1-04-2026, 09:48 56

Yaxın Şərqdəki münaqişə ilə bağlı risklər fonunda Azərbaycanın ümumi xarici iqtisadi mövqeyi çox güclü olaraq qalır.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə Niderlandın ən iri bank holdinqi olan "ING Group"un MDB ölkələrinin makroiqtisadi göstəriciləri üzrə hesabatında deyilir.

Tədqiqatda qeyd olunub ki, Yaxın Şərqdəki müharibə yanacaq qiymətlərinin artması, qlobal risk meyilinin azalması, həmçinin potensial ticarət fasilələri və inflyasiyanın artması daxil olmaqla, bir neçə amil vasitəsilə MDB regionuna təsir göstərir. Neftin qiymətinin artmasının Azərbaycan və Qazaxıstanın ixrac perspektivlərini yaxşılaşdırdığı, eyni zamanda, enerji resurslarının idxalından asılı olan Ermənistana təzyiq göstərdiyi vurğulanır.

"ING" ekspertləri 2026-cı il üçün "Brent" neftinin qiymət proqnozunu bir barrel üçün 82 dollara (+20 ABŞ dolları) qaldırıblar, eyni zamanda risklərin qiymətlərin daha da yüksəlməsi istiqamətinə yönəldiyini bildiriblər. Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdən, Türkiyə, İran və Körfəz ölkələrinin Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrindən idxal asılılığı əsas risk olaraq qalır. Analitiklər, həmçinin ƏDV-nin artırılması fonunda 2026-cı ildə Qazaxıstan iqtisadiyyatının ləngiməsini gözləyirlər.

"Yaxın Şərqdəki gərginlik qlobal inflyasiya risklərini gücləndirir ki, bu da bütün regionda ehtiyatlı yanaşmanın xeyrinədir. Azərbaycan manatının ABŞ dollarına nisbətdə məzənnəsinin sabitliyi etibarlı olaraq qalır, Ermənistan dramı isə hələ də şişirdilmiş (real dəyərindən baha) görünür. Qısamüddətli perspektivdə Qazaxıstan və Özbəkistanın milli valyutaları müsbət qiymətləndirilir", - hesabatda bildirilib.

İqtisadçılar, həmçinin vurğulayıblar ki, neftin qiymətinin hər barel üçün əlavə 10 dollar artması Azərbaycanın illik ixracının dəyər ifadəsində təxminən üç milyard dollar (ÜDM-in 4%-i) artmasına və 1.5-2 milyard dollar məbləğində əlavə büdcə gəlirlərinə səbəb olur. Bununla belə, mütəxəssislər Bakının müdafiə və təhlükəsizlik xərclərini artırmaq zərurəti ehtimalını nəzərdən keçirirlər, lakin ümumi fiskal mövqe çox güclü olaraq qalır: 2025-ci ildə icmal büdcəsinin profisiti ÜDM-in 2.6%-ni təşkil edib, suveren yığımlar isə ÜDM-in 100%-ni ötür.

"Fiskal siyasətin həddindən artıq məhdudlaşdırıcı olmaması və ABŞ, Aİ və Çinlə ticarət əlaqələrinin inkişafa davam etməsi şərti ilə ÜDM-in artımı 2026-27-ci illərdə yenidən 2-3% diapazonuna qayıda bilər", - hesabatda qeyd olunub.

Tədqiqatda, həmçinin qeyri-neft sektorundakı müsbət amillər vurğulanıb. Qeyd olunub ki, nisbətən yüksək sənaye inam göstəricisi fonunda korporativ kreditləşmənin artımının son vaxtlar stabilləşməsi qeyri-neft sektorunda investisiya fəallığının potensial bərpasına işarə edir.

"Azərbaycanın fiskal rentabellik nöqtəsi özünün 10 illik diapazonunda qalır. Dayanıqlı fundamental göstəricilər neftin fiskal rentabellik qiymətini bir barel üçün təxminən 59 dollar səviyyəsində sabit saxlamağa kömək edib.

2025-ci ilin inflyasiya göstəriciləri ümumilikdə tarixi orta göstəricilərə uyğun gəlsə də, 2026-cı ilin əvvəlində daxili kommunal xidmət tariflərinin artırılmasından sonra göstəricilər sürətlənib. 2024-cü ildə dezinflyasiyanın əsas amilləri olan ərzaq və xidmətlər, qismən bu daxili tarif artımları səbəbindən o vaxtdan bəri tendensiyanı dəyişib. İdxalın, demək olar, yarısının Yaxın Şərqlə bağlı inflyasiya risklərinə məruz qalan regionlardan gəldiyini nəzərə alsaq, ümumi istehlak qiymətləri indeksi artım riskləri ilə üzləşir. Dünya ərzaq qiymətlərinin 10% artması ölkədəki ümumi inflyasiyaya 1.5 faiz bəndi əlavə edir", - analitiklər qeyd ediblər.

Tədiyyə balansının cari əməliyyatlar hesabının müsbət saldosuna gəlincə, ekspertlər qeyd ediblər ki, bu, əsas payı (62%) Aİ-nin üzərinə düşən neft-qaz ixracı hesabına əldə edilir. Bunun fonunda 2025-ci ildə ABŞ-dən idxalın artaraq 9%-ə çatması qeyd olunub ki, bu da TRIPP layihəsi kontekstində ABŞ-nin regiona daha geniş strateji marağını şərtləndirir. Bundan əlavə, Azərbaycan idxal coğrafiyasını diversifikasiya edib, Çinlə əlaqələrini gücləndirib (15%) və Rusiyadan asılılığı daha da azaldıb (11%).

Azərbaycanın ümumi xarici iqtisadi mövqeyi çox güclü olaraq qalır. Mərkəzi Bankın ehtiyatlarını və ARDNF aktivlərini daxil edən suveren aktivlər ÜDM-in təxminən 115%-i səviyyəsindədir. Mütəxəssislərin fikrincə, bu buferlər neftin qiymətinin müvəqqəti olaraq təxminən 60 dollarlıq rentabellik həddindən aşağı düşdüyü halda belə, AZN/USD məzənnəsini 1.70 səviyyəsində qorumağa imkan verməlidir.

"Kredit strategiyası üzrə fundamental mənzərə ümumilikdə müsbətdir: Azərbaycanın reytinqləri artıq inamla investisiya kateqoriyasındadır və Yaxın Şərq münaqişəsindən mənfi yan təsirlərin müəyyən riski qalmasına baxmayaraq, "Moody's" müsbət proqnozu saxlayır. Ermənistanla davam edən sülh prosesi son illərin irəliləyişini nəzərə alaraq bu mərhələdə daha çox müsbət katalizator rolunu oynayacaq. Bu kontekstdə qiymətləndirmələr Azərbaycan üçün cəlbedici görünür və ölkə Yaxın Şərqdə daha uzunmüddətli münaqişə və neft qiymətlərinin davamlı sıçrayışı zamanı etibarlı qoruyucu aktiv kimi çıxış etməlidir", - hesabatda bildirilib.

Paylaş

Xəbər lenti

İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir Bu gün, 21:48 Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib Bu gün, 21:48 Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər Bu gün, 21:48 MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb Bu gün, 21:48 MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə Bu gün, 20:48 Corcia Meloni İlham Əliyevə təşəkkür edib Bu gün, 20:48 90 dəqiqəlik pulsuz keçid, yeni bilet paketləri - Sərnişinləri gözləyən YENİLİKLƏR Bu gün, 20:48 Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? Bu gün, 20:48 Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib Bu gün, 20:48 Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək Bu gün, 20:48 Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib Bu gün, 19:48 BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq Bu gün, 19:48 Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar Bu gün, 19:48 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb Bu gün, 19:48 Daşkənd Bakı ilə investisiya əməkdaşlığını dərinləşdirir: İlham Əliyevin səfərinin yekunları Bu gün, 19:48 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA Bu gün, 19:48 Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq Bu gün, 18:48 Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb Bu gün, 18:48 Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi Bu gün, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub Bu gün, 18:48 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR Bu gün, 18:48 Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli Bu gün, 18:48 "Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək Bu gün, 17:48 Nazirlikdə ayılarla bağlı görüş keçirildi Bu gün, 17:48 Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib Bu gün, 17:48 Toydan gələrkən qəzaya düşdü Bu gün, 17:48 Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir Bu gün, 17:48 Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? Bu gün, 17:48 "Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiyada ayın ən yaxşı futbolçusu seçildi Bu gün, 17:48 Sabahdan Bakıda bu yolda da məhdudiyyətlər olacaq Bu gün, 16:48 İsveçin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 16:48 Kanadada Kral III Çarlzın portreti olan yeni 20 dollarlıq əsginas təqdim edildi Bu gün, 16:48 "Global Media Group" növbəti dəfə "Talassemiyasız həyat naminə" könüllü qanvermə aksiyasına qoşulub Bu gün, 16:48 Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda Bu gün, 16:48 Britaniya ordusunda genişmiqyaslı təlimlər dayandırıldı: 81 ildən sonra ilk dəfə Bu gün, 16:48 Məktəb bufetlərindəki vəziyyətlə bağlı AQTA-dan AÇIQLAMA Bu gün, 16:48 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq... Bu gün, 16:48 Şimali Kipr sahillərində batan gəmidə itkin düşən 16 nəfərin axtarışı davam edir Bu gün, 16:48 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti Bu gün, 16:48 M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır - YENİLİK Bu gün, 16:48 S&P: SOCAR-la sövdələşmə "Comstock" şirkəti üçün LNG seqmentində perspektivlər açır Bu gün, 15:48 Dünyada ərzaq qiymətləri kəskin bahalaşdı - ŞOK RƏQƏMLƏR Bu gün, 15:48 Dərmandan zəhərlənən qadın öldü Bu gün, 15:48 İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib Bu gün, 15:48 Nepalda tuneldə 9 gün qalan 2 işçi xilas edildi Bu gün, 15:48 Uzun müddət oturmaq xərçəngdən ölüm riskini 9 faiz artırır Bu gün, 15:48 İsveçrəyə yeni səfir təyin edilən Vaqif Sadıqov kimdir? - DOSYE Bu gün, 15:48 Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR