ - Bu yolda 40 manat cərimələnə bilərsiniz Dünən, 22:48 Mətanət İsgəndərlinin bacısının evindən 16 min OĞURLANDI Dünən, 21:48 Azərbaycanda bu məktəblərin müəllimlərinə qarşı ŞOK HƏRƏKƏT Dünən, 21:48 Şəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA Dünən, 21:48 Fransa Durovdan sonra Maska qarşı hərəkətə keçib Dünən, 21:48 Niyama 10 il efir qadağası qoyulubmuş - SƏBƏB Dünən, 20:48 Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi müəyyənləşib Dünən, 20:48 Rusiya mayın 8-dən 10-dək atəşkəs elan edib Dünən, 20:48 Naftalanda yeniyetməni zibil qutusuna atdılar, videosunu TikTok-da yaydılar Dünən, 20:48 Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı təşkil olunacaq Dünən, 20:48 Bakıda daun sindromlu gəncləri işlə təmin edəcək restoran Dünən, 19:48 Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR Dünən, 19:48 Sumqayıtda yataqxanada YANĞIN: Sakinlər təxliyə ediliblər Dünən, 19:48 Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib Dünən, 19:48 Gecə yarısı dəhşətli anlar: "Jeep" sürücüsünü qarət edənlərə AĞIR CƏZA istənildi - ANBAAN VİDEO Dünən, 19:48 Nurlan Fətəliyevə yeni vəzifə verildi Dünən, 19:48 WUF13-də iştirakla bağlı bu günədək 177 ölkədən 28 mindən çox insan qeydiyyatdan keçib Dünən, 18:48 Bakı metrosu: Avtobus və taksi xidmətləri ilə inteqrasiya gücləndiriləcək Dünən, 18:48 ABŞ və Çin arasında böyük bazarlıq: İran və Rusiya əsas mövzu olur? Dünən, 18:48 İranda müharibədən sonra hava limanlarının dağılması görüntüləri Dünən, 18:48 Gecikdirilmiş pul vəsaitləri ilə bağlı RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Bakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldI Dünən, 18:48 Səfir: Qlobal problemin müzakirə ediləcəyi WUF13 Ruanda üçün çox əhəmiyyətlidir Dünən, 17:48 "Hayal Kahvesi"ndə vaxtı keçmiş məhsullar AŞKARLANIB Dünən, 17:48 Anasını bıçaqlayan oğula HÖKM OXUNDU: "Evə narkomanlar gətirirdilər" Dünən, 17:48 Global Media Group şahmat turniri təşkil etdi Dünən, 17:48 SOCAR San-Marino ilə təbii qaz tədarükünü müzakirə edib Dünən, 17:48 "Trendyol Plus" Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər Dünən, 17:48 Qəbiristanlığa atılan azyaşlının atası tapıldı Dünən, 17:48 ADSEA: 25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirilib Dünən, 17:48 Boşa çıxan "təşəbbüs"lər və Bakı faktoru: Fransa regionda niyə istədiyini ala bilmir? Dünən, 17:48 Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi Dünən, 16:48 XƏBƏRDARLIQ - 3 gün YAĞIŞ YAĞACAQ - Bu tarixdən... Dünən, 16:48 Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB Dünən, 16:48 Bakı Dəmir Yolu Vağzalının sanitar qovşaqlarından istifadə ÖDƏNİŞLİ OLDU Dünən, 16:48 Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək Dünən, 16:48 "Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirilib Dünən, 16:48 Bir qrup incəsənət xadiminə Prezident mükafatı verilib - SƏRƏNCAM Dünən, 16:48 Bakıda tramvay nəqliyyatını "Bakı Metropoliteni" təşkil edəcək Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR