31-03-2026, 08:48 5

XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

AVESTA.AZ xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, radikal erməni qruplaşmaları tərəfindən xalqımıza qarşı törədilmiş dəhşətli qətliamlardan 108 il ötür.

1918-ci ilin martında Bakı Sovetinin 6000 və "Daşnaksutyun" partiyasının 4000 silahlı üzvü tərəfindən həyata keçirilmiş soyqırımı etnik təmizləmə siyasətinin ən qəddar nümunələrindən biri kimi tarixə həkk olunub. Həmin dövrdə Qafqazın Fövqəladə Komissarı Stepan Şaumyanın etirafları da sübut edir ki, bu qırğınlar "əksinqilabçılıqla mübarizə" pərdəsi altında məhz milli nifrət zəminində törədilib.

Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan və İrəvan kimi bölgələrdə planlı şəkildə həyata keçirilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib. Təkcə Qubada 16 mindən çox insan öldürülüb, 167 kənd yerlə-yeksan edilib. Dinc əhali ilə yanaşı, xalqımızın dini və mədəni irsi hədəf alınıb, məscidlər və tarixi abidələr dağıdılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqinə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub.

Müstəqilliyimizin bərpasından sonra, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı ilə bu qətliamlara dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

XX əsrin əvvəllərində bu qanlı soyqırımı siyasəti sonrakı dövrlərdə də davam etdirilib, əsrin sonlarına doğru azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi deportasiyası, Azərbaycan ərazilərinin işğalı illərində törədilmiş qətliamlar, xüsusilə Xocalı soyqırımı və digər müharibə cinayətləri ilə sistematik xarakter alıb.

Azərbaycan xalqı tariximizin bu qanlı səhifələrini heç zaman unutmayacaq. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımı qurbanı olmuş bütün həmvətənlərimizin əziz xatirəsini dərin hüznlə yad edirik. Allah rəhmət eləsin!".

Paylaş

Xəbər lenti

Gəncədə üç nəfər dərmandan zəhərlənib, biri ölüb Bu gün, 00:48 Müctəba Xameneinin son vəziyyəti AÇIQLANDI Dünən, 23:48 Tehran geri addım atmır: Danışıqlar donduruldu, ABŞ-yə şərt irəli sürüldü Dünən, 23:48 Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazanıb Dünən, 23:48 Paşinyan: Türkiyə bayrağının yandırılması təxribatçı davranışdır Dünən, 23:48 Bəqai İran hökuməti ilə bağlı Trampın dediklərini təkzib edib Dünən, 23:48 Banqladeşdə qızılca səbəbindən 194 uşaq ölüb Dünən, 23:48 Gəncədə dəm qazı can aldı Dünən, 23:48 Nurəddin Rəcəbov: "Komandamız Avropanın ən güclüsü olub" Dünən, 23:48 Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır? Dünən, 22:48 Ev şəraitində düzgün saxlanmadığı halda TƏHLÜKƏLİ OLAN BİTKİLƏR Dünən, 22:48 "Tankers Trackers": İranın 4 neft tankeri ABŞ-nin blokadasından keçib Dünən, 22:48 Tanınmış rusiyalı teleaparıcı vəfat etdi Dünən, 22:48 Son günlərdə ölkə futbolunda baş verənlər müzakirə olundu Dünən, 21:48 30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI Dünən, 21:48 Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib Dünən, 21:48 Hikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib Dünən, 21:48 Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVAB Dünən, 20:48 ADY sədri DYƏT ölkələrinin dəmir yolu rəhbərlərinin növbəti iclasında iştirak edib Dünən, 20:48 Sabah Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır Dünən, 20:48 "Reuters": İran ələ keçirilən gəmiləri Bəndər-Abbas limanına aparıb Dünən, 20:48 Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırıb Dünən, 19:48 Virtual məkandan real təhlükəyə: Təhsil müəssisələrində artan silahlı insidentlər Dünən, 19:48 Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu Dünən, 19:48 Lu Mey: 2025-ci ildə Azərbaycana 60 mindən çox Çin vətəndaşı səfər edib Dünən, 19:48 WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək Dünən, 19:48 Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib Dünən, 18:48 Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir Dünən, 18:48 Naxçıvan Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb Dünən, 18:48 Dağıstanda sel fəlakətinin baiskarlarına qarşı ƏMƏLİYYAT Dünən, 18:48 Vaşinqtondan kritik xəbərdarlıq: "İranı indi tərk edin" Dünən, 18:48 "SOCAR Trading" yeni neft-kimya zavodları üçün əsas amilləri açıqlayıb Dünən, 17:48 Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb Dünən, 17:48 Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb Dünən, 17:48 BRAVO: 10 İlin Parıltısı Dünən, 17:48 WUF13 ilə əlaqədar Bakının bu təhsil müəssisələrində dərslər DİSTANT OLACAQ Dünən, 17:48 Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib Dünən, 17:48 Bakıdakı məktəblərdə yaz tətilinin vaxtı dəyişdirilib Dünən, 17:48 Tramp bombalamağı ƏMR ETDİ - Hörmüzü minalayan İran gəmiləri... Dünən, 17:48 Bakıda ictimai nəqliyyatda niyə vahid sistem qurulmur? Dünən, 17:48 Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub Dünən, 17:48 İsti havada hansı içkilər təhlükəlidir? - Mütəxəssislər xəbərdarlıq edir Dünən, 16:48 Ərini öldürən qadının məhkəməsi: "11 ay mənimlə üzbəüz oturub çörək yeyib, oğlumu öldürdüyünü gizlədib" Dünən, 16:48 Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir Dünən, 16:48 Bu tarixlərdə Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ Dünən, 16:48 İsmayıllıda lotereyadan 100 000 manat uduldu Dünən, 15:48 ARDNF I rübdə 22 ton qızıl satıb Dünən, 15:48 İran: Hörmüz Boğazının açılması mümkün deyil Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR