7-04-2026, 15:48 82

Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə kirayədə yaşadığı şəxsi 16 bıçaq zərbəsi ilə öldürməyə cəhd etməkdə təqsirləndirilən İbrahim Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası baş tutub.

AVESTA.AZ Lent.az-a istinadla xəbər verir ki, keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Təqsirləndirilən İbrahim Əliyev ailə qayğıları səbəbindən Bakıya gəldiyini deyib:

"Cəfər mənim otaq yoldaşım idi. Hadisə kirayə tutacağım evə getdiyim ilk gün baş verib. Mübahisəyə səbəb onun idman əşyalarını yatağımın yanından asması oldu. Ondan həmin əşyaları yığışdırmağını istədim. O mənə çox kobud tərzdə cavab verdi. Ev sahibini çağırıb pulu və şəxsiyyət vəsiqəsini ona vermək istədim. Cəfər elə bildi ki, baş verən hadisəni ona deyəcəyəm, halbuki belə bir niyyətim yox idi. Telefonumda sosial şəbəkə hesablarıma baxırdım, musiqi dinləyirdim. Cəfər musiqinin səsini kəsməyimi tələb elədi, baxmayaraq ki, mən az səslə dinləyirdim. Sanki mənimlə dalaşmağa bəhanə axtarırmış kimi qışqırıb üzərimə gəlməyə başladı. Sonra əl atıb məni yumruqladı. Bıçağı əlimə götürdüm ki, onu qorxudum. Boyun nahiyəsindən iki dəfə vurdum. Səhər gedib polisə təslim olmuşam".

Daha sonra istintaq dövründə tərəflər arasında barışıq əldə olunduğu və təqsirləndirilənin törətdiyi əməldən peşman olduğu bildirilib.

Zərərçəkmiş Cəfər Vəliyev ifadəsində özünün təqsirləndiriləni vurduğunu etiraf edib:

"Məni bıçaqla vurduğunu əvvəl bilməmişəm, köynəyimi qanlı görəndə vurulduğumu hiss elədim. Şikayət tələbim yoxdur".

Növbəti prosesin vaxtı barədə məlumat veriləcəyi bildirilib.

Xatırladaq ki, İbrahim Əliyev kirayədə birlikdə yaşadığı otaq yoldaşı Cəfər Vəliyevə aralarında yaranan mübahisə nəticəsində 16 bıçaq zərbəsi endirib.

Ona qarşı AR Cinayət Məcəlləsinin 29.120-ci maddəsi üzrə cinayət işi açılıb.

Paylaş

Xəbər lenti

Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib Bu gün, 22:48 Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər Bu gün, 22:48 ABŞ İranın nüvə materiallarının ölkədən çıxarılmasını müzakirə edir - Tramp Bu gün, 22:48 Ən çox qəlb qıran bürclər – kimlər emosiyalara daha sərt yanaşır? Bu gün, 22:48 7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi Bu gün, 21:48 Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşib Bu gün, 21:48 İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır Bu gün, 20:48 Çexiyanın Baş naziri Azərbaycana gəlib Bu gün, 20:48 Fransa ABŞ–İran danışıqları fonunda diplomatik həllə dəstək verdi Bu gün, 20:48 Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda qızıl medal qazanıb Bu gün, 20:48 Süd BAHALAŞACAQ Bu gün, 20:48 Premyer Liqa: "Şamaxı" "Kəpəz"i məğlub edib Bu gün, 19:48 Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi: Xəsarət alanlar var Bu gün, 19:48 Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI Bu gün, 19:48 "Haber Global" İlham Əliyevin sülh mükafatı ilə təltif olunmasına dair süjet hazırladı Bu gün, 19:48 Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yaralılar var Bu gün, 18:48 "Qabaqkı kimi isti münasibət yoxdur, heç yerlilər də qalmayıblar" - Bakının ən qədim qəsəbələrinin birindən REPORTAJ Bu gün, 18:48 Azərbaycanda Əməkdar artist vəfat edib Bu gün, 18:48 "Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir? Bu gün, 18:48 Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq Bu gün, 17:48 Tbilisidə azərbaycanlı turistin qətli ilə bağlı yeni detallar üzə çıxıb Bu gün, 17:48 Çexiyanın Baş naziri Azərbaycana gəlir Bu gün, 17:48 Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb Bu gün, 16:48 Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır Bu gün, 16:48 Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb Bu gün, 16:48 Bu gün IX sinif şagirdləri imtahan veriblər Bu gün, 16:48 Abşeronun "qırmızı qızıl"ı - Süfrələrimizə dad qatan məhsulun istehsalı üçün fermerlərə nə qədər subsidiya verilir? Bu gün, 16:48 ABŞ xarici 5G routerlərinə məhdudiyyət qoydu Bu gün, 15:48 Ukraynada şəhərlərdən biri susuz qalıb Bu gün, 15:48 "Eşref Rüya" serialına yeni sima qatılır Bu gün, 15:48 Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib Bu gün, 14:48 Ayan Babakişiyeva: "Elə düşünməyin ki, bununla bədənimə zərər verirəm" Bu gün, 14:48 İsrail qırıcıları Livanı yenidən bombalayıb Bu gün, 14:48 Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçib Bu gün, 13:48 "Jek" işçisini avtobusla vuraraq öldürdü Bu gün, 13:48 İstanbul derbisi çempionluğu müəyyən edə bilər Bu gün, 13:48 Azərbaycan XİN Tanzaniyanı Respublika günü münasibətilə təbrik edib Bu gün, 13:48 İran Prezidenti: "Təzyiq altında danışıqlar olmayacaq" Bu gün, 12:48 Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ Bu gün, 12:48 Bakıda ağır qəza - "Sprinter" və "Shacman" toqquşdu Bu gün, 12:48 Bakıda güclü külək, regionlarda yağış olacaq Bu gün, 12:48 Salyanda ağır qəza: Bir nəfər həyatını itirib Bu gün, 11:48 Prezident İlham Əliyev: "Vaşinqtonda baş verən atışma məni dərindən sarsıdıb" Bu gün, 11:48 Türkiyədə səhər saatlarında iki ardıcıl zəlzələ olub Bu gün, 11:48 Daşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 "Kızılcık Şerbeti"nin aktrisası "Porsche"si ilə gündəm oldu Bu gün, 11:48 "Zaur Kamal efirdə olmayacaq" - ARB-nin direktor müavini Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR