
Fevralın 28-də Masallı İdman Kompleksində məşq edən kişi qəfildən kritik duruma düşüb.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Səbuhi Abbasov kompleksdə idman edərkən halı pisləşib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.