8-04-2026, 20:48 97

Azərbaycan ABŞ-İsrail və İran müharibəsində sərgilədiyi mövqe ilə diplomatik balansı qorudu

Azərbaycan münaqişə dövründə nə qarşıdurmanın tərəfinə çevrildi, nə də öz ərazisindən üçüncü tərəflərin İrana qarşı istifadə etməsinə imkan verdi.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, Azərbaycanın İranla münasibətlər kontekstində müharibə dövründə sərgilədiyi mövqe dövlət maraqları prizmasından qiymətləndirildikdə bu siyasətin, əsasən, təhlükəsizlik, regional sabitlik və çoxşaxəli diplomatik balansın qorunmasına xidmət etdiyi aydın görünür:

"Rəsmi Bakının addımları təsadüfi deyil, məhz milli maraqların qorunmasına hesablanmış ardıcıl və praqmatik xəttin tərkib hissəsidir".

Deputat bildirib ki, İranla ABŞ arasında atəşkəs elan olunmasından sonra Azərbaycan Prezidentinin İran Prezidentinə zəng edərək təbriklərini çatdırması, ilk növbədə, regionda gərginliyin azalmasının Azərbaycanın milli təhlükəsizlik maraqlarına uyğun olduğunu göstərir:

"Müharibə dövründə Azərbaycanın davranışının İran üçün "dostluq nümayişi" kimi təqdim olunması isə, əslində, daha dərin geosiyasi məntiqə əsaslanır. Bakı bu dövrdə nə qarşıdurmanın tərəfinə çevrildi, nə də öz ərazisinin üçüncü tərəflərin İrana qarşı istifadəsinə imkan verdi. Bu, Azərbaycanın suveren qərarvermə qabiliyyətini və balanslı xarici siyasətini nümayiş etdirməklə yanaşı, regionda əlavə risklərin yaranmasının qarşısını almağa yönəlmiş addım idi".

V.Qafarov onu da qeyd edib ki, Azərbaycan-İran sərhədinin bu dövrdə sabit və təhlükəsiz qalması xüsusi əhəmiyyət kəsb edir.

"Bu, bir tərəfdən Azərbaycanın sərhəd təhlükəsizliyi üzərində tam nəzarətini göstərir, digər tərəfdən isə İrana qarşı hər hansı təhdid platforması olmadığı mesajını verir. Belə yanaşma Azərbaycanın həm qonşuluq siyasətinə, həm də regional etimad mühitinin qorunmasına xidmət edir ki, bu da uzunmüddətli dövlət maraqları baxımından vacibdir", - o qeyd edib.

Milli Məclisinin üzvü humanitar yardımların göstərilməsinin də dövlət maraqları baxımından mühüm alət kimi çıxış etdiyinə diqqət çəkib.

Deputat bütün bu addımların ümumiləşdirilməsi kimi Azərbaycanın siyasətinin emosional deyil, rasional və dövlət maraqları əsaslı olmasını göstərdiyini vurğulayıb.

Xatırladaq ki, İranla ABŞ arasında 2 həftəlik atəşkəs elan olunması ilə bağlı Azərbaycan Prezidenti İran Prezidentinə zəng edib və təbriklərini çatdırıb. Atəşkəs elan olunandan sonra İran Prezidentini təbrik edən ilk lider Azərbaycan Prezidenti olub.

Paylaş

Xəbər lenti

Toiu: Azərbaycan və Rumıniya bu il hökumətlərarası komissiyanın iclasını keçirəcək Bu gün, 20:48 İran və Çinin XİN başçıları arasında telefon danışığı baş tutub Bu gün, 20:48 Hər kəsin üzləşə biləcəyi problemlə bağlı cavib AÇIQLAMA Bu gün, 20:48 Tehran Vaşinqtondan kompensasiya tələb etdi - Şərtlər AÇIQLANDI Bu gün, 19:48 Netanyahu və Madyar ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər Bu gün, 19:48 Vətəndaşa verilən qiymət, dəyişməz mövqe: Bakı və Moskva mürəkkəb danışıqlarda razılığa gəldilər Bu gün, 19:48 Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək Bu gün, 19:48 Azercell-in dəstəyi ilə "StartHer Quba" layihəsinə start verildi Bu gün, 19:48 Azərbaycanda bəzi şəxslərin MAAŞLARI ARTACAQ Bu gün, 18:48 Könül Hüseynova: "İncəsənət təhsilində müasir metodların tətbiqi zəruridir" Bu gün, 18:48 Asiyaya açılan investisiya pəncərəsi: ARDNF-nin Çin strategiyası genişlənir Bu gün, 18:48 Bakı sakinlərinə qazla bağlı XƏBƏRDARLIQ - Sabah saat 10:00-dan etibarən... Bu gün, 18:48 Pakistanda növbəti həftə ABŞ-İran danışıqları bərpa edilə bilər Bu gün, 18:48 Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək Bu gün, 18:48 Politoloq: "Azərbaycan hər zaman milli maraqlarını qətiyyətlə qorumağa qadir ölkə olduğunu göstərir" Bu gün, 17:49 Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdi Bu gün, 17:48 Alkoqolsuz pivənin faydaları ilə bağlı araşdırma açıqlanıb Bu gün, 17:48 Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib Bu gün, 17:48 Leandro Andrade: "Dünyanın ən yaxşılarına qarşı mübarizə aparmaq xüsusi hissdir" Bu gün, 17:48 Azərbaycan yaxın 4 ildə işğaldan azad olunmuş ərazilərinə 13 milyard manat xərc çəkəcək Bu gün, 17:48 Ölümə görə kompensasiya qalmaqalı: Şirkət niyə ödəniş etmir? Bu gün, 17:48 Sabah Bakının bu hissələrində QAZ KƏSİLƏCƏK - Saat 10:00-dan... Bu gün, 17:48 Türkiyədə məktəbdə silahlı insident törədən məktəblinin atası saxlanıldı - DETALLAR Bu gün, 17:48 "Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb Bu gün, 17:48 Məcnun Məmmədov: "Latviya ilə aqrar sahədə prioritet istiqamətlər üzrə razılıq əldə olunub" Bu gün, 17:48 Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq xidmət etmək istəyənlərin NƏZƏRİNƏ - QƏBUL BAŞLADI Bu gün, 17:48 Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub Bu gün, 17:48 Paytaxtın bu ünvanına yeni svetoforlar quraşdırılıb Bu gün, 17:48 Macarıstanda siyasi gərginlik: qalib partiyanın lideri prezidentin istefasını tələb etdi Bu gün, 16:48 Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək Bu gün, 16:48 "Referans"ın keçmiş direktoruna HÖKM OXUNDU Bu gün, 16:48 Ceyson Stetem Antalyada istirahət edir Bu gün, 16:48 Azərbaycanda yaxın 5 ildə manatın məzənnəsinin sabit qalacağı gözlənilir Bu gün, 16:48 Bakının mərkəzində baş verən yanğın söndürülüb Bu gün, 16:48 28 yaşlı şəxs işlədiyi mağazada öldü Bu gün, 15:48 Məşhur aktyorun qumar borcunu həyat yoldaşı ödəyib Bu gün, 15:48 Elçin Əmirbəyov Çexiya rəsmiləri ilə görüşlərdə Ermənistanla normallaşma prosesindən danışıb Bu gün, 15:48 Şəkidə 1000-dən çox abonentin qazı kəsiləcək Bu gün, 15:48 İran gəmiləri ABŞ mühasirəsi fonunda Hörmüz boğazından keçib Bu gün, 15:48 "City Garden Narimanov"da hazır mənzillər satışda - "Kristal!" Bu gün, 15:48 Bakının mərkəzində yanğın BAŞLAYIB Bu gün, 15:48 Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Bu gün, 15:48 AYNA: "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir Bu gün, 15:48 Azərbaycan pilotları beynəlxalq axtarış-xilasetmə təlimində tapşırıqları uğurla icra edib Bu gün, 15:48 Paşinyan: Azərbaycandan yanacaq idxal etməklə on milyardlarla vəsaitə qənaət etmişik Bu gün, 15:48 Türkiyənin daha bir məktəbində silahlı insident - 4 nəfər ölüb, 20 nəfər yaralanıb Bu gün, 15:48 Şuşa İndoneziyanın şəhərlərindən biri ilə qardaşlaşa bilər Bu gün, 14:48 Prezident Kitabxanasında "Zərifə Əliyeva" adlı çoxdilli virtual kitab sərgisi hazırlanıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR