
ABŞ Yerin hidrosferini öyrənmək üçün “SWOT” peykini kosmosa göndərib.
Bu barədə “AVESTA.AZ” “NASA”ya istinadən xəbər veirr.
“SWOT” səth suyu və okean topoqrafiyası deməkdir. Peykin vəzifəsi yüksək dəqiqliklə dünyanın bütün okean, göl və çaylarının xəritəsini çəkməkdir.
Avtomobil ölçüsündə olan peyk Yer səthinin 90%-dən çoxunda dəniz səviyyəsini ölçəcək və alimlərə suyun dövranını izləməyə imkan verəcək. O, həmçinin milyonlarla gölü və 2,1 milyon kilometr çayı tədqiq edəcək.
O, diametri 21 km-dən az olan cərəyanlar və burulğanları, həmçinin okeanın müxtəlif temperaturlu suların birləşdiyi əraziləri ayırd etməli olacaq. Bundan əlavə, elm adamları üçün sahil xəttinin hərəkətini və müxtəlif bölgələrdə suyun səviyyəsinin qalxma sürətini başa düşmək vacibdir. Bu, daha güclü daşqın və quraqlığın proqnozlaşdırılması modellərinə imkan verəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.