3-03-2026, 13:48 212

Bakıda gəncin kanalzasiyaya düşərək öldüyü yolda çökmə ilin əvvəlində olub - MƏHKƏMƏ

Bakıda "Baksol" adlanan avtomobil yolunda şəhər sakini 27 yaşlı Cümşüd Cümşüdlünün düşərək öldüyü kanalzasiya xəttində çökmə 2025-ci ilin əvvəlində olsa da, may ayına qədər hər hansı bir tədbir görülməyib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən cinayət işi üzrə ittiham edilən Azər Cümşüdovun prosesində şahidlər deyiblər.

Şahid Səyyar Nuriyev bildirib ki, hadisə baş verən ərazidə tikinti materiallarının satışını həyata keçirən mağaza işlədir:

"Orada 2025-ci ilin əvvəlindən çökmə olub, aidiyyatı qurumların qaynar xəttlərinə dəfələrlə məlumat vermişik, lakin tədbir görülməyib. Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü. Bizi ittiham edirlər ki, oraya qurulan məhəccərləri götürmüşük, lakin bu, absurd ittihamdır. Çöküntü baş verən gündən "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb".

Təqsirləndirilən Azər Cümşüdov deyib ki, onların çöküntü baş verən əraziyə qoyduqları məhəccərləri sahibkarlar götürüb:

"Bizim işçilər sahibkarların məhəccərləri oradan götürdüklərinə şahid olublar".

Şahid Səyyar Nuriyev sualları cavablandırarkən söyləyib ki, hadisə baş verən ərazidən 70 metr kənarda əvvəl də çökmə olub.

Onun sözlərinə görə, Bakı Su Kanal İdarəsindən ərazinin boşaldılması ilə bağlı hər hansı bir məktub gəlməyib.

"İdarənin əməkdaşları məhəccərləri oraya quraşdıranda, onları yerə bərkitməmişdilər. Hadisədən əvvəl Azər Cümşüdovla görüşmüşdüm, o, mənə demişdi ki, hissə-hissə işləri yekunlaşdırırıq", - deyə o bildirib.

Təqsirləndirilən Azər Cümşüdov şahidi tanıdığını inkar edib, onunla bu məsələ ilə bağlı aralarında hər hansı bir dialoqun olmadığını söyləyib.

Prosesdə ifadə verən şahid Asim Həbibov da hadisə baş verən ərazidə tikinti materiallarının satışını və icarəsini həyata keçirən mağaza işlətdiyini söyləyib.

"Həmin ərazidə 2025-ci ilin əvvəlindən çökmə olmuşdu, bir neçə dəfə "Azərsu"nun qaynar xəttinə zəng etdik, məhəl qoyan olmadı. Bu səbəbdən özümüzdə olan məhəccərləri oraya qoyduq ki, hər hansı bir bədbəxt hadisə baş verməsin. O, məhəccərləri icarəyə verib pul qazanırdım deyə bir müddətdən sonra oradan götürdüm. "Azərsu"nun məhəccərləri orada idi, lakin onlar yerə bərkidilməmişdi. Onların məhəccərlərini oradan biz götürməmişik".

Təqsirləndirilən Azər Cümşüdov şahid Asim Həbibovun ifadəsinə münasibət bildirərkən söyləyib ki, onun işi təmir-tikinti ilə bağlıdır, məhəccərlərin qoyulması onun səlahiyyətinə aid deyil:

"Şahid deyir, çökmə barədə qaynar xəttə məlumat veriblər, lakin qaynar xəttdən mənə məlumat verilməyib. Məndən də yuxarı rəislər var, onlara sual verin ki, niyə gec tədbir görüblər. 2025-ci ilin may ayının 14-də çökmə baş verən yeri məhəccərləmişik. İyun ayında rəhbərlik mənə deyib ki, təmir üçün material yoxdur, oradan uzaqlaş".

Proses martın 17-də davam edəcək.

Növbəti iclasda cinayət işi üzrə digər şahidlərin ifadə verəcəyi gözlənilir.

Qeyd edək ki, 2025-ci il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya sularının axdığı kanala düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR