
"Azərbaycan Ordusu həmin günlərdə öz gücünü bütün dünyaya göstərmişdi".
Bu sözləri Baku TV-yə müsahibəsində Aprel döyüşlərinin (2016) iştirakçısı Hikmət Məmmədov deyib.
Onun sözlərinə görə, Aprel döyüşləri 2020-ci ildə torpaqlarımızın tam azad olunmasına aparan yolun başlanğıcı olub:
"Torpaqlarımızı işğaldan azad etmək məqsədimiz idi və bunun üçün ölməyə dəyərdi. Canımız bahasına o yüksəklikləri 4 günə azad etdik".
Hikmət Məmmədov bildirib ki, döyüşlərin gedişində düşmən öz hərbçilərinin meyitlərinə belə dəyər vermirdi:
"Əsgərlərinin meyitləri ərazidə qaldığı halda həmin yeri atəşə tutaraq onların parçalanmasına səbəb olurdular".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.