23-03-2026, 20:48 211

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda birinci Quşçuluq Festivalı keçirilib.

Festival Hacıqabul Rayon İcra Hakimiyyəti, Hacıqabul Quşçuluq Şirkəti və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Festivalda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, ziyalılar, idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin rayon ictimaiyyəti iştirak etmişdir.

Festivalda ilk öncə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatı sahəsində apardığı islahatlardan, Prezident İlham Əliyevin həmin yolu ləyaqətlə davam etdirməsindən ibarət videoçarx təqdim edilib. Festivalın açılış mərasimində çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qonaqları və rayon ictimaiyyətinin nümayəndələrini bayram münasibətilə təbrik edib, gündən-günə inkişaf edən ölkəmizə firavan həyat arzulayıb.

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

O ilk dəfə rayonda keçirilən Quşçuluq Festivalının əhəmiyyətinə toxunub. Məlumat verilib ki, Quşçuluq Festivalının keçirilməsi rayonun həm iqtisadi həm də turizm baxımından daha mühüm əhəmiyyətə malikdir. Qeyd olunub ki, quşçuluq sənayesi kənd təsərrüfatının mühüm sahələrindən biri olub, əhalinin ərzaq təminatında, xüsusilə ət və yumurta istehsalında böyük rol oynayır. Bu sahənin inkişafı həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətlidir.

Bu sahənin inkişafında dövlət dəstəyi də mühüm rol oynayır. Subsidiyalar, güzəştli kreditlər və baytarlıq xidmətlərinin yaxşılaşdırılması quşçuluq təsərrüfatlarının genişlənməsinə şərait yaradır. Eyni zamanda, idxaldan asılılığın azaldılması və yerli istehsalın artırılması iqtisadi sabitliyə xidmət edir. Sonra çıxış edən Milli Məclisin vitse-spikeri Rafael Hüseynov festivalın ərsəyə gəlməsində iştirak edən hər kəsə minnətdarlığını ifadə edib. Bildirib ki, Hacıqabul rayonunda fəaliyyət göstərən "Hacıqabul Quşçuluq Şirkəti" bu il 50 illik yubileyini qeyd edir.

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Məhz bu festivalın keçirilməsinin tarixi əsası var. Bugünü bayram edən digər şərt ondan ibarətdir ki, 1976-cı ildə Hacıqabul torpağında quşçuluq fabrikinin əsası qoyuldu. Bu fabrikin yaradıcısı Adışirin Babaşovu çox minnətdar duyğularla anırıq. Ulu Öndərin hakimiyyətə qayıdışı nəticəsində fabrikin daha yüksəlişləri baş vermişdir. Hazırda fabrik tam gücü ilə öz fəaliyyətini davam etdirir. Yumurta istehsalı sahəsində Hacıqabul rayonu ölkə üzrə ən qabaqcıq yeri tutur.

Daha sonra millət vəkilləri Tahir Rzayev, Razi Nurullayev, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli birinci Quşçuluq festivalının keçirilməsinin əhəmiyyətindən danışaraq rayon sakinlərini təbrik ediblər. Festival çərçivəsində Hacıqabul Quşçuluq Şirkətinin fəaliyyətində 20 ildən artıq çalışan əməkdaşlar təltif ediliblər. Daha sonra xalqımızın qədim adət-ənənələrini əks etdirən eksponatlar nümayiş etdirilib, ziyarətçilərə milli dəyərlərimizin zənginliyi təqdim olunub. Festival çərçivəsində sərgi-satış yarmarkası təşkil olunub.

Sənətkarlar müxtəlif əl işlərini – xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma və digər dekorativ sənət nümunələrini qonaqlara təqdim ediblər. Tədbirdə həmçinin rayon məktəblilərinin hazırladığı konsert proqramı, milli rəqslər və musiqi nömrələri təqdim edilib, tanınmış estrada müğənniləri çıxış ediblər. Festivalda həmçinin rayon sakinləri üçün iftar süfrəsi açılıb, müqəddəs Ramazan ayının ölkəmizə və xalqımıza sülh, əmin-amanlıq və firavanlıq gətirməsi üçün dualar edilib.

Qeyd edək ki, Hacıqabul rayonunun ev sahibliyi etdiyi bu festival Novruz bayramının ruhunu əks etdirən zəngin proqramı, yüksək iştirakçılığı və rəngarəngliyi ilə yadda qaldı. İştirakçılar festivalın təşkilatçılığına görə minnətdarlıqlarını ifadə edərək, belə tədbirlərin milli mədəniyyətimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Festivalın sonunda atəşfəşanlıq olub, bayram tonqalı ətrafında birlik rəmzi olan "Yallı" rəqsi ilə başa çatıb.

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Dünən, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR