18-12-2022, 21:54 693

Argentina millisi üçqat dünya çempionu olub

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.

"AVESTA.AZ"un məlumatına görə, finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.

Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə çıxarıb. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

80-ci dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirməklə buraxılan qollardan birinin əvəzini çıxıb. 24 yaşlı hücumçu cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.

109-cu dəqiqədə Messi özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Lakin məğlubiyyətlə barışmayan "xoruzlar" 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdiriblər. Mbappe 11 metrlik cərimə zərbəsindən het-trikini rəsmiləşdirib.

Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.

Qeyd edək ki, Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.

21:43

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında penaltilər seriyası olacaq.

"AVESTA.AZ"un məlumatına görə, görüşün əlavə vaxtında da tarazlıq pozulmayıb - 3:3.

Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə ediləcək.

21:37

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında hesab yenidən dəyişib.

"AVESTA.AZ"un məlumatına görə, 118-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Kilian Mbappe özünün və komandasının 3-cü qolunu vurub - 3:3.

21:28

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında 5-ci qol vurulub.

"AVESTA.AZ"un məlumatına görə, 109-cu dəqiqədə Lionel Messi "tanqoçular"ı yenidən hesabda önə keçirib - 3:2.

21:05

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt başlayıb.

"AVESTA.AZ"un məlumatına görə, hazırda qarşılaşmada hesab bərabərdir - 2:2.

21:00

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt oynanılacaq.

"AVESTA.AZ"un məlumatına görə, buna səbəb görüşün əsas vaxtının 2:2 hesablı heç-heçə ilə başa çatmasıdır.

Komandalar qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Burada da tarazlıq pozulmasa, penaltilər seriyasından istifadə olunacaq.

20:44

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab bərabərləşib.

"AVESTA.AZ"un məlumatına görə, 82-ci dəqiqədə Avropa təmsilçisindən Kilian Mbappe özünün və komandasının 2-ci qolunu vurub.

20:42

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda 3-cü qol vurulub.

"AVESTA.AZ"un məlumatına görə, 80-ci dəqiqədə Avropa təmsilçisi buraxılan toplardan birinin əvəzini çıxıb. "Xoruzlar"dan Kilian Mbappe penaltini dəqiq yerinə yetirib - 1:2.

20:09

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb. 

"AVESTA.AZ"un məlumatına görə, Cənubi Amerika təmsilçisi 2:0 hesabı ilə qalib gəlir.

19:53

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.

"AVESTA.AZ"un məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesabı ilə üstün yollanıb.

19:36

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab dəyişib.

"AVESTA.AZ"un məlumatına görə, Cənubi Amerika təmsilçisindən Anxel Di Mariya 36-cı dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib.

19:23

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab açılıb.

"AVESTA.AZ"un məlumatına görə, 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini önə keçirib.

19:00

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyunu başlayıb.

"AVESTA.AZ"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

17:22

Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.

"AVESTA.AZ"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Paylaş

Xəbər lenti

Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR Bu gün, 08:48 Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var Bu gün, 08:48 "Sabah" Bakıda "Borussiya Dortmund"la qarşılaşacaq Bu gün, 08:48 "Kızılcık şerbeti"ndən uzaqlaşdırıldı Bu gün, 08:48 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər – Trampdan açıqlama Bu gün, 08:48 Bu qidalar beyin damarlarının zədələyə bilər Bu gün, 00:48 Zəngilanın azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib? Bu gün, 00:48 Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib Dünən, 23:48 TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır Dünən, 23:48 Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub Dünən, 23:48 Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI Dünən, 23:48 Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək Dünən, 23:48 Dərs saatları dəyişdirilə bilər? - YENİ TƏKLİF Dünən, 23:48 Mask ara seçkilərdə respublikaçılara 200 milyon dollardan çox ianə edib Dünən, 23:48 Alyona Əliyeva Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılış mərasimindən paylaşım edib Dünən, 22:48 Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb Dünən, 22:48 Tanınmış həkim dünyasını dəyişdi Dünən, 22:48 Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi Dünən, 22:48 Həkim soyuqdəyməyə səbəb olan 3 vərdişi açıqladı Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb Dünən, 22:48 Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Rəşad Mahmudov: "Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır" Dünən, 21:48 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu Dünən, 21:48 Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb Dünən, 21:48 İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Dünən, 21:48 Çıxarışsız evlərə böyük MÜJDƏ: Dövlət qeydiyyatı ilə bağlı YENİ TƏKLİF Dünən, 21:48 ARDNF hansı ölkələrin istiqrazlarına daha çox investisiya yatırıb? Dünən, 21:48 Sankt-Peterburqda beş nəfərdə meymunçiçəyi aşkarlandı Dünən, 21:48 Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur Dünən, 21:48 ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb Dünən, 20:48 "Mançester Siti" rekord xalla cəzalandırıla və Premyer Liqanı tərk edə bilər – MEDİA Dünən, 20:48 Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib Dünən, 20:48 TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib Dünən, 20:48 ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib Dünən, 20:48 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib Dünən, 20:48 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb Dünən, 19:48 Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər Dünən, 19:48 Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib Dünən, 19:48 Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər Dünən, 19:48 Azərbaycanda kimlərə nə qədər dəfn pulu verilir? - MƏBLƏĞLƏR Dünən, 19:48 Azərbaycan Yunanıstana təbii qaz ixracını 18 %-dən çox artırıb Dünən, 19:48 Səhiyyə sahəsində islahatlar: Hansı yeniliklər olacaq? Dünən, 19:48 Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik" Dünən, 18:48 "Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir Dünən, 18:48 ARDNF infrastruktur fondlarına investisiyaları 2 dəfədən çox artırıb Dünən, 18:48 Azərbaycan və BƏƏ pilotlarından havada döyüş manevrləri Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR