22-03-2026, 21:48 511

İsveçrədə erməni diasporunun növbəti təxribatı iflasa uğradı

Martın 20-də İsveçrə parlamentinin Milli Şurasında (aşağı palatada) "Cenevrə kantonu 24.321: Dağlıq Qarabağın ilhaqı. Azərbaycanda siyasi məhbusların azad edilməsi" adlı kanton təşəbbüsü müzakirə olunub.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, Milli Şura bu təşəbbüsü böyük səs çoxluğu ilə – 108 səsə qarşı 33 səslə rədd edib. İsveçrə parlamentinin Senatı (yuxarı palata) bu təşəbbüsü hələ ötən il rədd etdiyindən məsələ bağlanmış hesab olunur və artıq yenidən müzakirəyə çıxarıla bilməz.

Bundan əlavə, ötən il Senatın xarici əlaqələr komitəsində bu məsələ müzakirə edilərkən, Azərbaycan-Ermənistan münasibətlərinə dair mövzuların gündəmə gətirilməməsi çağırışı səsləndirilib. Bildirilib ki, bu cür müzakirələr regionda uğurlu sülh prosesinə zərbə vurur.

Beləliklə, İsveçrədə erməni diasporunun ölkənin qanunverici orqanında hər hansı nəticə əldə etmək istiqamətində son cəhdi uğursuzluqla nəticələnib.

Bununla belə, daşnakların açıq təsiri altında olan yerli erməni təşkilatları Ermənistanda seçki ili ilə əlaqədar müxtəlif təbliğat aksiyalarından istifadə etməyə davam edir və Paşinyan hakimiyyətinin əsas üstünlüyü sayılan sülh prosesini zəiflətməyə çalışırlar.

Belə ki, martın 18-də Cenevrə Mətbuat Klubunda "Beynəlxalq Xristian Həmrəyliyi" (CSI), "İsveçrə-Ermənistan Assosiasiyası" (l"Association Suisse Arménie), "Erməni Hüquqlarının Müdafiəsi Cəbhəsi" və özünü "Dağlıq Qarabağ xalqının əsas hüquqlarının müdafiəsi komitəsi" kimi təqdim edən qurum tərəfindən "İsveçrə, SOCAR və Cənubi Qafqaz: Dağlıq Qarabağ üzrə İsveçrə sülh təşəbbüsünün ildönümü" mövzusunda mətbuat konfransı təşkil olunub.

Tədbirdə SOCAR Trading şirkətinə qarşı şikayət səsləndirilib və iddia olunub ki, şirkət kommersiya fəaliyyəti vasitəsilə guya "Dağlıq Qarabağ regionundan erməni əhalinin çıxarılmasına" görə məsuliyyət daşıyan dövləti maliyyələşdirib.

Bu, ölkədə erməni revanşist qüvvələrinin SOCAR-ın İsveçrədəki fəaliyyətinə qarşı yönəlmiş ilk hücumu deyil. Əvvəlkilər kimi, bu təşəbbüsün də uğursuzluğa məhkum olduğu qeyd olunur. Lakin bunun Ermənistanda seçkilərə qədər müəyyən təbliğat effekti yarada biləcəyi istisna edilmir. Müstəqil müşahidəçilərin fikrincə, sözügedən "şikayət" daha çox seçki xarakteri daşıyıb və heç bir hüquqi öhdəlik yaratmayıb.

Eyni tədbirdə qeyd olunub ki, bir il əvvəl İsveçrə hökuməti Federal Məclisin (parlamentin) Azərbaycan, Ermənistan və "Dağlıq Qarabağ xalqının nümayəndələri" arasında guya "sülh forumu"nun keçirilməsi ilə bağlı tələbini yerinə yetirməkdən imtina edib. Hər iki dövlətin belə bir təşəbbüsdə iştirak etmək istəməməsi səbəbindən bu qərarın verildiyi bildirilib. İsveçrə hökumətinin ABŞ-ın dəstəyi ilə aparılan real sülh prosesi əvəzinə Alp dağlarında hansısa "forum"un keçirilməsi təşəbbüsünü qətiyyətlə rədd etməsi tədbir iştirakçılarının narazılığına səbəb olub.

Qeyd edək ki, əvvəlki oxşar tədbirlərdə İsveçrə parlamentinin üzvləri iştirak etdiyi halda, bu dəfə deputatlar erməni revanşistləri və radikal xristian qruplarının toplantısını görməzdən gəliblər.

İsveçrədə erməni diasporunun növbəti təxribatı iflasa uğradı

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR