12-03-2026, 00:48 202

İlham Əliyevlə Avropa Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı

1. 2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasında, Bakıda görüşmüşlər.

2. Prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir.

3. Onlar Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüquqa tam hörmətlə yanaşılmaqla qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında qurulduğunu bir daha təsdiq ediblər.

4. Prezidentlər münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradacaq yeni əhatəli ikitərəfli saziş üzrə danışıqların tez bir zamanda yekunlaşdırılmasına sadiqliklərini bir daha vurğulayıblar. Onlar, həmçinin yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və bütün sahələrdə ikitərəfli gündəliyi daha da irəli aparmaq üçün Azərbaycan-Aİ Əməkdaşlıq Şurası da daxil olmaqla, mövcud dialoq mexanizmlərindən tam istifadənin vacibliyini qeyd ediblər.

5. Prezidentlər ayırıcı xətlərdən azad, dinc, sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji məqsədi bir daha təsdiqləyərək, regionda baş verən son müsbət hadisələri, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar. Onlar 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımları yüksək qiymətləndiriblər. Avropa İttifaqı Şurasının Prezidenti iki ölkənin ikitərəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqləyib.

6. Prezidentlər Azərbaycanın münaqişədən sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma və inkişaf səylərini vurğulayıblar. Çətinliklərin, xüsusilə də mina ilə çirklənmənin miqyasını qeyd edərək, onlar Avropa İttifaqının humanitar minatəmizləmə sahəsində aparıcı beynəlxalq donor olduğunu vurğulayıb, beynəlxalq dəstəyin artırılmasına çağırış ediblər.

7. Prezidentlər "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in həyata keçirilməsinin ticarət, daşımalar, sərmayə, iqtisadi dayanıqlılıq və təmiz enerji daxil olmaqla, müvafiq prioritet sahələrdə Azərbaycan-Aİ əməkdaşlığını genişləndirmək üçün imkanlar yaratdığını qeyd ediblər.

8. Prezidentlər Azərbaycanın regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolu vurğulayıblar. Avropa İttifaqı "Qlobal Qapı" çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib. Onlar "Qlobal Qapı" təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılmasını alqışlayıblar.

9. Prezidentlər uzunmüddətli vacib enerji tərəfdaşlığını xatırladaraq, Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu etiraf ediblər və 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun davamlı icrasına sadiqliklərini bildiriblər. Onlar Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının əhəmiyyətini, külək və Günəş enerjisi də daxil olmaqla, bərpaolunan enerji mənbələri sahəsində enerji əməkdaşlığının genişləndirilməsi potensialını, həmçinin Qara dəniz sualtı kabeli layihəsi kimi qarşılıqlı elektrik enerjisi bağlantısı təşəbbüslərini qeyd ediblər.

10. Prezidentlər 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikasının sədrliyi ilə Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu nəticələrini alqışlayaraq, iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığı möhkəmləndirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər.

11. Prezidentlər 2026-cı ilin may ayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsini davamlı şəhərsalma və dayanıqlı şəhər inkişafı üzrə qlobal səylərə əhəmiyyətli töhfə kimi alqışlayıblar və bu Forumdan müvafiq sahələrdə Azərbaycan-Aİ əməkdaşlığını dərinləşdirmək üçün istifadə etməyə hazır olduqlarını bildiriblər.

12. Prezidentlər mütəşəkkil cinayətkarlıq, terrorçuluq, ekstremizm, silah və narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, insan alveri və qeyri-düzgün miqrasiya kimi ortaya çıxan təhdidlərin qarşısını almaq məqsədilə müdafiə və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlığın faydasını vurğulayıblar.

13. Prezidentlər rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar süni intellekt və inkişaf etməkdə olan digər texnologiyaların artan əhəmiyyətini etiraf ediblər, innovasiyanı, iqtisadi dayanıqlılığı və inkişafı gücləndirmək, həmçinin davamlı və artıma yönəlmiş rəqəmsal ekosistemləri təşviq etmək məqsədilə bu sahədə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər.

14. Prezidentlər səfərlərin artırılması da daxil olmaqla, insanlar arasında təmasların vacibliyini bir daha təsdiq ediblər. Onlar qarşılıqlı səyahətləri daha da asanlaşdırmaq məqsədilə Viza Sadələşdirilməsi Sazişinin davamlı icrasını alqışlayıblar, təhsil, mədəniyyət, gənclər və tədqiqat sahələrində əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bildiriblər.

15. Liderlər İranda və Ukraynada baş verən son hadisələr də daxil olmaqla, əsas cari geosiyasi məsələləri müzakirə ediblər.

Paylaş

Xəbər lenti

Tibb bacısı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi Bu gün, 17:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar Bu gün, 17:48 Bakı yağışa hazırlaşır - Keçidə qum torbaları düzdülər Bu gün, 17:48 BOKT-lardan kredit götürənlərin NƏZƏRİNƏ - Sabahdan yeni qaydalar qüvvəyə minir Bu gün, 17:48 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb Bu gün, 17:48 Pensiyaçılara üç aydan bir 30 manat əlavə ödənilməsi iddialarına aydınlıq gətirilib Bu gün, 17:48 Sezen Aksunun Bosfor boğazındakı villası Bu gün, 16:48 Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub Bu gün, 16:48 MDB liderləri tarixi yaddaşın qorunması haqqında Bəyanat qəbul ediblər Bu gün, 16:48 Nazir Roza Zərgərlini qəbul etdi Bu gün, 16:48 İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib Bu gün, 16:48 NATO-dan nüvə təlimləri ilə bağlı qərar: 17 ölkə iştirak edəcək Bu gün, 16:48 103 dron vurulub, 34 gəmi məhv edilib: ABŞ aviadaşıyıcısı ilə bağlı DETALLAR Bu gün, 16:48 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq Bu gün, 16:48 Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi Bu gün, 16:48 Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb Bu gün, 16:48 Suriyada Əsəd ailəsinin müsadirə edilmiş vəsaitləri ilə 50 milyard dollarlıq fond yaradılıb Bu gün, 16:48 Bakının bu küçəsi 3 gün TAM BAĞLI OLACAQ Bu gün, 15:48 Bir nəfər il ərzində 337 dəfə xəstəxanaya müraciət edib Bu gün, 15:48 AQTA: Beyləqanda məktəblilərin zəhərlənməsi faktı nəzarətdədir Bu gün, 15:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşaya gediblər Bu gün, 15:48 Almaz Ələsgərova medalla təltif olundu Bu gün, 15:48 Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək Bu gün, 15:48 Məşqdən sonra dizlər niyə ağrıyır? - 3 əsas səbəb açıqlandı Bu gün, 15:48 İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub Bu gün, 14:48 Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir Bu gün, 14:48 Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək Bu gün, 14:48 Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib Bu gün, 14:48 MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edilib Bu gün, 14:48 Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir Bu gün, 14:48 Prezident: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər Bu gün, 14:48 Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir Bu gün, 14:48 Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir Bu gün, 14:48 Həkimdən xəbərdarlıq: Ağciyər xəstəlikləri öskürəksiz də inkişaf edə bilər Bu gün, 14:48 Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib Bu gün, 14:48 Fermerlərin NƏZƏRİNƏ: Sığorta haqqının 50 faizini dövlət ödəyir - Müraciət qaydası Bu gün, 14:48 MDB dövlət başçıları görüşü çərçivəsində İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşüb Bu gün, 13:48 Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər Bu gün, 13:48 Borcunu istəyəni döyüb, qulaq pərdəsini deşdi - Masallıda DƏHŞƏT Bu gün, 13:48 Süni intellektə güvənən yeniyetmə dağda köməksiz qaldı Bu gün, 13:48 Tramp ara seçkilərdən əvvəl İrana hücum etməyəcək Bu gün, 13:48 Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir Bu gün, 13:48 Hitler Mussolini adlı siyasətçi bələdiyyə sədri seçildi Bu gün, 13:48 Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu Bu gün, 13:48 İşdən qanunsuz çıxarılmış 69 nəfər əvvəlki işlərinə bərpa etdirilib Bu gün, 12:48 ABŞ-də 90 ildən sonra ilk dəfə açıq edam keçirilə bilər Bu gün, 12:48 "Elmə Əsaslanan Tənzimləmə Daha Çox Yetkin Siqaret Çəkənin Daha Yaxşı Seçim Etməsinə Kömək Edə Bilər" Bu gün, 12:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Xocalıya səfər ediblər Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR