10-04-2026, 20:48 404

Azərbaycan-İran münasibətlərində həmrəylik: diplomatik və humanitar dəstəyin təzahürü

Azərbaycanın qonşu dövlətlərlə, o cümlədən İranla münasibətləri tarixən dostluq və hərtərəfli münasibətlər üzərində qurulub.

Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni münasibətlər də hər zaman yüksək səviyyəsi ilə seçilib. Bu, qonşu ölkənin fevralın 28-dən apardığı müharibə günlərində də belə olub.

Azərbaycan qonşu ölkəyə humanitar yardım göndərməklə yanaşı, öz ərazisindən üçüncü ölkə vətəndaşlarının, diplomatlarının maneəsiz keçidinə dəstək göstərib. İranın ABŞ və İsraillə fevralın 28-dən apardığı müharibənin aprelin 8-də dayandırılmasını nəzərdə tutan atəşkəs razılaşması ilə bağlı bu ölkənin rəhbərliyini təbrik edən ilk dövlət də məhz Azərbaycan oldu.

Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana zəng edərək İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırdı.

Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə Azərbaycan liderinə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi də aparılıb.

Aprelin 10-da isə İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, hökumət və ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər. Tədbirdə çıxış edən İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu çıxışında gərginliyin ilk günlərindən etibarən Azərbaycanın göstərdiyi həmrəyliyi, humanitar və mənəvi dəstəyi xüsusi vurğulayaraq, buna görə minnətdarlığını bildirib.

Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar bu gün Naxçıvanda da anım mərasimi keçirilib. Məlumat üçün bildirək ki, İranın ali dini lideri Əli Xamenei fevralın 28-də həlak olub. Prezident İlham Əliyev onun vəfatı ilə əlaqədar Bakıda İran səfirliyini ziyarət edərək, xatirə kitabına ürək sözlərini yazıb.

Həqiqətən də Azərbaycan münaqişənin ilk günlərindən hərbi əməliyyatlların tezliklə başa çatdırılmasına çağırış edib. Bu ölkədən xarici ölkə diplomatlarının və vətəndaşlarının təxliyəsinə vasitəçilik edib.

Bir məsələni xüsusi qeyd edək ki, Azərbaycanın son dövrlərdə İran ilə münasibətlərində nümayiş etdirdiyi mövqe regionda diqqət çəkən siyasi və diplomatik nümunələrdən biri kimi qiymətləndirilə bilər. Xüsusilə çətin və həssas mərhələlərdə Bakının sərgilədiyi davranış iki ölkə arasında mövcud olan dostluq və qonşuluq münasibətlərinin real məzmununu bir daha ortaya qoydu.

Əvvəla, qeyd etmək lazımdır ki, gərgin geosiyasi şəraitə baxmayaraq Azərbaycan-İran sərhədi İran üçün ən təhlükəsiz istiqamətlərdən biri olaraq qalıb. Müxtəlif iddialar və spekulyasiyalara rəğmən, Azərbaycanın öz ərazisindən İrana qarşı hər hansı təhlükəyə yol verməməsi rəsmi Bakının prinsipial mövqeyini açıq şəkildə göstərdi. Bu, həm də regionda sabitliyin qorunmasına verilən mühüm töhfə kimi qiymətləndirilməlidir. Diplomatik müstəvidə də Azərbaycan aktiv və dəstəkverici mövqe nümayiş etdirdi. Prezident İlham Əliyev tərəfindən İran Prezidenti ilə telefon danışığı aparılması və İranla ABŞ arasında əldə olunan iki həftəlik atəşkəslə bağlı təbriklərin çatdırılması bu münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu addım Azərbaycanın regionda sülh təşəbbüslərini dəstəklədiyini bir daha sübut etdi.

Eyni zamanda, İranın Ali Dini Lideri Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verən ilk xarici ölkə liderinin Azərbaycan Prezidenti olması da xüsusi diqqətə layiqdir. Onun şəxsən İran səfirliyinə gedərək ehtiramını bildirməsi iki xalq arasında mənəvi yaxınlığın göstəricisi kimi dəyərləndirilə bilər.

Humanitar sahədə də Azərbaycan operativ və öncül addımlar ataraq digər dövlətlərdən əvvəl iki dəfə İrana humanitar yardım göndərməklə çətin vəziyyətdə olan qonşusuna real dəstək göstərdi. Bu, Azərbaycanın yalnız siyasi deyil, həm də humanitar baxımdan etibarlı tərəfdaş olduğunu növbəti dəfə təsdiqlədi.

Sonuncu hal, Əli Xameneinin vəfatının 40 mərasiminin ilk xarici ölkə kimi Azərbaycanda qeyd olunması xüsusi simvolik məna daşıyır. Bu addım Azərbaycan xalqının İran xalqına olan hörmətinin və ortaq dəyərlərin ifadəsi kimi qiymətləndirilə bilər.

Nəticə etibarilə, Azərbaycanın bu dövrdə sərgilədiyi mövqe təkcə diplomatik jestlərdən ibarət deyil, həm də strateji düşüncə, humanitar yanaşma və səmimi qonşuluq münasibətlərinin təzahürüdür. Bütün bu addımlar Azərbaycanın çətin günlərdə dostluğunu əməli şəkildə sübut edən etibarlı tərəfdaş olduğunu bir daha isbatlayır.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR