6-03-2026, 18:48 220

Azərbaycan xalqını səmimi qəlbdən salamlayıram. Ramazan ayınız mübarək olsun.

Qarşıdan gələn bayramların bütün insanlara sevinc və bərəkət gətirməsini arzulayıram.

Naxçıvana İran hava məkanından həyata keçirilmiş PUA hücumunu qətiyyətlə və şiddətlə pisləyirəm.

Bu cür təxribat xarakterli addımlar təkcə bir bölgənin deyil, bütün bölgənin gələcəyinə, sülh və sabitlik arzusuna zərbə vurur.

Qafqazda sülh mühitinin və qardaşlıq ruhunun zədələnməsinə yönəlmiş hər hansı addımın qarşısında Türkiyə və bütün türk dünyası olaraq hər zaman qardaş Azərbaycan xalqının yanında olduğumuzu qətiyyətlə ifadə edirik.

Eyni zamanda bu hadisə ilə İran tərəfindən gərginliyi azaldan və sabitliyə xidmət edən addımların atılmasını gözlədiyimizi də xüsusilə vurğulamaq istəyirik. Çünki bölgəmizin gələcəyi qarşıdurmalarla deyil, dialoq və sabitliklə qurula bilər.

Bu hadisə ilə əlaqədar Naxçıvandakı qardaşlarımıza səmimi keçmiş olsun diləklərimizi çatdırırıq. Sözlərimi böyük hörmət və ehtiramla, Cənab İlham Əliyevə salam və ən xoş arzularımızı çatdıraraq tamamlamaq istəyirəm. Qafqazda sülhün, sabitliyin, əməkdaşlığın daha da güclənməsini Rəbbimizdən diləyirəm".

Bu fikirləri Azərbaycan və Türkiyə jurnalistlərinin sosial platforma üzərindən ortaq-birgə yayımı zamanı Türkiyənin keçmiş Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım canlı yayıma qoşularaq bildirib.

O, "Manset.az" xəbər portalının baş redaktoru Əli Vəliyev, "Azxəbər.com" saytının baş redaktoru Hacıbəy Heydərli, "Time Media Haber"in rəhbəri Ali Kan və tanınmış jurnalist Elvin Basqallının ortaq canlı yayımı zamanı son hadisələrlə əlaqədar olaraq bir sıra suallara cavab verib:

Ali Kan: Naxçıvanda baş verən hücumdan sonra İrandan təkzib açıqlaması gəldi. Siz bununla bağlı nə düşünürsünüz? Türkiyə ilə Azərbaycanın bu müddətdəki birlik mesajı haqqında nə deyə bilərsiniz?

"Türkiyə, Azərbaycan və Türk dünyası qardaşdır, birdir, bərabərdir. Bizim qardaşımıza edilən hücum bütün qardaşlarımıza edilmiş bir hücumdur.

Buna görə də hərəkət edilir. İran hava məkanından gələn bu hücuma hansısa formada aydınlıq gətirilməsi Azərbaycanın və bizlərin əsas gözləntisidir. Eyni zamanda bizim torpaqlarımıza yönəldilən raket zərərsizləşdirilib. İranda cərəyan edən bu qarşıdurmaların bölgəmizə yayılmasını təhlükəli hesab edirik. Tezliklə sona çatmasını arzulayırıq.

Hacıbəy Heydərli: İrandan Türkiyəyə bir neçə gün öncə raket atıldı və NATO tərəfindən bunun qarşısı alındı. Bununla bağlı fikirlərinizi bilmək istəyərik. Yenidən belə bir addım atılarsa, bunun qarşılığı necə olacaq?

"Türkiyə ölkəsinə və torpaqlarına olacaq hər hansı bir hücuma qarşı hər zaman hazırdır. Ümid edirik ki, belə səhv bir daha təkrar olunmaz".

Elvin Basqallı: Artıq 10-dan çox ölkəyə hücum olunub. Üçüncü Dünya Müharibəsinin başlama ehtimalı varmı?

"Təbii ki, heç kim bu savaşın bütün dünyaya yayılmasını istəməz. Ən pis sülh ən yaxşı savaşdan daha yaxşıdır. Dolayısıyla, mübarək Ramazan ayında sülhün hökm sürməsini arzulayırıq. İnsanlığın yalnız və yalnız sülhdən yana olmasını diləyirik".

Əli Vəliyev: İran, həqiqətən də, Türkiyə və Azərbaycanı bölgədə müharibəyə çəkmək istəyir?

"Cənab İlham Əliyevin Xameneinin vəfatı ilə əlaqədar səfirlikdə başsağlığı kitabını imzalamasından sonra belə bir hadisənin baş verməsi böyük talehsizlikdir. Bu, çox üzücü bir hadisədir. Mən spekulyasiya üzərində bir fikir formalaşdırmaq niyyətində deyiləm. Bölgə olaraq, türk dünyası olaraq bu savaşın daha da böyüməməsini arzulayırıq. Bunun üçün hər ölkənin üzərinə düşən vəzifələr var. Amma ediləcək ağılsız davranışlara qarşı daim hazır olduğumuzu tərəflərin bilməsində fayda var".

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR