1-04-2026, 13:48 7

Azərbaycanda yağan güclü yağışlar 2100 hektara yaxın əkin sahəsinə zərər vurub

Azərbaycanda güclü yağışın 2 100 hektara yaxın əkin sahəsinə zərər vurması ilə bağlı Aqrar Sığorta Fondunda (ASF) müraciətlər qeydə alınıb.

AVESTA.AZ bu barədə Fonda istinadən xəbər verir.

Bildirilib ki, ölkə ərazisində son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü yağışlar və normadan artıq yağıntılar digər sahələrə olduğu kimi kənd təsərrüfatına da ciddi təsir edib. Fondun məlumatına görə, güclü yağış, onun nəticəsində yaranan çay daşqınları və yaranan sel səbəbindən bəzi ərazilərdə əkin sahələrini su basıb təsərrüfatlara ziyan dəyib.

Bununla əlaqədar olaraq təsərrüfatı zərər çəkən sığortalı fermerlərin Aqrar Sığorta Fonduna müraciətləri kəskin artıb. Müraciətlərə əsasən subasma halları tarla bitkiləri ilə yanaşı, meyvə bağlarında da baş verib. Təsərrüfatlara zərər dəyməsi ilə bağlı əsas müraciətlər Quba-Xaçmaz, Dağlıq Şirvan, Şirvan-Salyan və Qarabağ regionlarında qeydə alınıb.

Son məlumatlara görə, güclü yağış nəticəsində ən çox zərər hadisələri Xaçmaz və Şabran rayonlarında baş verib. Belə ki, Xaçmaz rayonunda güclü yağışlar nəticəsində Ağçay çayının və digər kiçik çayların daşması səbəbindən rayonun İstisu qəsəbəsi, Əhmədoba, Hacıəhmədoba, Qaracəlli kəndləri, Keymərəz kəndi, Niyazoba kəndi, Qaraqurdlu, Çığatay kəndi, Hacılar və Qarqan kəndlərində sığortalı payızlıq arpa, buğda sahələrini, badam, armud və heyva bağlarını su basıb. Bəzi əkin sahələri lillə örtülüb, fermerlərin müraciətinə əsasən bəzi əkin sahələrində suyun hündürlüyü 60 santimetrə çatır.

Şabran rayonunda isə güclü yağışlar nəticəsində Dəvəçi və Şabran çaylarının daşması, eləcə də bəzi kanalların dolub daşması səbəbindən rayonun Liman, Udulu Ağalıq və Gəndov kəndlərində sığortalanmış payızlıq arpa sahələrini, eləcə də gilas bağını su basıb.

Qusar rayonunda Buxur kəndindən gələn çayın daşması nəticəsində Çubuqlu kəndində arpa sahəsini, Yasab çayının daşması nəticəsində isə Yasab kəndində sığortalanmış buğda sahəsini su basıb.

Güclü yağışlar nəticəsində Quba rayonunda Quru çay daşaraq Aşağı Xuc kəndində alma bağını, Siyəzən rayonunun Balaca Həmyə və Qalaşıxı kəndində isə intensiv və güclü yağışlar nəticəsində payızlıq arpa sahələrini su basıb.

Aqrar Sığorta Fonduna daxil olan müraciətlərə əsasən, Dağlıq Şirvan regionunda əsas müraciətlər Ağsu rayonundan qeydə alınıb. Belə ki, rayonun Rəhimağalı və Muradlı kəndlərində dağdan gələn sel suları nəticəsində sığortalı badam bağlarını və buğda sahələrini su basıb.

Şamaxı rayonunda Ağsu çayının daşması nəticəsində Çuxuryurd kəndində, Qobustan rayonunun isə Dərəkənd kəndində normadan artıq yağan yağış nəticəsində arpa sahələrində subasma baş verib.

Eyni zamanda ASF-yə daxil olan müraciətlərə əsasən, Hacıqabul rayonu Qızılburun kəndi, Pirsaat çayının daşması nəticəsində arpa sahəsini su basıb. Ağcabədi rayonunda isə alma bağı qasırğa və güclü yağış səbəbindən zərər çəkib.

Fermerlərdən Fonda daxil olan bütün müraciətlər qeydə alınıb, ərazilərə baxış keçirilməsi, hadisələrin araşdırılması və zərərin qiymətləndirilməsi məqsədilə bölgələrə aqrar sığorta ekspertləri yönəldilib. Aprelin 2-dən etibarən bölgələrdə subasma baş vermiş əkin sahələrində müstəqil ekspertlər tərəfindən zərərin qiymətləndirilməsi prosesinə başlanılacaq.

Aqrar Sığorta Fondu hadisə baş vermiş ərazilərdə zərərin vaxtında qiymətləndirilməsi üçün sığortalı fermerləri öz əkin sahələrini baş çəkməyə, hər hansı hadisə müşahidə etdikdə, bu barədə Fondun 1651 Çağrı Mərkəzinə müraciət etməyə çağırır.

