
Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 14,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın yanvar sayında bildirilir.
Bildirilir ki, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 24,3 milyon ABŞ dolları və ya 2,7 dəfə azdır.
Ötən ay Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 9 % artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.