31-03-2026, 17:48 5

Bakıda vətəndaşa əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işinin məhkəməsi yekunlaşıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən yekun prosesdə təqsirləndirilənlərə son söz verilib. Aydın Qurbanov ona qarşı irəli sürülən narkotiklə bağlı ittihamla razılaşmadığını deyərək məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edib.

Müşavirədən sonra hökm elan edilərək Aydın Qurbanov 5 il, Turan Rufullayev isə 4 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənlərdən Aydın Qurbanovun 9 il, Turan Rufullayevin isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Aparılmış istintaq zamanı müəyyən edilib ki, Aydın Qurbanov tanışı Turan Rufullayev və şəxsiyyəti istintaqla araşdırılan Elnur adlı şəxslə birlikdə 2024-cü ilin may ayının əvvəlində Elşən İbrahimovu görüşə çağırıblar. Onlar Elşənlə Elnur arasında "TikTok" sosial şəbəkəsində aralarında yaranmış mübahisəni həll etmək istədiklərini bildiriblər. Bunun üçün Aydın, Turan və Elnur E.İbrahimovun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yerləşən evin qarşısına gəliblər və sonuncunu yaxınlıqda yerləşən çay evlərindən birinə dəvət ediblər.

Bundan sonra Elşən İbrahimov onlara məxsus avtomobilə minib. Bu zaman arxa oturacaqda əyləşmiş Aydın Qurbanov əynində olan şalvarının kəmərini çıxararaq Elşən İbrahimovun boynuna keçirib və ona iztirablar verməklə qəddar, ləyaqəti alçaldan və qeyri-insani rəftar edib.

Bu zaman Elnur "TikTok" sosial şəbəkəsi vasitəsində Elşən İbrahimovun zorakı hərəkətlərə məruz qalmasını nümayiş etdirib.

Bundan başqa, Aydın Əbülfəz oğlu Qurbanov və Turan Oktay oğlu Rufullayev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma va satmaqda da ittiham olunurlar.

Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Aydın Qurbanov və Turan Rufullayev saxlanılıblar.

Onlara qarşı cinayət məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Müctəba Xameneinin son vəziyyəti AÇIQLANDI Dünən, 23:48 Tehran geri addım atmır: Danışıqlar donduruldu, ABŞ-yə şərt irəli sürüldü Dünən, 23:48 Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazanıb Dünən, 23:48 Paşinyan: Türkiyə bayrağının yandırılması təxribatçı davranışdır Dünən, 23:48 Bəqai İran hökuməti ilə bağlı Trampın dediklərini təkzib edib Dünən, 23:48 Banqladeşdə qızılca səbəbindən 194 uşaq ölüb Dünən, 23:48 Gəncədə dəm qazı can aldı Dünən, 23:48 Nurəddin Rəcəbov: "Komandamız Avropanın ən güclüsü olub" Dünən, 23:48 Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır? Dünən, 22:48 Ev şəraitində düzgün saxlanmadığı halda TƏHLÜKƏLİ OLAN BİTKİLƏR Dünən, 22:48 "Tankers Trackers": İranın 4 neft tankeri ABŞ-nin blokadasından keçib Dünən, 22:48 Tanınmış rusiyalı teleaparıcı vəfat etdi Dünən, 22:48 Son günlərdə ölkə futbolunda baş verənlər müzakirə olundu Dünən, 21:48 30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI Dünən, 21:48 Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib Dünən, 21:48 Hikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib Dünən, 21:48 Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVAB Dünən, 20:48 ADY sədri DYƏT ölkələrinin dəmir yolu rəhbərlərinin növbəti iclasında iştirak edib Dünən, 20:48 Sabah Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır Dünən, 20:48 "Reuters": İran ələ keçirilən gəmiləri Bəndər-Abbas limanına aparıb Dünən, 20:48 Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırıb Dünən, 19:48 Virtual məkandan real təhlükəyə: Təhsil müəssisələrində artan silahlı insidentlər Dünən, 19:48 Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu Dünən, 19:48 Lu Mey: 2025-ci ildə Azərbaycana 60 mindən çox Çin vətəndaşı səfər edib Dünən, 19:48 WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək Dünən, 19:48 Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib Dünən, 18:48 Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir Dünən, 18:48 Naxçıvan Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb Dünən, 18:48 Dağıstanda sel fəlakətinin baiskarlarına qarşı ƏMƏLİYYAT Dünən, 18:48 Vaşinqtondan kritik xəbərdarlıq: "İranı indi tərk edin" Dünən, 18:48 "SOCAR Trading" yeni neft-kimya zavodları üçün əsas amilləri açıqlayıb Dünən, 17:48 Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb Dünən, 17:48 Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb Dünən, 17:48 BRAVO: 10 İlin Parıltısı Dünən, 17:48 WUF13 ilə əlaqədar Bakının bu təhsil müəssisələrində dərslər DİSTANT OLACAQ Dünən, 17:48 Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib Dünən, 17:48 Bakıdakı məktəblərdə yaz tətilinin vaxtı dəyişdirilib Dünən, 17:48 Tramp bombalamağı ƏMR ETDİ - Hörmüzü minalayan İran gəmiləri... Dünən, 17:48 Bakıda ictimai nəqliyyatda niyə vahid sistem qurulmur? Dünən, 17:48 Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub Dünən, 17:48 İsti havada hansı içkilər təhlükəlidir? - Mütəxəssislər xəbərdarlıq edir Dünən, 16:48 Ərini öldürən qadının məhkəməsi: "11 ay mənimlə üzbəüz oturub çörək yeyib, oğlumu öldürdüyünü gizlədib" Dünən, 16:48 Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir Dünən, 16:48 Bu tarixlərdə Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ Dünən, 16:48 İsmayıllıda lotereyadan 100 000 manat uduldu Dünən, 15:48 ARDNF I rübdə 22 ton qızıl satıb Dünən, 15:48 İran: Hörmüz Boğazının açılması mümkün deyil Dünən, 15:48 Salyanda marketdə yararsız məhsullar və saxta içkilər tapıldı Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR