4-04-2026, 14:48 5

Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti - TƏHLİL

Mina problemi müasir dövrdə yalnız hərbi münaqişələrin nəticəsi kimi deyil, eyni zamanda, qlobal humanitar çağırış kimi qiymətləndirilir. Dünyanın müxtəlif regionlarında münaqişədən sonrakı mərhələdə minalar və partlamamış hərbi sursatlar insanların həyatına, təhlükəsizliyinə və inkişaf perspektivlərinə ciddi təsir göstərir. Bu baxımdan mina təhlükəsinə qarşı mübarizənin beynəlxalq gündəmdə saxlanılması məqsədilə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2005-ci ilin dekabrında qəbul etdiyi qərara əsasən 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd olunur. Bu günün təsis olunması mina probleminin bəşəri xarakter daşıdığını və onun aradan qaldırılması üçün qlobal səylərin vacibliyini bir daha vurğulayır.

AVESTA.AZ xəbər verir ki, AZƏRTAC Azərbaycan ərazilərinin işğal dövründə genişmiqyaslı mina çirklənməsini, bunun insanların təhlükəsizliyinə və qayıdış prosesinə təsirini, həmçinin problemin həlli üçün görülən tədbirləri təhlil edib.

Azərbaycanın işğal olunmuş ərazilərinin minalarla çirkləndirilməsi

Bildiyimiz kimi, münaqişədən zərər çəkmiş Qarabağda və Şərqi Zəngəzurda minaların geniş şəkildə yerləşdirilməsi uzunmüddətli ciddi təhlükə yaradır. İlkin qiymətləndirmələrə əsasən, işğal dövründə bu torpaqlarda Ermənistan tərəfindən bir milyondan çox mina basdırılıb ki, bu da regionu dünyanın ən çox mina ilə çirklənmiş ərazilərindən birinə çevirib. Minalar və partlamamış sursatlar təkcə müharibə bitdikdən sonra deyil, onilliklər ərzində insanların həyatını təhlükə altında saxlayır. Bu təhlükə sosial-iqtisadi inkişafın ləngiməsinə, mədəni irsin qorunmasına, bərpa və yenidənqurma prosesinə, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına ciddi maneələr yaradır. Eyni zamanda, geniş mina çirklənməsi kənd təsərrüfatı fəaliyyətinin bərpasını çətinləşdirir, torpaq resurslarından səmərəli istifadəni məhdudlaşdırır və regionun iqtisadi potensialının reallaşdırılmasını ləngidir. Bu amillər təhlükəsizlik məsələsini yalnız humanitar problem deyil, həm də strateji inkişaf çağırışı kimi aktuallaşdırır.

Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti - TƏHLİL

Xüsusilə keçmiş təmas xətti boyunca yerləşən ərazilər yüksək çirklənmə səviyyəsi ilə seçilsə də, təhlükə yalnız bu zonalarla məhdudlaşmır. Əkin sahələri, bağlar, məzarlıqlar və digər mülki təyinatlı ərazilər də minalanıb. Bir çox qəbiristanlıqların minalanmış ərazilərdə yerləşməsi isə humanitar baxımdan əlavə risk yaradır və bu ərazilərdə mina hadisələrinin qeydə alınması problemin sosial-psixoloji miqyasını daha da dərinləşdirir. Bu hallar insanların gündəlik həyat fəaliyyətinə, ənənəvi təsərrüfat və məişət vərdişlərinə birbaşa təsir göstərir. Nəticədə, minaların yaratdığı təhlükə təkcə fiziki təhlükəsizliklə məhdudlaşmır, həm də normal həyat ritminin bərpasını ləngidən mühüm amilə çevrilir.

Humanitar minatəmizləmə fəaliyyətinin nəticələri

Aparılan təmizləmə əməliyyatları minaların yaratdığı təhlükənin miqyasını aydın şəkildə göstərir. Təkcə qəbiristanlıq əraziləri üzrə təqdim edilən təmizləmə layihələrində 761 min 713 kvadratmetr sahə minalardan təmizlənib, bu proses zamanı 6 ədəd partlamamış sursat, 36 piyadaəleyhinə mina və 87 tankəleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu fakt minaların mülki həyatın ən həssas sahələrinə qədər yayıldığını göstərir. Eyni zamanda, bu cür ərazilərin təmizlənməsi insanların sosial-mədəni həyata qayıdışı baxımından xüsusi əhəmiyyət daşıyır. Qəbiristanlıqların təhlükəsiz hala gətirilməsi cəmiyyətin ənənəvi dəyərlərinin bərpasına və psixoloji rahatlığın təmin olunmasına xidmət edir.

Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti - TƏHLİL

Keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək məqsədilə yaşayış məntəqələri, nəqliyyat və enerji infrastrukturu, kənd təsərrüfatı sahələri kimi prioritet istiqamətlərdə genişmiqyaslı humanitar minatəmizləmə işləri aparılır. 2020-ci il noyabrın 10-dan 2026-cı il aprelin 4-dək 261 min 551 hektar ərazi təmizlənib, ümumilikdə 246 min 463 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bu sursatların böyük hissəsini partlamamış hərbi sursatlar təşkil etsə də, on minlərlə piyada və tankəleyhinə mina da aşkarlanıb. Bu statistika həm problemin miqyasını, həm də minatəmizləmə fəaliyyətinin nə qədər mürəkkəb və uzunmüddətli olduğunu nümayiş etdirir. Aparılan işlər infrastruktur layihələrinin icrasını sürətləndirməklə yanaşı, kənd təsərrüfatı və iqtisadi fəaliyyətin bərpasına real zəmin yaradır. Geniş mina çirklənməsi bu sahədə səylərin daha da gücləndirilməsinin vacibliyini göstərir.

İnsan təhlükəsizliyi və sosial təsirlər

Mina təhlükəsi yalnız fərdi hadisələr deyil, bütövlükdə cəmiyyət üçün ciddi risk yaradır. 2020-ci ilin noyabrından 2026-cı ilin aprel ayına qədər 259 mina hadisəsinin qeydə alınması bunun bariz nümunəsidir. Həmin dövrdə 421 nəfər mina qurbanı olub, onların 72-si həyatını itirib, 349 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu rəqəmlər münaqişə bitdikdən sonra belə təhlükənin davam etdiyini göstərir. Mina hadisələri insanların gündəlik həyat fəaliyyətini məhdudlaşdırır, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün əlavə risklər yaradır. Bu isə sosial-iqtisadi fəallığın bərpasını ləngidən əsas amillərdən biri kimi çıxış edir.

Ümumilikdə 1991-ci ildən bu günədək 3500-dən çox mina qurbanının, o cümlədən 362 nəfər azyaşlının və ya gəncin, 38 nəfər qadının qeydə alınması problemin uzunmüddətli sosial nəticələrini ortaya qoyur. Qurbanlar arasında azyaşlılar, gənclər və qadınların olması mina təhlükəsinin cəmiyyətin ən həssas qruplarına da təsir etdiyini göstərir. Bu, həm də reabilitasiya, sosial müdafiə və psixoloji dəstək kimi əlavə humanitar tədbirlərin vacibliyini ön plana çıxarır. Eyni zamanda, mina qurbanlarının sosial reinteqrasiyası, onların məşğulluğunun təmin edilməsi və uzunmüddətli tibbi xidmətlərlə əhatə olunması mühüm vəzifələr kimi aktuallaşır. Bu istiqamətdə kompleks yanaşma mina probleminin humanitar nəticələrinin azaldılmasında xüsusi əhəmiyyət daşıyır.

Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti - TƏHLİL

Təhlükəsizlik tədbirləri, maarifləndirmə və postmünaqişə dövründə bərpa prosesi

Azad edilmiş torpaqlarda minatəmizləmə işlərini birinci dərəcəli vəzifə adlandıran Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Ona görə də, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunan müvafiq qurumlar işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarını intensiv şəkildə aparır.

Minatəmizləmə prosesinə paralel olaraq yüksək səviyyədə çirklənmiş ərazilərin konservasiya olunması və çəpərlənməsi həyata keçirilir. Bu tədbirlər beynəlxalq standartlara uyğun olaraq əhalinin təhlükəsizliyini təmin etmək üçün zəruri addımlardır və riskli zonalara girişin nəzarətdə saxlanılmasına xidmət edir. Bununla yanaşı, ictimaiyyətin maarifləndirilməsi və davranış qaydalarına riayət edilməsi minatəmizləmə prosesinin səmərəliliyini artıran əsas amillərdəndir. Ərazilərdə yaşayan, işləyən və ya həmin bölgələrə səfər edən insanların təhlükəsizlik qaydalarına əməl etmələri, xüsusilə riskli zonalara icazəsiz daxil olmamaq, xəbərdarlıq nişanlarına diqqət yetirmək və şübhəli əşyaları aidiyyəti qurumlara bildirmək həyati əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri məktəblərdə, müxtəlif təşkilatlarda və media vasitəsilə geniş auditoriyanı əhatə edərək insanların təhlükəsizlik biliklərini artırır, riskləri azaldır və cəmiyyətin davamlı təhlükəsiz davranış vərdişlərinin formalaşmasına töhfə verir.

Ərazilərin minalardan təmizlənməsi yalnız humanitar və təhlükəsizlik məsələsi deyil, həm də münaqişədən sonrakı bərpa və inkişaf prosesinin əsas şərtlərindən biridir. Təhlükəsiz ərazilərin olmaması infrastrukturun yenidən qurulmasını, kənd təsərrüfatının bərpasını və investisiya mühitinin formalaşmasını ləngidir. Minatəmizləmə işlərinin sürəti və səmərəliliyi regionun iqtisadi-sosial bərpası, əhalinin təhlükəsiz qayıdışı və ictimai həyatda normal ritmin bərpası ilə birbaşa bağlıdır. Ona görə də, minatəmizləmə və ictimai maarifləndirmə təkcə əhalinin təhlükəsizliyi üçün deyil, regionun dayanıqlı inkişafı və sülhün möhkəmləndirilməsi üçün də strateji elementlər hesab olunur.

Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti - TƏHLİL

Beynəlxalq əməkdaşlığın zəruriliyi

Minatəmizləmə uzunmüddətli və yüksək maliyyə tələb edən proses olduğundan, bu fəaliyyətin əsasən milli resurslar hesabına həyata keçirilməsi beynəlxalq maliyyə və texniki dəstəyin vacibliyini bir daha ortaya qoyur. Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi minatəmizləmə proseslərinin sürətlənməsinə, əməliyyatların təhlükəsizliyinin artırılmasına və risklərin azaldılmasına mühüm töhfə verə bilər. Bu vaxta qədər Avropa İttifaqı ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Kanada, Fransa, Xorvatiya, Almaniya, Macarıstan, Belçika, Yaponiya və Çin ölkəmizdəki humanitar minatəmizləmə fəaliyyətinə dəstək göstəriblər. Həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin İnkişaf Proqramı (UNDP), Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), UNICEF və digər təşkilatlar da bu işdə ölkəmizə müəyyən qədər töhfə veriblər. Bu cür tərəfdaşlıqlar, eyni zamanda, münaqişədən zərər çəkmiş ərazilərin sosial-iqtisadi bərpasını sürətləndirir, sakinlərin təhlükəsiz qayıdışına və infrastruktur layihələrinin daha operativ icrasına şərait yaradır.

Ümumilikdə mina problemi miqyasına görə yalnız milli səylərlə həll edilə bilməz və daha geniş beynəlxalq tərəfdaşlıq tələb edir. Maliyyə resurslarının artırılması, texniki avadanlıqların cəlb olunması, innovativ texnologiyaların tətbiqi və təcrübə mübadiləsi bu sahədə irəliləyiş üçün əsas amillər hesab edilir. Bu yanaşma minatəmizləmə prosesinin səmərəliliyini yüksəltməklə yanaşı, təhlükəsizliyin təmin olunmasına və postmünaqişə dövründə bərpa işlərinin sürətləndirilməsinə dəstək verir.

Qeyd edək ki, minatəmizləmə yalnız texniki əməliyyat deyil, həm də sülhün möhkəmləndirilməsi, dayanıqlı inkişafın təmin olunması və regional təhlükəsizliyin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu işdə səmərəli nəticə əldə etmək üçün milli səylərlə yanaşı, gücləndirilmiş beynəlxalq əməkdaşlıq, davamlı humanitar dəstək və beynəlxalq standartların tətbiqi həlledici rol oynayır.

Paylaş

Xəbər lenti

İspaniyada lunaparkda qəza: "Steel Max" oyuncağının trosu qopdu, 4 nəfər yaralandı Bu gün, 00:48 Dani Bolta ağır itki Dünən, 23:48 Haitidə Belçikaya məxsus hərbi təyyarəyə atəş açılıb Dünən, 23:48 Livana zərbələr davam edəcək, hərbi təzyiq artırılacaq - Netenyahu Dünən, 23:48 Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib Dünən, 22:48 Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər Dünən, 22:48 ABŞ İranın nüvə materiallarının ölkədən çıxarılmasını müzakirə edir - Tramp Dünən, 22:48 Ən çox qəlb qıran bürclər – kimlər emosiyalara daha sərt yanaşır? Dünən, 22:48 7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi Dünən, 21:48 Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşib Dünən, 21:48 İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır Dünən, 20:48 Çexiyanın Baş naziri Azərbaycana gəlib Dünən, 20:48 Fransa ABŞ–İran danışıqları fonunda diplomatik həllə dəstək verdi Dünən, 20:48 Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda qızıl medal qazanıb Dünən, 20:48 Süd BAHALAŞACAQ Dünən, 20:48 Premyer Liqa: "Şamaxı" "Kəpəz"i məğlub edib Dünən, 19:48 Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi: Xəsarət alanlar var Dünən, 19:48 Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI Dünən, 19:48 "Haber Global" İlham Əliyevin sülh mükafatı ilə təltif olunmasına dair süjet hazırladı Dünən, 19:48 Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yaralılar var Dünən, 18:48 "Qabaqkı kimi isti münasibət yoxdur, heç yerlilər də qalmayıblar" - Bakının ən qədim qəsəbələrinin birindən REPORTAJ Dünən, 18:48 Azərbaycanda Əməkdar artist vəfat edib Dünən, 18:48 "Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir? Dünən, 18:48 Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq Dünən, 17:48 Tbilisidə azərbaycanlı turistin qətli ilə bağlı yeni detallar üzə çıxıb Dünən, 17:48 Çexiyanın Baş naziri Azərbaycana gəlir Dünən, 17:48 Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb Dünən, 16:48 Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir Dünən, 16:48 Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır Dünən, 16:48 Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb Dünən, 16:48 Bu gün IX sinif şagirdləri imtahan veriblər Dünən, 16:48 Abşeronun "qırmızı qızıl"ı - Süfrələrimizə dad qatan məhsulun istehsalı üçün fermerlərə nə qədər subsidiya verilir? Dünən, 16:48 ABŞ xarici 5G routerlərinə məhdudiyyət qoydu Dünən, 15:48 Ukraynada şəhərlərdən biri susuz qalıb Dünən, 15:48 "Eşref Rüya" serialına yeni sima qatılır Dünən, 15:48 Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib Dünən, 14:48 Ayan Babakişiyeva: "Elə düşünməyin ki, bununla bədənimə zərər verirəm" Dünən, 14:48 İsrail qırıcıları Livanı yenidən bombalayıb Dünən, 14:48 Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçib Dünən, 13:48 "Jek" işçisini avtobusla vuraraq öldürdü Dünən, 13:48 İstanbul derbisi çempionluğu müəyyən edə bilər Dünən, 13:48 Azərbaycan XİN Tanzaniyanı Respublika günü münasibətilə təbrik edib Dünən, 13:48 İran Prezidenti: "Təzyiq altında danışıqlar olmayacaq" Dünən, 12:48 Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ Dünən, 12:48 Bakıda ağır qəza - "Sprinter" və "Shacman" toqquşdu Dünən, 12:48 Bakıda güclü külək, regionlarda yağış olacaq Dünən, 12:48 Salyanda ağır qəza: Bir nəfər həyatını itirib Dünən, 11:48 Prezident İlham Əliyev: "Vaşinqtonda baş verən atışma məni dərindən sarsıdıb" Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR