
Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşı Əsgər Cəfərzadənin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış (DTX) cinayət işi üzrə o, 3 il müddətə azadlıqdan məhrum edilib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə hökm Nizami Rayon Məhkəməsində elan olunub.
Hökmə əsasən, həmçinin o, 2 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan da məhrum edilib.
Qeyd edək ki, Əsgər Cəfərzadə DTX tərəfindən saxlanılıb. O, AR Cinayət Məcəlləsinin 284.1-ci (dövlət sirrini yayma) maddəsi ilə ittiham olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.