
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi bildirib ki, hazırda İrandan Azərbaycan vasitəsilə çıxmaq üçün siyahıda 500 Rusiya vətəndaşı qeydiyyatdadır.
AVESTA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.
"Rusiya səfirliyi İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə çıxan Rusiya vətəndaşlarına yardım göstərir. Hazırda Azərbaycan vasitəsilə çıxış üçün siyahıda artıq təxminən 500 həmvətənimiz var", - deyə səfirlikdən bildirilib.
Diplomatik nümayəndəlik həmçinin sərhədin keçilməsi üçün icazələrin operativ şəkildə verilməsi də daxil olmaqla göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.