
Göygöl rayonunun Üçtəpə kəndində 13 yaşlı yeniyetmənin əlində pirotexniki vasitə partlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə martın 22-də qeydə alınıb.
Gəncə şəhər sakini Sübhan Xaliq oğlu Bayramovun əlində pirotexniki vasitənin partlaması nəticəsində əlləri əzilmiş-deşilmiş və bir barmağı amputasiya olunub.
Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.