22-03-2026, 10:48 233

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə

Adın dəyişdirilməsi haqqında ərizənin icra müddəti qanunvericiliklə tənzimlənmir. Təcrübəyə görə bu müddət təxminən 2-3 ay davam edir. Lakin hər kəs ad, soyad və ya ata adını dəyişmək hüququna malik deyil.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ad insanın kimliyidir. Lakin 2025-ci ildə iki mindən çox Azərbaycan vətəndaşı bu kimliyə yenidən baxmaq qərarı verib. Ədliyyə Nazirliyinin rəsmi məlumatına görə, ötən il ölkə üzrə qeydiyyat orqanları tərəfindən ümumilikdə 2723 şəxs barəsində adın, soyadın və ya ata adının dəyişdirilməsi ilə bağlı akt qeydi tərtib olunub. Bu göstərici əvvəlki illə müqayisədə artım deməkdir və cəmiyyətdə fərdi identikliklə bağlı yanaşmaların dəyişdiyini göstərir. Belə ki, adın, soyadın, ata adının dəyişdirilməsi ilə bağlı 2023-cü ildə 2492, 2024-cü ildə isə 2667 akt qeydi tərtib edilib.

917 nəfər yalnız adını dəyişib

Statistik məlumatlar göstərir ki, 2025-ci ildə vətəndaşların ən çox üstünlük verdiyi dəyişiklik soyadla bağlı olub. Belə ki, 1383 nəfər soyadını dəyişmək üçün müvafiq qurumlara müraciət edib. Adını dəyişdirənlərin də sayı az deyil. Rəqəmlərə əsasən, 917 nəfər yalnız adını dəyişib. Ata adının dəyişdirilməsi isə cəmiyyətdə hələ də nadir hal olaraq qalır. Ötən il cəmi 5 nəfər ata adından imtina edib və ya onu dəyişdirib. Bu fakt ata adının Azərbaycan cəmiyyətində ənənəvi və sabit identiklik elementi kimi qorunduğunu göstərir.

Maraqlıdır, görəsən, adını bəyənməyən vətəndaşlar onu hansı hüquqi əsaslarla dəyişə bilərlər və bu prosedur necə həyata keçirilir? Adın dəyişdirilməsi üçün müraciət zamanı vətəndaşdan hansı sənədlər tələb olunur və yaş məhdudiyyəti varmı? Adın dəyişdirilməsi prosesi orta hesabla nə qədər vaxt aparır və müraciətin icra müddəti qanunvericiliklə necə tənzimlənir?

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə

Dəyişiklik yetkinlik yaşından sonra mümkündür

HüquqşünasRuslan Vəliyev bildirib ki, 18 yaşına çatmış Azərbaycan vətəndaşı ad, ata adı və soyadının dəyişdirilməsi ilə bağlı müraciət etmək hüququna malikdir: "Bunun üçün ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan vətəndaş tərəfindən isə konsulluğa verilir. Ərizədə şəxsin soyadı, adı, atasının adı, adını, ata adını və ya soyadını dəyişdirmək istəyi, daşımaq istədiyi ad, ata adı və soyad, doğulduğu tarix və yer, milliyyəti və vətəndaşlığı, yaşayış və iş yeri, vəzifəsi, hərbi qeydiyyat yeri qeyd edilir. Həmçinin əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada dəyişdirilməsi barədə məlumat, o cümlədən ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumatlar, övladları barədə məlumatlar, xarici ölkələrdən deportasiya olunmuşdursa, bu barədə məlumatlar və şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi qeyd edilməlidir. Müvafiq qurum araşdırmalardan sonra 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir".

Hansı hallarda imtina cavabı gələ bilər?

Ekspert deyib ki, ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq üç iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. Onun sözlərinə görə, bəzi hallarda vətəndaşa imtina cavabı gələ bilər: "Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, ərizə vermiş şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, müraciət etmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə, xarici ölkədən deportasiya olunması ilə bağlı qərar olduqda şəxsin ad, ata adı və soyadının dəyişdirilməsinə yol verilmir. Bu barədə beş iş günü müddətində ərizə verən şəxsə məlumat verilir. Vətəndaş qərarla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir".

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə

Tələb olunan sənədlər

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə icazə 18 yaşına çatdıqdan sonra yol verilir: "Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi, nikahdadırsa, nikah haqqında şəhadətnamə, nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə, yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğumu haqqında şəhadətnamələr, şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli əlavə edilir".

Qurumdan vurğulanıb ki, adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq idarəsi ərizə verən şəxsin barəsində tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin (doğumu, varsa nikahı, nikahının pozulması, övladlarının doğumu və s.) əldə edilməsi üçün sorğu verir: "Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə həmin akt qeydləri olduqda baxılır. Akt qeydləri itibsə və ya onlarda hər hansı uyğunsuzluq varsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir.

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə

Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Polis şöbəsinin rəyindən asılı olaraq qeydiyyat orqanı adın, soyadın və ya ata adının dəyişdirilməsini qeydə alır, yaxud bundan imtina edir".

Proses 2-3 ay çəkə bilər

Nazirlikdən qeyd edilib ki, adın dəyişdirilməsi haqqında ərizənin icra müddəti qanunvericiliklə tənzimlənmir. Bununla belə, bu müddət (şəxsin vətəndaşlıq vəziyyəti aktları xarici ölkədə qeydə alınmadığı halda) təxminən 2-3 ay davam edir. Adın, soyadın və ata adının dəyişdirilməsi qeydə alındıqdan sonra isə onun barəsində tərtib edilmiş akt qeydlərinə dəyişiklik edilir və ona yeni şəhadətnamələr təqdim olunur. Bundan sonra vətəndaş şəxsiyyətini təsdiq edən sənədin dəyişdirilməsi üçün daxili işlər orqanlarına müraciət edir.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR