23-12-2022, 10:40 747

FHN radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət edib.

"AVESTA.AZ"un xəbərinə görə, müraciətdə bildirilib ki, müasir texnologiyaların tətbiqinin genişlənməsi ilə tibb və sənaye müəssisələrində, habelə elmi-tədqiqat və təhsil ocaqlarında ionlaşdırıcı şüa mənbələrindən (rentgen diaqnostika və terapiya avadanlıqları, müxtəlif növ tədqiqat qurğuları və s.) istifadə halları da artır.

Qeyd edilib ki, lakin ionlaşdırıcı şüa mənbələrindən müəyyən olunmuş təhlükəsizlik qaydalarına əməl edilmədən istifadə son nəticədə insan və ətraf mühit üçün təhlükə mənbəyinə çevrilir:

"Təəssüflə qeyd olunmalıdır ki, aparılan araşdırmalar nəticəsində bir sıra hallarda ionlaşdırıcı şüa mənbələrindən qanunvericiliyin, eləcə də müvafiq təhlükəsizlik qaydalarının tələbləri pozulmaqla istismarı hallarına yol verildiyi müəyyən edilib ki, bu da insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəli fəsadlar yaradır. Bununla əlaqədar xatırladırıq ki, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik əsasında tənzimləmə və nəzarət tədbirləri həyata keçirilir. Bu çərçivədə, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 nömrəli Fərmanına əsasən, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat, təcrübi-konstruktor işləri, qurğuların tikilməsi, onlar üçün texnoloji avadanlığın layihələşdirilməsi və hazırlanması, radiasiya təhlükəsizliyi vasitələrinin, həmçinin radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, istifadəsi, nəqli və saxlanılması sahəsindəki işlər yalnız xüsusi icazə alınmaqla həyata keçirilir və bu kimi icazələr Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən verilir".

Qeyd olunanları nəzərə alaraq, FHN mülkiyyət formasından asılı olmayaraq radioloji fəaliyyətlə məşğul olan bütün müəssisə və təşkilatlara müraciət edərək, ionlaşdırıcı şüa mənbələrindən yalnız qanunvericiliyə uyğun olaraq xüsusi icazə əsasında istifadə edilməsinin tələb olunduğunu xatırladıb.

Vurğulanıb ki, belə icazə almadan radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.

Paylaş

Xəbər lenti

Yeni ili daha xoşbəxt qarşılayacaq bürclər Bu gün, 00:48 Məşhur aktrisa uşaqlarını götürüb ölkəsini tərk etdi Dünən, 23:48 Abbas Əraqçi Ceyhun Bayramovla görüşüb Dünən, 23:48 Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb Dünən, 23:48 Həmkarı Kadir İnanırın vərəsələrini "Cəsəd yeyən qarğalar" adlandırdı Dünən, 23:48 Dilarənin "Dəli"si Liam Nisonun 32 milyon dollarlıq filmində... Dünən, 23:48 Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq Dünən, 23:48 Azərbaycan Bolqarıstana neft satışını 4.5 dəfədən çox artırıb Dünən, 22:48 İlham Əliyev: Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır Dünən, 22:48 Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib Dünən, 22:48 Sabah bir sira yaşayış məntəqələrində işıq olmayacaq Dünən, 22:48 Ayrı soyadlar ər-arvad münasibətlərinə necə təsir edir? Dünən, 22:48 Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyənlərə bildiriş ünvanlayıb Dünən, 22:48 İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır Dünən, 21:48 Avstriya XİN-də Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 21:48 Tramp, Frederiksen və Nilsen Qrenlandiya üzrə saziş imzalayıblar Dünən, 21:48 Avropanın TOP-5 liqasında mövsümün sürpriz bombardirləri Dünən, 21:48 Deputat: Antiterror əməliyyatı 44 günlük müharibənin məntiqi sonluğu idi Dünən, 21:48 Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb Dünən, 21:48 Politoloq: Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi ədalət bərpa olundu Dünən, 20:48 Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq Dünən, 20:48 Bakıda kirayə mənzillər ən çox bu rayonda bahalaşıb - SİYAHI Dünən, 20:48 SEPAH: Hörmüz boğazında müharibə davam edir Dünən, 20:48 Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir Dünən, 20:48 Məşhur universitetdə yeni yataqxana tikiləcək - 1000 yerlik olacaq Dünən, 19:48 Pərvanə Vəliyeva: "Azərbaycanda dağ-mədən sənayesinin illik maliyyə təsiri 1 milyard manatı ötəcək" Dünən, 19:48 Üç rayonda yeni peşə liseyləri TİKİLƏCƏK Dünən, 19:48 AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır Dünən, 19:48 Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İddia Dünən, 19:48 46 ildir işləyən aktrisa 44 000 lirə pensiyaya etiraz etdi Dünən, 18:48 Bakının hansı küçələrində tıxac var? Dünən, 18:48 "Birliyin Gücü - 2026": Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi təliminin açılışı olub Dünən, 18:48 XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq Dünən, 18:48 Toğrul Xəlilova yüksək vəzifə verildi Dünən, 17:48 Tıxacdan şikayətlənən Xalq artisti: "1 saat 23 dəqiqə tərpənmədən qalmaq..." Dünən, 17:48 Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb Dünən, 17:48 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir Dünən, 17:48 Serdar Ortaç vəsiyyətini açıqladı: Boğaz mənzərəli evini işçilərinə verəcək Dünən, 17:48 Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb Dünən, 17:48 45 yaşlı Adriana Lima bu səbəbdən 25 yaşındakı kimi görünür Dünən, 17:48 Deputat: "Bu zaman Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qura bilər" Dünən, 17:48 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq - Müddəti açıqlandı Dünən, 17:48 16 avtobus marşrutu "Xocəsən" və "Avtovağzal" stansiyalarına yönləndiriləcək Dünən, 17:48 Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? Dünən, 16:48 Bakının bu metrostansiyalarına giriş PULSUZ OLACAQ Dünən, 16:48 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb Dünən, 16:48 "Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur Dünən, 16:48 "Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR