
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanında yerləşən aviabazada bir neçə yanacaqdaşıyan təyyarənin məhv edildiyini bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə dövlət teleradiosunun yaydığı açıqlamada bildirilib.
Məlumata görə, söhbət Əl-Xarc şəhərində yerləşən və ABŞ hərbçilərinin dislokasiya olunduğu Şahzadə Sultan aviabazasından gedir.
Açıqlamada qeyd olunur ki, ABŞ-ni dəstəkləyən logistika donanmasına aid bir neçə yanacaqdaşıyan təyyarə məhv edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.