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi 41 bitki və bitki məhsulunu çoxsaylı risklərdən qoruyur. Buraya dolu, fırtına-qasırğa, sel-subasma, leysan, şaxtavurma, normadan artıq qar yağması, yanğın, torpaq sürüşməsi, 3-cü şəxsin hərəkəti və sair hallar aiddir.

Əkin sahələrini sığorta edərkən sığorta haqqının 50 %-ni dövlət ödəyir, nəticədə fermerləər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər.

Məsələn, hazırda subasma halları ilə bağlı ən çox müraciətlərin daxil olduğu Quba-Xaçmaz bölgəsində 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 6,65 manata, arpa sahəsinin sığortası isə cəmi 8,05 manata başa gəlir.

Subasma hallarının baş verdiyi Dağlıq Şirvan bölgəsində isə 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 10,80 manata, arpa sahəsinin sığortası isə cəmi 13,65 manata başa gəlir. Aqrar Sığorta Fondu əkin sahələrinin çoxsaylı risklərdən qorunması üçün fermerləri sərfəli dövlət sığortasından istifadə etməyə və əkin sahələrini sığortalamağa çağırır.

Paylaş

Xəbər lenti

Bakıda xəstəni həyata qaytaran həkimlərin adları məlum olub Dünən, 23:48 "X" sosial şəbəkəsinin işində problemlər yaranıb Dünən, 23:48 XTQ-nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub Dünən, 23:48 Kallas: Aİ-nin İsrailə təzyiq göstərmək imkanları məhduddur, lakin dialoq davam edir Dünən, 23:48 Bakı metrosunda qatarın informasiya sistemi sıradan çıxdı Dünən, 23:48 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq Dünən, 23:48 CENTCOM: "Blokadanın əvvəlindən İranla əlaqəli 27 gəmi ələ keçirilib" Dünən, 22:48 Sakinlər mənzillərinə çıxarış ala bilmirlər: Problem niyə olunmur? Dünən, 22:48 İraq 10 ildən sonra Suriya ilə sərhəd keçid məntəqəsini açıb Dünən, 22:48 Azərbaycanda məşhur iş adamı dəniz kənarındakı villasına mebel alıb pulunu ödəməyib? Dünən, 22:48 Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər Dünən, 22:48 Azər Kərimli: Jülyen Odul Fransada 9 milyon müsəlmanın yaşadığını unudub Dünən, 22:48 Media: İranın danışıqlarda iştirak etməmək qərarı hələ ki dəyişməyib Dünən, 21:48 Yuri Qusev Azərbaycana təşəkkür edib Dünən, 21:48 KİV: Son 12 saatda Hörmüz boğazından üç gəmi keçib Dünən, 21:48 Kür çayının daşması nəticəsində Samuxda əkin sahələrini su basıb Dünən, 20:48 "ChatGPT"nin işi ilə bağlı problem yaranıb Dünən, 20:48 Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi Dünən, 20:48 Elçin Əmirbəyov "Euro" jurnalına müsahibə verib Dünən, 20:48 BƏƏ İranla əlaqəli cinayətkar qrupu ifşa edib Dünən, 19:48 "Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib Dünən, 19:48 Bu yoldan keçərkən ehtiyatlı olun Dünən, 19:48 "Müəllimlərə dedik, amma..." - Məktəbdə baş verən insidentlə bağlı şok İDDİA Dünən, 19:48 "İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda" təsdiqlənib Dünən, 18:48 Bu tarixdən yağıntılar kəsiləcək, temperatur yüksələcək - AÇIQLAMA Dünən, 18:48 İran vurulan ABŞ raketlərinin fraqmentlərini tədqiq edir Dünən, 18:48 İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb Dünən, 18:48 Tramp: İranla razılaşma bu gün axşam imzalanacaq Dünən, 18:48 Rusiyadan Azərbaycana gətirilən 19 ton yağda uyğunsuzluq aşkarlanıb Dünən, 17:48 2 100 abonentin qazı kəsiləcək Dünən, 17:48 ABŞ-nin hərbi aktivliyi artıb: Regionda yeni əməliyyat olacaq? Dünən, 17:48 Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI Dünən, 17:48 Bəzi ərazilərdə külək güclənib, yağış yağır - FAKTİKİ HAVA Dünən, 17:48 Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib Dünən, 17:48 Naxçıvanda bir sıra çaylardan sel keçib Dünən, 17:48 Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı! Dünən, 17:48 Azərbaycanda bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verilib Dünən, 17:48 Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb Dünən, 17:48 Ukraynadan Azərbaycana gətirilən toyuqda BAKTERİYA aşkarlanıb Dünən, 16:48 "Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu Dünən, 16:48 Qətər Doha üzərindən xarici aviaşirkətlərin uçuşlarını bərpa edir Dünən, 16:48 Bakıda ürəyi dayanan kişini xəstəxana həyətində həyata qaytardılar - ANBAAN VİDEO Dünən, 16:48 Azərbaycanda iki internet provayderi BAĞLANDI Dünən, 16:48 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi Dünən, 16:48 Bakının bir hissəsində qaz kəsilib Dünən, 15:48 Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb Dünən, 15:48 100 min bina söküləcək iddiaları təkzib edildi Dünən, 15:48 Moskvaya qar yağacaq Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR