16-03-2026, 14:48 105

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib

Azərbaycan Prezidenti Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib.

O deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.

Qərargah rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində əsas prioritet baza infrastrukturunun yaradılması olub.

Qeyd olunub ki, elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidən qurulması, yolların, körpülərin və tunellərin inşası regionda həyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb. Hazırkı mərhələdə isə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsi yaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərin tikintisinə və bərpasına yönəldilir.

Bununla yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzləri kimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildə həyata keçirilir. Qeyd olunub ki, bu yanaşma öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin ilk gündən normal həyat şəraitinə sürətli adaptasiyasına imkan verir.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verildiyini, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğunu vurğulayan qərargah rəhbəri görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrası Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Proqramda nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildə icra olunur, bu isə qarşıya qoyulan məqsədlərə mərhələli şəkildə nail olunmasına və bərpa-quruculuq prosesinin uğurla davam etdirilməsinə imkan yaradır.

S.Nuriyev vurğulayıb ki, məskunlaşmanın dayanıqlılığı birbaşa məşğulluq imkanlarının yaradılması ilə bağlıdır. Bu baxımdan yeni iş yerlərinin açılması, kənd təsərrüfatı, xidmət sektoru, istehsal, tikinti və logistika sahələrində fəaliyyət imkanlarının genişləndirilməsi, həmçinin sahibkarlığın təşviqi, investorların cəlb olunması və dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır.

Qərargah rəhbəri tarixi, mədəni və dini abidələrin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bunun milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, habelə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumatlar təqdim olunub. Məskunlaşma, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində aparılan işlərə dair məruzələr dinlənilib.

İclasın yekununda Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifələrin səmərəli icrası üçün zəruri tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, hər bir məsələ üzrə konkret addımlar atılmalı və verilmiş tapşırıqlar operativ şəkildə icra olunmalıdır.

Paylaş

Xəbər lenti

Böyükşor yolunda üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU Bu gün, 14:48 Sahibə Qafarova Matviyenko ilə Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsini müzakirə edib Bu gün, 14:48 İlin I rübündə 200-dən çox şəxsin diplomu tanınmayıb Bu gün, 14:48 Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gediblər Bu gün, 14:48 Məktəbdə qətliam törədən İsanın atası: "Oğlum tez-tez interaktiv oyunlar oynayırdı" Bu gün, 14:48 Sevgilisini kafedə öldürmək istəyən şəxsə hökm oxundu Bu gün, 14:48 İran rəsmisi ABŞ gəmilərini hədəf almaqla bağlı xəbərdarlıq edib Bu gün, 14:48 Məşhur aktrisa: "Ana-ata ola bilməyəcəksinizsə, uşaq dünyaya gətirməyin!" Bu gün, 14:48 Puqaçova aylıq kirayəsi 1,4 milyon olan dəbdəbəli villasından köçmür Bu gün, 14:48 "Qarabağ" – "Sabah" oyununa FIFA referisi Elçin Məsiyev təyinat alıb Bu gün, 13:48 Süni intellekt süd vəzi xərçəngini 5 il əvvəlcədən proqnozlaşdıra bilər Bu gün, 13:48 Tanınmış aktyor özəl məktəblərdəki "elit görüntülü" təhsili qınadı Bu gün, 13:48 Moskvada yenidən qar gözlənilir Bu gün, 13:48 Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2 dəfədən çox artıb Bu gün, 13:48 Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI Bu gün, 13:48 Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək Bu gün, 12:48 İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunub Bu gün, 12:48 Məktəbə silahı hücum edən İsanın qəribə görüntüləri yayıldı Bu gün, 12:48 Tramp: İsrail və Livan liderləri 34 il sonra görüşəcək Bu gün, 12:48 Agentlik sədri şöbə müdirini işdən çıxardı Bu gün, 12:48 Ağdam sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Bu gün, 12:48 Ərinin qətlində təqsirli bilinən qadına 15 il həbs cəzası verilib Bu gün, 12:48 MN-nin sabiq rəsmisi ilə bağlı məhkəmə prosesi başlayıb Bu gün, 12:48 Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək Bu gün, 12:48 Gədəbəydə körpə qızdırmadan ölüb Bu gün, 12:48 Məktəbə silahlı hücum edən İsa ilə bağlı şok detal - Bu qatili özünə örnək götürüb Bu gün, 12:48 Sultan Dadaşov vəfat etdi Bu gün, 12:48 Elektronika mağazasından oğurluq edən şəxs saxlanılıb Bu gün, 12:48 Məktəbdə 9 şagirdi öldürən İsanın cəsədi zirehli maşınla aparıldı, maşını saxlamağa çalışdılar Bu gün, 12:48 Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib Bu gün, 11:48 AzTV Azərbaycanda süni intellekt vasitəsilə ilk tarixi film hazırlayıb Bu gün, 11:48 39 yaşlı kişi dəm qazından öldü Bu gün, 11:48 Bakıda aptekdən alınan körpə qidasından QURD ÇIXIB - Şirkətdən RƏSMİ AÇIQLAMA Bu gün, 11:48 Neyt Svonson: ABŞ Tehranın münaqişədəki qələbəsini etiraf edib Bu gün, 11:48 Şirvanda evdən 15 000 manat oğurlanıb Bu gün, 11:48 Görkəmli bəstəkar Qəmbər Hüseynlinin doğum günüdür Bu gün, 11:48 Kilian Mbappe Çempionlar Liqasında özünəməxsus rekorda imza atdı Bu gün, 11:48 "Teleradio"ya yeni rəhbər təyin edilib Bu gün, 11:48 Binəqədidə 54 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 11:48 SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb Bu gün, 11:48 69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi Bu gün, 10:48 Məktəblərə silahlı hücumdan yazan Tarkan: "Təcili tədbir görülməlidir!" Bu gün, 10:48 "Səbinə" şadlıq sarayının fəaliyyəti dayandırılıb Bu gün, 10:48 Azərbaycandan Ermənistana ixrac 5,7 milyon dolları ötüb Bu gün, 10:48 Peyvənd olunmayan uşaqların valideynlərinin DİQQƏTİNƏ: Əmr imzalandı Bu gün, 10:48 Gülben Ergen 22 il əvvəl evləndiyi həyat yoldaşı ilə görüşdü Bu gün, 10:48 Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb Bu gün, 10:48 "Bitcoin" və "Ethereum" bahalaşdı Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR